Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fərid Rəhimov: “Bandit olacam”

“Müəllimə dedim ki, nə var nə yox, qaqaş”?

“Deməyin ki uşağam” rubrikasının növbəti müsahibi ilə görüşə tələsirdim. İlk müsahibimiz sərbəstliyi, hazırcavablığı, aktuallığı və bacarığı ilə redaksiyada hamını təəcübləndirdiyindən çox böyük məsuliyyət hiss edirdim. Görəsən məni qarşıda nə gözləyir? Budur artıq vədələşdiyimiz yerə çatdım. Bu dəfəki müsahibimiz Fərid Rəhimova yaxinlaşıb ona böyüklərə xas şəkildə, ədəblə salam verdim. Amma, əlım havada qaldı... Fikrimcə, uşaqla görüşə gedəndə hər şeyə hazır olmalısan. “Deyəsən işim çətin olacaq”-deyib:

-Fərid, səninlə danışmaq olar?
-Yox sən pissən.
-Bəs yaxşı kimdir?
-Yaxşı mənəm.
-Sən yaxşı olmaq üçün neynəmisən ki?

-İqra oynamişam. Mən evə getmək istəyirəm.
-Ən çox kimi istəyirsən?
-Özümü çox istəyirəm
-Məktəbə gedirsənmi?
-Gedirəm, birinci sinifə
-Məktəbdən əvvəl baxçaya da getmisən. Hansı daha yaxşıdır?
-Evdə oturmaq yaxşıdır.
-Bəs oxumaq istəmirsən?
-Yox, mən istəyirəm ki evə gedim. Çəkməyin şəklimi.
-Niyə istəmirsən şəkillərini çəkək? Bax müğənnilər də şəkil çəkdirirlər, burda nə var ki?
-Çünki, onların xoşu gəlir, mənimsə yox. Mən ancaq televizora baxmaq istəyirəm, televizor mənə “besplatni” yemək verir.
-Jurnallara baxırsan?
-Yox, mən rəqsə gedirəm.
-Hansı rəqsləri öyrənirsən?
-Bilmirəm. (anasına)Mənə bir manat ver.
-Neyniyirsən bir manatı?
Bu zaman Fərid parkdakı agaclardan birinin budağını sındırır.
-Fərid, ağacı sindirmaq olmaz. Niyə belə etdin?
-Çünki yemək bişirəcəm ağacdan.
Bu zaman isə balaca, əlindəki ağac budağını ayağımızın altına ataraq, anasının çantasına girməyə cəhd göstərdi. Deyəsən pul axtarırdı:
-Fərid, başqasının çantasına girmək də olmaz...
-Pul versin.
-Neyniyirsən pulu?
-Katlet alacam.
-Yeməkdən nə çox danışırsan, acsan?
-Pul versin, pul istəyirəm. Pulum olsun mən buranı alıb, ürəyim istəyən qədər ora-bura qaçacam. “Mama”, bir manatı götür, mənə 10 manat ver.
-Niyə suallarımıza cavab vermirsən?
-Çünki bilmirəm.Əl çəkin məndən...
Bir qədər susduq danışmadıq. Gözlədik ki, Fərid bizə alışsın. O, isə nadincliyindən qalmırdı. Şıltaqliq edərək anasını incidir, fotomüxbirimizə də qəzəbli-qəzəbli baxırdı. Bir qədər pauzadan sonra:
-Fərid, yayı, yoxsa qışı sevirsən?
-Qış yaxşıdır, qartopu oynayarıq.
-Mahnı oxuya bilirsən?
-Yox.
-Şeir də bilmirsən?
-Yox şeir də bilmirəm.
-Fərid anan deyir ki, sən böyüyəndə “pojarnik” olmaq istəyirsən, düzdür?
-Yox, bandit olacam.
-Bandit necə olur Fərid?
-Banditlərin tapançaları olur.
-Qorxmursan?
-Yox, mən banditlərin komandasındayam. Banditlərin bədəni super bərk olur.
-Bəlkə sən idmançı olasan?
-Yox.
Bu arada Fəridin gözü yenə də onun şəklini xəlvəti çəkən fotoqrafımıza sataşdı:
-Çəkməsin şəklimi, pozsun çəkdiklərini də. Bəsdir çəkdiyi daha istəmirəm.
-Bilirik məktəbdən gəlmisən yorğunsan...
-Müəllimə dedim ki, nə var nə yox qaqaş? (gülür). Mən Ayki-do-nu bilirəm. Pul da saya bilirəm.

Bəlkə “uje” gedəsən...

- Fərid sən Şəhidlər Xiyabanında olmusan?
-O haradır?
Doğrusu uşaq da olsa, ondan bu cavabı gözləmirdim...
-Bilmirsən Şəhidlər Xiyabanı haradır?
-Yox.
-Onda məktəbdə müəllimindən soruş sənə başa salsın Şəhidlər Xiyabanı haradır, ümumiyyətlə şəhidlər kimdir. Mıktəbdə sənə hansı dərsi öyrədirlər?
-Azərbaycan, “matematika”, “anqliyskiy”.
-Bəs bayaq sorushdum ki, şeir bilirsən dedin yox. Bu dərslərdə sənə şeir öyrətmirlər?
-Axı hamısı yadımdan çıxıb... Biz indi quşları öyrənirik, toyuq, qarğa.
-Sənin evdə heyvanın var?
-Yox, bir dənə pişik var gəlir yeyir, sonra çıxıb gedir.
-Heyvanxanada olmusan?
-Yox.
-Şəhidlər Xiyabanında olmamısan, Heyvanxanada olmamısan. Səni heç yerə aparmırlar?
-Muzeydə olmuşam. Şəkillər var idi orda.
-Xoşuna gəldi?
-Yox, xoşum gəlmədi. “Park bulvar” yaxşıdır.
-Fərid sən harada yaşayırsan?
-“Elmlərdə”
-Vətənini soruşdum, Vətənin “Elmlərdir”? Azərbaycan, Bakı sənin nəyindir?
-Uşağım.
-Yəqin “Şırvanşahlar sarayinda” da olmamısan. “Qız qalasına” da çıxmamısan hə?
-Yox olmamişam.
-Nağıl bilirsən?
-Yox.
-Fərid, bəs sən nə bilirsən?
-Bəlkə “uje” gedəsən...
Əhsən, unikal cavabdır. Amma bu cavab mənə “Bizim Cəbiş müəllım” filmindən bir epizodu xatırlatdı. Müəllimlərdən biri Cəbiş müəllimə deyir: “Uşaqlar tamam korlanıb, o gün səhər birindən soruşuram ki, sabahın xeyir balaca, nə əcəb belə tezdən? Mənə nə desə yaxşıdır? Yaxşı olar ki, sən o bayquş başını hər yerə soxmayasan”.
P.S Uşaqlıqdakı ərköyünlüyün izi ömrün sonuna qədər qalır.
İ.S.Turqenyev.
Şahzadə Gül






1 İyun, 2011  16:33 Baxılıb: 3395 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner