Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BİZ DÜNYAYA İNTEQRASİYANI MƏDƏNİYYƏTİMİZLƏ ETMƏLİYİK, ÇILPAQLIQLA YOX”

Firdovsi Atakişiyev: “Azəri Top Model" moda tele-şousunun iştirakçılarının gözəl simaları, məxməri gözlər, gözlərdəki mənaları, kəskin baxışları onları dünya moda aləmində tanıdacaq” 

“Lider” televiziyasında yayımlanacaq “Azəri Top Model" moda tele-şousu layihəsinin yaradıcısı, tanınmış televiziya adamı, aktyor Firdovsi Atakişiyevin Simsar.az saytına müsahibəsi

- Necə oldu ki, birdən birə belə bir layihə həyata keçirmək fikrinə düşdünüz?
- Öncə bunu gözəllik müsabiqəsi formasında fikirləşmişdim, sonra elə oldu ki, çox gecikdi, ləngidi, bəzi insanlar məni yarı yolda qoydular. Tanrıya minnətdaram ki, bu prosesdə insanları mənə tanıtdı. Ona görə hardasa bir il itirdim. Ondan sonra bir çox gözəllik müsabiqələri oldu, özüm də münsiflər heyətində idim, nələr baş verdiyini gördüm. Bir daha qəbul etdim ki, bu işdə ancaq peşəkarlar olmalıdır. Hardansa maliyyə tapan, bu maliyyəni qazanıb aradan çıxan təsadüfi insanları görəndən sonra mən gözəllik müsabiqəsi faktorundan qaçdım. Yazdığım ssenarini tamamilə dəyişdirib elədim Azəri Top Model" . Moda dünyasından xəbərdaram, iki ildir bu işin içindəyəm. Çox sevdiyim “Lider” televiziyası ilə işimiz çox uğurlu olacaq. İdeya yaranandan öz yaxınlarımdan başqa Fəxriyyə xanım Xələfova ilə də danışmışam. O,məni çox yaxşı qarşıladı və nə kömək lazıım olarsa edəcəyini bildirdi. Mən də dedim ki, bu işi sizinlə birlikdə edəcəm. Bilirsiniz ki, Azərbaycanda sponsor məsələsi çətindir, kimisə inandırmaq müşkül məsələyə çevrilir. O qədər təsadüfü insanlar bu işlə məşğul olublar, sonda yraımçıq qalıb. Nəticədə reklam şirkətlərinin inamı qırılıb. Mən də bu inamsızlığın cəzasını çəkirəm. Məni tanıyan insanlar bilir ki, hər kəlməni işlətməmişdən öncə düşünürəm.
- Müsabiqədə iştirak etmək üçün müraciət edənlər var?
- Artıq verilişin “Lider” televiziyasında reklamı gedir, maraqlananlar var. Maraqlananlar çoxdu, hətta Moskvadan zəng gəlmişdi. Birinci sual olmuşdu ki, çimərlik paltarlaırı olacaqmı? Bu mənim əsas prinsipimdir ki, nə çimərlik paltarı, nə mini bikini... ümumiyyətlə açıq-saçıq geyimlər olacaq. Çünki biz dünyaya inteqrasiyanı öz mədəniyyətimizlə etməliyik, çılpaqlıqla yox. “Azəri Top Model" moda tele-şousunun iştirakçılarının gözəl simaları, məxməri gözləri, gözlərdəki mənaları, kəskin baxışları onları dünya moda aləmində tanıdacaq. Bunula ölkəmiz də dünya moda aləmində yeri olduğunu sübut edəcək.
Bir çox model agentlikləri ilə internet vasitəsilə əlaqələr qurmuşuq. Müsabiqələrdə fotosessiyalar olacaq, həmin fotosessiyaların nəticələri göndəriləcək müəyyən model agentliklərinə. Parisdə, Milanda, Nyu-Yorkda xeyli model agentlikləri var ki, MDB ölkələrində keçirilən müsabiqələri maraqla qarşılayırlar. Bəlkə bizim xanımlarımızın təbii saçları, gözlərinin nuru onları cəlb edir... Bizim xanımlarda Monika Belluçi cazibəsi var, sadəcə stimul yoxdur ki, qəddi- qamətlərinə fikri versinlət. Hər şeyə diqqət yetirəcəyik. Müsabiqəyə olduqca peşəkar insanları dəvət etmişik.
- Fikirlərinizdən belə anlaşıldı ki, geyimlər yəqin ki, Fəxriyyə Xələfovaya məxsus olacaq...
- Həm Fəxriyyə Xələfova həm də məşhur brendlərlə işləyəcəyik. Milli geyimləri artıq fikirləşmişəm. Folklor geyimlərimizlə məşğul olan insanlarımız var. Fotosessiyalarda, dəfilələrdə bu milli geyimlərdən istifadə edəcəyik. Dəfilənin musiqisində Sevda Ələkbərzadənin solo ifasından istifadə olunacaq. Həmin musiqini instrumental caz inprovizasiya edib. Orada Afrika çalarları var, bununla belə Azərbaycan çalarları mənim üçün çox maraqlıdır. Bir il Azərbaycan Avropanın diqqət məzrkəzində olacaq. Düşünürəm ki, belə bir müsabiqənin keçirilməsi vacibdir. Xanımları gözləyirik, yaxşı hədiyyələr, mükafatlar olacaq.

- Qalib bir nəfər olacaq?

- Əsas qalib bir nəfər olacaq, amma nominasiyalarımız da var. Çünki hər həftə tamaşaçı səsverməsindən əlavə, ekspertlər tərəfindən fotosessiyalar olacaq. Həmin çəkilişlər seçimdə vacibdi.
- Münsiflərin kimliyi barədə açıqlama verməmisiniz.

- Bu barədə heç bir məlumat verməyəcəm.

- Onda ümumi soruşaq: münsiflər heyəti bu sahəyə yaxın adamlar olacaq, yoxsa digər layihələrdəki kimi tanınmış aktyorlar, müğənnilər?...
- Bəlli bu sahəyə yaxın adamlar olacaq. Onların arasında modaya doğru münasibət göstərməyi bacaranlar var.
- Təbii ki, Fəxriyyə Xələfova münsiflər heyətinin tərkibində var...
- Onsuz ola bilməz. Fəxriyyə xanımın adını gizlədə bilmərəm. Ondan əlavə model biznesilə çox yaxın insanlar olacaq. Çox tanınmış, öz peşəsini bilən fotomodellərimiz var, onlar da bu layihədə öz işlərini görəcək, müəyyən verilişlərdə iştirak edəcək, masterklaslar keçəcəklər. Əvvəlcədən demək istəmirəm, yəqin ki, Rusiya, Türkiyə şou-biznesindən də insanlar dəvət ediləcək.
- Stilistlər kimlər olacaq?
- Bu barədə fikirləşirik, bir neçə insanları nəzərdə tutmuşam.
- Bu qədər iş üstəgəl teart.

- Təsəvvür edin tearda tamaşamız oldu, mən həm da “Azəristar” proyektinin aparıcısıydım.Fikirləşirdim ki işim çox olacaq. “Ax uş Anna” tamaşasında oynamağa həyat yoldaşım İrana Tağızadə dəvət etmişdi. Dedim ki, işim çox olacaq bu rolla məşğul olmayım. Amma dedi ki, bu rolda sən olmalısan və mənə başqa işlər üçün də şərait yaradacaq. Heç bir şərait yaratmadı. Səhərdən axşama kimi teatrda məşqlərdə idim. Ona görə iki aydı müsabiqənin işləri ilə internet vasitəsi ilə məşğul olurdum. Növbəti tamaşa iyunun 19-u olacaq. Çox maraqlı olacaq. 70-80-ci illərin İtalya, Fransa hitləri Rafaella Kara, Codasen, Rikio Poveri, Luis Migel, Dalidanın mahnıları öz ifamızda səslənir. İspan, franızca, ingiliscə mahnılar var. Tamaşa müzikl şəklində qurulub. Tamaşaçılar bizlə birgə Mao Mariya mahnısını oxuyurdular.
- Simsar.az saytı müsabiqənin informasiya dəstəkçisi olacaq. Sayt vasitəsi ilə birinci çağırışınızı edə bilərsiniz.
- Xanımlarımız çəkinməsinlər, müsabiqəyə gəlsinlər. Bir həftə ərzində müraciət etsinlər, çünki bizim efirimiz iyunun 13-ə nəzərdə tutulub. Seçim rəsm qalareyasında olacaq. Müsabiqə iki seçim turundan ibarətdir. Vaxt məhduddur. İnanıram ki heç bir ekstremal vəziyyət olmayacaq.

Redaksiyadan: Simsar.az saytı “Azəri Top Model" moda tele-şousuna informasiya dəstəyi verir.






23 May, 2011  18:00 Baxılıb: 3315 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner