Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZEYNƏB XANLAROVA: “ONLAR TARİXƏ DÜŞMƏYƏCƏKLƏR” -FOTOSSESİYA

 “Heç kimdən çəkinmirəm, heç nədən qorxmuram”

Xalq artisti, millət vəkili Zeynəb Xanlarova “Simsar” jurnalına müsahibə verib. Simsar.az saytı dünyaca məşhur müğənninin müsahibəsini təqdim edir.

“Atam neft mədənlərində işləyirdi, adicə neftçı- fəhlə. Anam da evdarlıqla məşğul idi. Ailəmiz məhəllədə başqa ailələrdən heç nə ilə seçilmirdi”... 
Bu sözləri illər öncə öz müsahibələrinin birində demişdi. Jurnalist kimi fəaliyyətə başladığım andan onunla görüşüb müsahibə almaq arzusunda olmuşam. Möhtəşəm ifası, xanım-xatınlığı, gözoxşayan zövqü və ictimai xadimliyi həmişə marağımda olub. Bundan əlavə məni onunla görüşə başqa bir maraq da çəkirdi. Bu maraq1989-cu ildə ABŞ-ın Çikaqo şəhərində yaşayan babamın evində qonaq olarkən çəkdirdiyi şəkli ona göstərmək idi.
Gözlədiyim gün yetişdi. Nəhayət SSRİ-nin, Azərbaycanın, Özbəkistanın, xalq artisti, Dövlət Mükafatı laureatı, millət vəkili Zeynəb Xanlarova ilə görüşəcəkdim. Məni ilk olaraq, gülərüzlü Mələk xanım qarşıladı. Bu mehribançılıqdan bir az rahatlandım, bir qədər keçdi, Zeynəb xanım gəldi. Mənimlə çoxdan tanıyırmış kimi, görüşdü. Varam bu səmimiyyətə, ilk tanışlıqdan sonra haqqında danışdığım şəkli göstərdim. Şəklə baxıb həmin günü, həmin evi hətta şəkildə əynində olan paltarlarını belə xatırladığını söylədi... Müsahibəyə isə şablon sualla başladım:
-Necəsiz, Zeynəb xanim?
-Yaxşiyam, pis deməyə ixtiyarim yoxdu.
-Zeynəb xanım, o dövrlə bu dövrü müqayisə edəndə mədəniyyət sahəsində hansı fərqləri ortaya çıxarırsız və bu gün hansı dəyərləri qəbul edirsiz ?

-Açığını deyim, mən keçmişi daha çox bəyənirəm.

-Fərqli quruluşlardır, eləmi?

-Yenə tənqidlər edəcəm, birinin xoşuna gələcək digərinin yox. Allah Mehriban xanım Əliyevaya can sağlığı versin. İtib-batan muğamımıza yenidən nəfəs verdi. Elə bir hal yaranmışdı ki, muğam deyəndə ağız büzürdülər. “Oxu tar” yazmağına görə Müşviqin başına nə oyun gətirdilər... İndi Mehriban xanımın sayəsində muğamımız dünya şöhrəti qazanıb. Dövlət televiziyasında gedən muğam müsabiqəsini izləyirəm, orada qəşəng muğam oxuyanlar var. Hətta deyərdim, hamısı yaxşıdı. Əvvəlki dövrdə musiqilər xalqa çatırdı. İfaçılar da sayseçmə sənətkarlar idi. Əslində, az olsun, yaxşı olsun. Hara gedirik bu qədər müğənnilərlə? Nə qədər müğənni olar ?

“Onlar tarixə düşməyəcəklər”


- Bu sahəyə niyə bu qədər həvəs var?

- Pul qazanmaq üçün ən asan və əlverişli yol tapıblar. Getsinlər toyda pul qazansınlar. Biz heç vaxt pulu fikirləşməmişik. Nə Şövkət Ələkbərova, nə Sara Qədimova, nə Tükəzban İsmayılova, nə Rübabə Muradova. Onların heç biri sənətə belə gəlməyib, mən də daxil olmaqla. Biz sənəti sevib gəlmişik, toyu düşünməmişik. Sənəti sevənlər də həmişə tarixdə qalacaqlar. İndikilər isə həvəs və cəhd göstərirlər ki, gedək toya pul qazanaq. Mən oxumağa başlayan kimi, populyar olmuşam, bunu hamı bilir.Yadımdadır deyirdilər ki, təzə oxuyan qız çıxıb, fəxr edirdim ki mənim oxuduqlarımı bəyənirlər. Bu gün elə bir vəziyyət yaranıb ki, mən bu sənətin adamı ola-ola kimin yaxşı, kimin pis olduğunu müəyyənləşdirə bilmirəm.

- Tarixə düşməkdən danışdız. İndikilərin arasında tarixə düşəcək ifaçı varmı?

-Deyə bilmərəm.

- Çətinlik çəkirsiz?

- Onlar tarixə düşməyəcəklər. Həm də bunu tarix özü göstərəcək. Biz sənətə tarixə düşmək üçün gəlməmişik ki...Biz sənətimizi sevmişik, tarix bizi özünə tərəf çəkib.


“Bir kəlmə Zeynəb Xanlarova deyilirdi, vəssalam!”


-“Mənim fanat ordum”, “mənim pərəstişkarlarım” deyənlər də çoxdur axi ...

-Desinlər də... Heç xəbərim olmurdu bir də görürdüm ki qələmin, sinilərin üzərində şəkillərim var. Xəbərim olmadan, bunu xalqin sevgisi edirdi. Vaxt olub ki, mən afişasız konsert vermişəm. Bir kəlmə Zeynəb Xanlarova deyilirdi vəssalam! Özünü güclə xalqa sevdirmək olmaz!

- Əvvəlki mahnılar insanın ruhunu oxşayır, indiki mahnıların çoxuna bir dəfədən artıq qulaq asmaq olmur. Razısızmı?


-Əlbəttə, o mahnılarla indiki mahnıların arasında yerlə-göy qədər fərq var. O vaxt Ələkbər Tağıyev deyirdi ki, indi məni gözüm çıxdiya salıblar, ancaq vaxt olacaq mənim mahnılarım dillər əzbəri olacaq. İndi baxıram doğrudan da elədir. Bu gün estrada müğənniləri də muğam oxumağa cəhd göstərirlər. Ancaq muğam gərək insanın içindən gəlsin.

- Bu gün çox ifaçılar sizin repertuarınıza müraciət edirlər. Onların ifalaraından razısınızmı?

- Oxusunlar, ancaq düz oxusunlar. “Reyhan” mahnısının ilk ifaçısı mən olmuşam . “Dağlar qızı Reyhan” deyilir mahnıda. İndi oxuyanlardan biri gğtürüb mahnını oxuyur, deyir “dağlar quzusu”. Mən başa düşmürəm quzu nədi, qoyun nədi, keçı nədi? Mən əruz vəznində oxuyurdum, “Lalə tək qəlbim mənim ey nazənin yüz parədir”. Mənim çox mahnılarımı da indi təsnif kimi oxuyurlar, hansı ki, o mahnıların müəllifi mənəm. (Bu arada Zeynəb xanım oxumağa başlayırşİ.N)“Gecələr yuxusuz qoymusan məni, Öyrənə bilmirəm ürək sirrini”- bu mahnının müəllifi mənəm. Ancaq indi təsnif kimi təqdim edirlər.Mahnıları lentə alarkən redaktor olmalıdır.


“Bunlar özləri özlərini tərifləyirlər”




-Zeynəb Xanlarova ictimai xadim kimi daha rahatdi, yoxsa sənətçi kimi ?

-Mən ikisində də özümü çox rahat və yaxşı hiss edirəm.

-1985 ci ildən etibarən Milli Məclisin deputatısız. Müşahidələrimdən deyə bilərəm ki, olduqca səbirli və təmkinlisiz. Ancaq bəzən səbrinizin daşan vaxtları da olub. Hətta kəskin çıxışlarınız böyük rezonans doğurub...

-Heç kimdən çəkinmirəm, heç nədən qorxmuram. Mən bu xalqın qızıyam, alnım açıqdır. Xalqımın uğurunda nə lazımdırsa, etməyə hazıram.

-Zeynəb xanım, xalq Sizi mahnılarınızla sevib. Konsert olacaqmı?

-Olar, Allah qoysa. Hələ işlərim çoxdur, amma düşünürəm.

-Nə qədər şöhrətli olsanız da, bir o qədər də təvazökarsız...

-Hə, insan gərək elə olsun. Ağac bar verdikcə başını aşağı əyər.

-Bunu necə bacara bilirsiz ? İndiki müğənnilər bir-iki mahnıdan sonra özlərini elə aparırlar ki, elə bil alçaq dağları onlar yaradıb...

-Qızım, bilirsən nəyə görə?.. Sənət yoxdur axı. Yaxşı sənətkarlar həmişə başı aşagı olublar. Qoy xalq səni tərifləsin. Bunlar özləri özlərini tərifləyirlər. Mən hər yerə gedən deyiləm, gözə girməyi xoşlamıram. Aancaq indikilərı çağırmasan da gedirlər.

-Bugünkü musiqilərə qulaq asırsızmı?

-Heç musiqi var ki?.. Nəyə qulaq asım?..

-Bəstəkar yoxdur, yoxsa?

-Yaxşı bəstəkarlar rəhmətə getdilər...

-Bu gün də Opera və Balet Teatrının səhnəsində “Leyli və Məcnun” oynanılır, baxmısız?

-Xeyr, baxmamişam.

-Televizora necə baxırsız?

-Vaxtim olanda baxiram, o da xəbərlərə. Bir ara şou verlişləri kəskin tənqid edirdim, bilmirəm düzəliş var, ya yox.

-Artiq yorulmusuz ?

-Bəli. Ümumiyyətlə ən cox sevdiyim kanal İctimai Televiziya və Dövlət Televiziyasıdır. Televiziya elə bir sahədir, gərək orda yaxsi ixtisaslı insanlar olsun, pəhbərin, kanalın səviyyəsini aşağı salmasın.

İradə Nurəddinqızı

P.S. Yazını hazırlayb, sona çatdıranda içimdə qəribə bir hiss yarandi. Mən onu çox istəyirəm, əzizlərim. Bir Zeynəb Xanlarovamız var, Tanrı onu qorusun!






25 İyul, 2011  16:11 Baxılıb: 5348 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner