Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VÜQARDAN MÖHTƏŞƏM TAMAŞA LAYİHƏSİ

Vüqar: “Ən ali məqsədim yeni tamaşalar üzərində işləyib, bir neçə müddətdən sonra Bakı Estrada Teatırını gözəl teatırların birinə çevirmək, tanıtdırmaqdı”

Meyxana ustası, hazırda isə Bakı Estrada Teatrının bədii rəhbəri kimi fəaliyətə başlayan Vüqarın Simsar.az saytına müsahibəsi


- Çoxdandır bir ideyanız var idi. Meyxana teatrı yaratmaq istəyirdiniz. İnformasiyalara görə, bu ideyanı artıq gerçəkləşdirmisiz, amma bir qədər fərqli şəkildə.

- Sizə doğru məlumat veriblər. Meyxana teatrı yaratmaqla bağlı Mədəniyyət və Turizm nazirliyinə müraciət etmişdim. Onlarsa bildirdilər ki, Bakı Estrada Teatrının nəzdində fəaliyyət göstərə bilərəm. Bu həm də o deməkdir ki, ayrıca Meyxana Teatırı kimi fəaliyyət göstərməm mümkün deyil. Bəlkə də “meyxana” sözü yuxarıları narahat edir...

- Axı Bakı Estrada Teatrı var, rəhbəri də Qorxmaz Əlilidir.

- Həmin tetrın fəaliyyət göstərib-göstərmədiyindən xəbərim yoxdu. Sadəcə, məni çağırdılar ki, bu işlə sən məşğul olacaqsan.

- Kim çağırdı?

- Bakı Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşı. Bu sükanı verdilər mənə. İyunun 3-ü, axşam saaat 8-də, Yaşıl Tetrda hesabat konserti verəcəyik.

- Səhnədə tək olacaqsız?
- Yox, Mən, Elton, Mir Kamil, Fərda Xudaverdiyyev, Emil Bədəlov və meyxanaçı dostlarım Rəşad Dağlı, Pərviz Bülbülə, Orxan Lökbatan da mənimlə bir yerdə olacaq. Biz toy tamaşası qurmuşuq ki, burda musiqidən, rəqsdən, meyxanadan istifadə etmək mümkün olsun. İlk konsert olduğu üçün imkanlarımızı göstərmək istəyirik. Mədəniyyət və İncəsənət Universitetindən də tələbələr dəvət etmişik. Tamaşanın adı belədi: “Toy Nazınındı” ssenarisini özüm yazmışam, tərtibatı da rejissor işlərini də özüm görmüşəm. Nazı əsərin qəhramanıdı. Bu konsert-tamaşa ilə indiki, qondarma toylarımızın vəziyyətini göstərməyə çalışacağıq. , indili qondarma toyları göstərmək istəyirik.həmçinin kiminsə kimə spz verib toy edəcəklərinin sujet xətti var.

- Toy baş tutur?

-Baş tutur, sadaladığım müğənnilər toyda oxuyur. Məqsədimiz odur ki, iki gəncin xoşbəxtliyi ətrafında bu qədər oyunlar çıxartmağı gülüş hədəfinə çevirək.

- Toyda bəyi oğurlamırlar ki?...

-Yox, oğurlamırlar. Tamaşada “Bəyin oğurlanmasından” heç nə yoxdu, amma “Əhməd haradadır” filimindən epizod var. Vüqarı meyxanaçı kimi tanıyanlara da maraqlı olacaq. Təəssüf ki, ixtisasımın əksinə olaraq, teatrdan çox uzaq idim. Gündəmdə konkret meyxana ilə qalmışdım. İstəyirəm ki, böyük işlər görüm, böyük tamaşalar qurum...

- Son vaxtlar televiziya verilişlərində demək olar görünmürsüz. Dəvət etmirlər, yoxsa özünüz maraq göstərmirsiz?

- Yenə də əvvəlki kimi dəvətlər alıram, sadəcə qəbul etmirəm. Neyləyim, gedim bir saat efirdə xörək bişirim?...

- Yeni klip çəkdirmisiz, amma efirə verməmisiz. Bəlkə klipin məzmunu barəsində qısa məlumat verərdiz...


-Yeni klipim Bakı haqqında olacaq. Şəhərin gözəlləşməsi, abadlaşması, keçidlər, ümumiyyətlə hamının gözü qabağında olan Bakıdan danışırıq. Əsas məqsəd Bakıdan uzaq olan azərbaycanlılara şəhərin bugünkü vəziyyətini göstərməkdi. Bu klipi çəkən Mahir müəllimə təşəkkür edirəm. Klipi tamaşa vaxtı tmaşaçılara dəqdim edəcəm.

- Vüqar aktyorluq etsə də, teatr rəhbəri olsa da yenə onu meyxanaçı kimi tanıyırlar. Bu üzdən sizdən meyxananın indiki durumu ilə bağlı soruşmaq istəyirik. Bu sahədə vəziyyət necədi?

-Meyxana olduqca zəyifləyib. Artıq mənim üçün bu sənət adiləşib. Yerindən duran meyxana deyir. Tərbiyyəsiz meyxana deyənlər səhnəni başına götürdü. Əlbəttə, tinlərdə, məhəllələrdə istedadlı uşaqlar coxdu. Ancaq onları mərasimlərə dəvət etmək mümkün deyil. Ən azından onlar nə geyinə bilir, nə üzlərini qırxa bilirlər. Özlərini aparmağı da bacarmırlar. Belə hadisələr meyxananı səviyyəsizləşdirir. Novruz Bayramında salamat meyxana deyən tapılmadı ki, Mehriban xanım Əliyevanın qarşısında meyxana desin. Küsmüşəm meyxanadan. Ona görə meylimi teatra vermişəm. Hesabat konserti yaxşı keçəndən sonra çalışacam ki, tanınmış aktyorlarla əməkdaşlıq edim. Bizim işçilərimiz 24 nəfərdi. Ən ali məqsədim yeni tamaşalar üzərində işləyib, bir neçə müddətdən sonra Bakı Estrada Teatırını gözəl teatırların birinə çevirmək, tanıtdırmaqdı.

Redaksiyadan: Simsar.az saytı Bakı Estrada Teatrının bədii rəhbəri Vüqarın hazırladığı “Toy Nazınındı” konsert-tamaşasına informasiya dəstəyi verir.


Sevinc Vəliyeva






24 May, 2011  17:11 Baxılıb: 3447 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner