Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“PREZİDENT OLACAM”

“Süd içirəm ki, tez yekələm”

Hamı uşaqdı özü boyda.. İslamsa uşaqdı özündən yekə. Həmsöhbətimin cavabları da sual kimidi. Prezident olmaq istəyir, Xəzərdən ayrı dəniz görməyib, birinci sinifdə oxuyur, oxuya bildiyi qədər...
İslam Verdiyevlə bulvardayıq, dənizə baxa-baxa dərdləşirik...

- Adını kim qoyub ?
- Atamla anam
- Bağçaya gedirsən?
- Yox.
- Neçənci sinifdə oxuyursan?
- Birinci
- Müəllimlərindən razısanmı?
- Hə.
- Dərs oxumaqla aran necədi ?
- Əla.
- Hansı sözləri yaza bilirsən?
- Söz yaza bilmirəm , nömrə yazıram hələ.
- Hansı rəqəmi xoşlayırsan?
- Beşi...
- Bulvarda olmusan?
- Bir dəfə . Gəzməyə çıxmışdıq.
- Böyüyəndə nə olmaq istəyirsən?
- Polis.
- Polislər nə işlə məşğuldurlar?
- Nə bilim...Pis adamları tuturlar.
- Bəlkə həkim olasan ...
-Yox, hamısından yaxşısı prezident olmaqdı. Prezident olacam.
- Gördüyün hansı dənizdir?
- Xəzər .
- Kiminlə gəzməyə gedirsən?
-Anamla, atam işə gedir axı.
-Ata nə etməlidir?
-İşləyib pul qazanmalıdı.
-Bəs ana?
-Yemək bişirməlidi, paltar yumalıdı.
-Anana kömək edirsən?
-Hə . Boşqabları daşıyıram.
-Çoxlu pulun olsa, nə alarsan?
-Maşın.
-İki qardaşın var, hansını çox istəyirsən?
-Yusifi, çünki o, mənə dərslərimdə kömək edir.
-Yaxşı nədir, pis nədir?
-Bilmirəm.
-Hansı yeməkdən xoşun gəlir ?
-Kartof qızartmasından.
-Ağıllı adam necə olur?
-Ananın dediklərini eləyən.
-Şəkil çəkməyi bacarırsan?
-Hə, maşın çəkirəm. Atamın maşınını lap çox ...
-Atanı çox istəyirsən, yoxsa ananı?
-Atanı. Yox, ananı.
(Bu vaxt yanımızdan gözəl qızlar keçir. Fikri yayınır, qızların arxasınca baxır...)
-Qızlardan xoşun gəldi?
-Yox.
-Bəs niyə baxdın?
-Baxmıram, qızlara baxmaq olmaz.
(Bilmədik gördüyümüzə, yoxsa eşitdiyimizə inanaq...Əhsən)
-Televizora baxirsız?
-Baxırıq, atam xəbərlərə, anam seriala, mən cizgi filminə... Ən çox da “Aramızda qalsın” serialına... Oradakı Qurbanı çox istəyirəm.
-İslam səncə insanlar niyə toy edirlər?
- Toy edirlər ki, uşaqları olsun.
-İstəyirsən sənin də toyun olsun?
-Hə, mənim də toyum olacaq.
- Nə vaxt?
-Bilmirəm. Gərək böyüyəm . Süd içirəm ki, tez yekələm...Toyum da tez olsun.
-Bizi toyuna çağıracaqsan?
-Bilmirəm.

P.S. Düz deyirsən balaca, prezident toyunda iştirak etmək bizim üçün yalnız xəyal ola bilər..

Şahzadə Gül (“Simsar” jurnalı)






8 İyul, 2011  17:53 Baxılıb: 1751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner