Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Raziyyə Əhədova: “Bakıda ən gözəl yer Şəhidlər Xiyabanıdır”

“Ən çox atamı istəyirəm, çünki ata pul qazanir”

Uşaqlar gələcəkdir, ümiddir. Mənəviyyatları saf, qəlbləri pak. “Sözün düzünü uşaqdan soruş” deyiblər atalar. Biz də ataların bu məsəlini əsas tutaraq “Deməyin ki, uşagam...” rubrikasını yaratdıq. Rubrikamızın ilk qonagı 6 yaşlı Raziyyə Əhədovadır. Suallarımıza böyüklər kimi təmkinlə cavab verən balaca Raziyyədən müsahibə götürmək mənimçün daha məsuliyyətli oldu. 

- Raziyyə, biz harada yaşayırıq?

- Azərbaycanda.

- Azərbaycan sənin nəyindir?

- Azərbaycan, mənim vətənimdir.

- Qarabağ haradır?

- Qarabağ kənddir. Qarabağ düşmənlərdədir.

- Düşmənlər kimdir?

- Düşmənlər ermənilərdir.

- Bəs Şəhidlər kimlərdir?

- Şəhidlər ermənilərlə dava ediblər,onlar şəhid olublar. Şəhidlər vətənimiz üçün canlarını qurban veriblər.

- Azərbaycanın prezidenti kimdir?

- Cənab İlham Əliyev.

- Başqa kimi tanıyırsan?

- Mehriban xanım Əliyevanı.

- O kimdir?

- Prezidentimizin xanımı. Bir də Heydər babani tanıyıram. Onun qəbrinə gül də qoymuşam.

- Şəhidlər xiyabanında da olmusan?

- Bəli.

- Orda kimin qəbrinin üstünə gül qoymusan?

- Tofiq əminin, Larisanın.

- Azərbaycanın paytaxtı hansı şəhərdir?

- Bakı.

- Bakı şəhərində ən gözəl yer haradır?

- Bakıda ən gözəl yer Şəhidlər Xiyabanıdır.

- Bayrağımızın üzərində neçə rəng var?

- 3. Göy, qırmızı, yaşıl.

- Mənalarını bilirsən?

- Bəli. Göy - türklüyümüzü, qırmızı - müasirliyimizi bildirir, yaşıl - İslamın simvoludur.

- Bəs Ay-ulduz nəyi bildirir?

- Xoşbəxtliyimizi.

- Raziyyə, pul nəyə lazımdır?

- Pul bir şey almaq üçün lazımdır.

- Sənin pulun olsa nə alarsan ?

- Pulum olsa, su, çipsi, semiçka alaram.

- Pulu kim qazanmalıdır?

- Mən.

- Pul qazana bilirsən?

- Bəli.

- Pul anada, yoxsa atada olmalıdır?

- Atada.

- Nə üçün?

- Çünki ata işə gedir.

- Milyonçu olsan nə alarsan?

- Milyonçu olsam mebel alaram. Əsgərlərimizə tapança alaram.

- Tapançanı onlara niyə alarsan?

- Çünki əsgərdirlər. Mənim duşmənimi vuracaqlar. Ermənilər çox pisdirlər, çünki Qarabağda camaatımızı qaçqın ediblər, öldürüblər. Çoxlu şəhidlərimiz var. Torpaqlarımızı əlimizdən alıblar.

- O torpaqları görmək istəyirsən?

- Hə. Mənim çoxlu pulum olsa qaçqinlara ev alaram.

- Kitab nə üçündür?

- Oxumaq üçün.

- Oxumaq nəyə lazımdır?

- Böyümək üçün.

- Böyüyəndə nə olmaq istəyirsən??

- Həkim.

- Nə həkimi olacaqsan?

- Baş həkimi olacagam. Xəstə adamlara iynə vuracağam, ürək yoxlacağam.

- Pulsuz vuracaqsan iynəni ya pulla?

- Yox, pulla vuracam. İynəni pulla vurarlar.

- Kasıb yaxşıdır, varlı?

- Varlı.

- Niyə?

-Çünki varlı olanda adamın hər şeyi olur. Maşını, evi.



“Ən çox atamı istəyirəm, çünki ata pul qazanir”



- Raziyyə sənin üçün ailə nədir?

- Bir yerdə olmaq.

- Ailədə kimlər olur?

- Ata, ana, nənə, baba, bacı və qaqaş.

- Ailədə ən çox kimi istəyirsən?

- Ən çox atamı istəyirəm, çünki ata pul qazanir.

- Bəs ana?

- Ana iş görməlidir, qab yumalıdır, yemək bişirməlidir.

- Televizora baxırsan?

- Bəli.

- Ən çox hansı kanala baxırsan?

- Həkimlər kanalına. Multiklərə baxıram.Uşaq verilişinə
baxıram.

- Hansı mügənnilərə qulaq asırsan?

- Coşqun Viləş, Röya.

- Röyanın nəyi sənin xoşuna gəlir?

- Oxumağı.

- Məleykə Əsədovanı tanıyırsan?

- Yox.

- Bəs İlhamə Quliyevanı?

- Onu tanıyıram.

- Böyük olmaq yaxşıdır, yoxsa balaca?

- Böyük olmaq.

- Niyə?

- Oxumaq istəyirəm, məktəbə getmək istəyirəm.

- İnsanın üzü gözəl olanda yaxşıdır, yoxsa xasiyyəti?

- Üzü.

- Xasiyyəti pis olsa olar?

- Hə. Üzü gözəl olsun.

“İnsanlar namaz qılmalıdırlar, dəstəmaz almalıdırlar, oruc tutmalıdırlar”

- İnsanı kim yaradib bilirsən?

- Bəli, Allah.

- Dinimiz haqda nə bilirsən?

- Dinimiz islamdir.

- Bizim peyğəmbərimizin adı nədir?

- Məhəmməd.

- İslam dininə görə insanlar necə olmalıdır?

- İnsanlar namaz qılmalıdırlar, dəstəmaz almalıdırlar, oruc tutmalıdırlar.

- Sən namaz qılmaq istəyirsən?

- Bəli.

- Namazı neçə dəfə qılmaq lazımdır?

- 3 dəfə.

- Xəzər dənizi harada yerləşir?

- Bakıda

- Xəzərə niyə dəniz deyirlər axı göldür?

- Böyüklüyünə görə ona dəniz deyirlər.

- Daha nələri bilirsən?

- Kür çayı var Azərbaycanda. Dünyada ən böyük çay Nil çayıdır. Ən böyük ağac evkalipt agacıdır.

- Polis kimdir?

- Polislər maşınları saxlayırlar. Adamlar maşınları bərk sürürlər polislər də saxlayırlar. Axı bərk sürmək olmaz.

- İşıqforda neçə rəng var?

- 3

- Hansılardır?

- Qırmızı, sarı, yaşıl.

- Mənalarını bilirsən?

- Bəli, qırmızı dayanmaq üçün, sarı hazırlaşmaq üçün, yaşıl getmək üçün.


“Həkimlər daha çox pul qazanırlar...”

- Polis yaxşıdır, yoxsa müəllim?

- Müəllim. Çünki müəllim dərs keçir, rəqəmləri öyrədir, hərifləri öyrədir, fəsilləri öyrədir.

- Kim daha çox pul qazanır, polis, həkim , yoxsa müəllim?

- Həkimlər daha çox pul qazanırlar, xəstələri sağaldırlar, onlar da həkimə pul verirlər.

- Pul verəndə görmüsən?

- Bəli görmüşəm.

- Dilənçi görmüsən?

- Bəli.

- Dilənçiyə pul verirsən?

- Xeyr… Onlar pisdirlər.

- Pul istəyirlər ona görə pisdirlər?

- Bəli.

- Həkimlər də pul istəyir.Onlar da pisdirlər?

- Yox. Onlar xəstələri sağaldırlar axı.

- Raziyyə Dost nə deməkdir?

- Dost qəşəng yaxşı ağıllı olur.

- Sənin dostun var?

- Bəli. Xədicə, Əsmər, Surə.

- Suallar çox oldu? Yorulmadın?

- Bəli çox oldu, yoruldum.

- Bəs niyə demirsən?

- Utandım.

- Çox sagol müsahibəyə görə.

- Siz də sağ olun.

Şahzadə Gül

 






20 May, 2011  17:57 Baxılıb: 2188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner