Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MÜƏLLİM MƏNİ ÇİMDİKLƏDİ” – MÜSAHİBƏ - FOTOSESSİYA

Bibi səhərlər işə gedir, Esmira da dərsə gedir. 

Rubrikanın bu dəfəki qonağı sözün yaxşı mənasında başbəlasıdır, desəm, yanılmaram. Danışmağı məndən də çox sevən bu balaca qız – Nuridə Şabanovadır. 3 yaşı olmasına baxmayaraq, böyük adamlar kimi söhbət edir. Baxça müəlliməsindən şikayət edən dostumla şəhərdəki uşaq əyləncə mərkəzlərinin birində görüşdük...

- Adın nədir sənin?
- Nuridə.
-Üşüyürsən deyəsən?
-Hə üşüyürəm.
-Gəzməkdən sonra hara gedəcəksən?
-Evə gedəcəm, multikə baxacam.
-Baxçaya gedirsən?
-Gedirəm, amma getmək istəmirəm.
-Pisdi baxça?
- Hə, pisdi, müəllim məni çimdiklədi.
-Bəs neyləmişdin ki, o, səni çimdiklədi?
-Mən heç nə eləmirəm ki, amma o, məni çimdiklədi.
-Baxçada yemək yeyirsən?
-Yemək istəmirəm pis dadır. Uşaqlarla oynamaq yaxşıdı amma...
-Şükür ki, baxçada yaxşı nəsə tapdın. Nuridə, ata yaxşıdı yoxsa ana?
-Ata.
-Niyə ata yaxşıdı?
-Məni gəzməyə aparır. Anam da yaxşıdı, amma elə deyir ye, çoxlu ye! Qarnım partlasın? Nənə də qışqırır mənə.
- Qışqırıb nə deyir?
-Deyir məni dişləmə.
-Sən nənəni dişləyirsən?
-İynə vururam da, xəstə olur, mən də ona iynə vururam.
-Dişinlə vurursan iynəni?
-Hə. Sənə də vurum?
-Yox, çox sağ ol mən sağlamam, heç bir şikayətim yoxdu. Gəl mövzunu dəyişək. Nuridə kimi çox istəyirsən?
-Heç kimi.
-Böyüyəndə nə olacaqsan?
-Həkim olacam.
-Həkim olmaq yaxşıdı amma hələ iynə vurma. İndi de görüm nənə ilə mama evdə dava edir?
-Yox.
-Evdə nə danışırlar?
-Söhbət eləyirlər.
-Bəs bibi neyləyir?
-Bibi qışqırır.
-Kimə qışqırır?
-Qaqaşa. Bibi səhərlər işə gedir, Esmira da dərsə gedir. İndi Katexdədilər.

“Anamın qəşəng ayaqqabıları var”

-Esmira kimdir
-Esmira daaa, tanımırsan? Bizdə qalır.
-Katexə niyə gediblər?
-Katex də bizimdi.
-Nə yaxşı. Sən Azərbaycanı tanıyırsan?
-Hə, Azərbaycan, Azərbaycan.
-Hansı yeməkdən xoşun gəlir?
-Balıq, “kartoşka”
-Balıq harda olur?
-Yeməkdə.
-Yox balıq harda yaşayır?
-Bilmirəm harda yaşayır.
-Sizin evinizdə qəşəng nə var?
-Qəşəng paltarlar var. Anamın qəşəng ayaqqabıları var. İki dənə “naski” var.
-Kim alıb oları?
-Mama.
-Şeir bilirsən?
-Hə.
-Bizə bir şeir de də!
-...(Rus dilində sözlərini başa düşməyəcəyimiz şəkildə bir şer deyir)
-Sən niyə rusca deyirsən? Rus dili yaxşıdır?
-Hə.
-Niyə rus dili yaxşıdır?
-Axı, mama rus dilində danışır.
-Məni qonaq apararsan?
-Aparacam, hə. Sənə evimizdə konfet verəcəm, saqqız verəcəm.
-Gəlim sizdə qalım?
-Hə. Sənin evin yoxdur?
-Yox.
-Onda mənim evimə aparacam. Sən baxçada qalırsan?
-Hə.
-Baxçada qalma yazıqsan axı.
-Çox yazığam?
-Hə çox yazıqsan.
-Sizdə neçə gün qala bilərəm?
-Üç.

“Hamı gülsün...”

-Bəs sonra harda qalım? Yenə qayıdım baxçaya yazıq olum?
-Yox bizdə qal, getmə.
-Birdən atanın acığı tutar axı!
- Onda gedərsən.
-Bəs deyirdin getmə bizdə qal yazıqsan?
-Ata qışqıranda get da.
-Bəs yazığam axı.
-Get sonra gələrsən.
-Ata sənə pul verir?
-Yox
-Niyə?
-Vermir də, pul atada olar.
-Ata nə işləyir?
-Bilmirəm ata nə işləyir. Çoxlu pulu var atanın. 3 dənə pulu var. (Barmaqlarının onunu da göstərir). Atanın maşını da var.
-Xoşun gəlir maşından?
-Hə.
-İstəyirsən maşının olsun?
-Hə. Mən atanın maşınını sürəcəm.
-Məktəbə getmək istəyirsən?
-Yox (gülür...)
-Nəyə gülürsən?
-Gülürəm, çünki gülmək yaxşıdır. Mən gülürəm, atam da gülsün, anam da gülsün, hamı gülsün. Sən də gül. Bir dənə sən gülmürsən.
-Mənim də gülməyimi istəyirsən?
-Hə, sən də gül, qoy hamı gülsün...

Şahzadə Gül
“Simsar” jurnalı

 






30 İyul, 2012  16:05 Baxılıb: 2279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner