Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Jalə Parıltı: “Azərbaycanlı xanımların yanında sönük qaldım” - FOTOLAR

Türkiyə səfərimiz zamanı Türkiyənin tanınmış və sevilən müğənnisi Jalə Parıltının qonağı olduq. Əslən azərbaycanlı olan Jalə bu yaxınlarda Bakıda verdiyi möhtəşəm konsert proqramı ilə azərbaycanlı tamaşaçıların könüllərini oxşamışdı. Özünün də dediyi ki, azərbaycanlı qızı olsa da bu onun Bakıya ilk gəlişi olmuşdu. Unudlmaz duyğularla Azərbaycandan ayrıldığını deyən gözəl müğənninin konsertdən sonrakı təəssüratlarını öyrənmək istədik. İşlərinin çox olmasına baxmayaraq bizimlə görüşü sevə-sevə qəbul etdi.

- Sonucu dəfə Bakıda görüşmüşdük.  Azərbaycandakı konsertdən hansı təəssüratlarla qayıtdın?

- Bir sözlə hər şey çox möhtəşəm idi.  Xüsusilə də göz qamaşdıran geyimlərdə konsertə gələn xanımlara heyran oldum.  O qədər gözəl geyinmişdilər ki, mən azərbaycanlı xanımların yanında sönük qaldım.  Mənim azərbaycan ləhcəsində danışıb mahnılar oxumağımı bəlkə də heç kim gözləmirdi. Ən çox diqqət çəkən məqam da bu oldu.  Konsertdən sonra başıma toplaşan insanla, o izdiham məni çox  xoşbəxt etdi.

- Yenidən Bakıda konsert vermək istəyirsənmi. Belə bir plan varmı?

- Əlbətdə istəyirəm. Amma təklif də gözləyirəm. Ordan heç gəlmək istəmirəm. Çox səmimi deyirəm. Uzun zaman oldu ailəmi itirəli. Bizim ailəmiz hər zaman iç-içə yaşadı və ailəm həmişə tərəkəmə ləhcəsində danışırdı. Onları itirdidikdən sonra  tərəkəmə ləhcəsində danışmaq azaldı. Azərbaycana gedəndə mənə elə gəldi ki, dayımgilə, xalamgilə gəlmişəm. O mindiyimiz taksilərdəki, oturduğumuz yerlərdəki insanların danışıqları... Çox doğma bir atmosferdəydim. Bacım da yanımda idi. Eyni şeyləri o da hiss etmişdi. Hətta biz bir taksiyə mindik.  Mən tərəkəmə ləhcəsində Türkiyədən konsert verməyə gəldiyimizi dedim. Sürücü dedi “Ooo! Siz çox yaxşı qonaqlarsınız. Toba mən sizdən pul götürmərəm”(gülür). Çox darıxıram. Tezliklə yeni bir konsert təklifi gəlsə də yenidən o yerlərə getsək.

- Azərbaycanda yaxşı dostlar da tapdın.

- Bəli. Allah vəsilə olanlardan min dəfə razı olsun. Ayşə Bir Gül Yılmaza da təşəkkür edirəm. Qənirə Paşayeva ilə bizi tanış etdi. Eyni kültürün qızı olmağımız, eyni dildə danışmağımız bizi bir- birimizə daha da yaxınlaşdırdı.  Mənim Azərbaycanda konsert verməyimi də Qənirə xanım təşkil etmişdi. Xatırlayırsansa ilk dəfə sizin sayta müsahibə verəndə demişdim ki, Azərbaycan qızı olmağıma baxmayaraq heç vaxt Bakını görməmişəm.  Qənirə xanım da o müsahibəni oxuyub çox təsirlənmişdi və nəticədə mən Bakıya gəldim. 3 günlük bir Bakı gəzintimiz oldu.

- Türkiyədə  hansı yeni işlər görmüsən?

- Yeni bir sinql çıxartdım. Klipi çəkildi. Çox gözəl reaksiyalar var. İnsanlar tərəfindən sevilir. Bilirsən mən təsəvvüf, fantazi, arabesk janrlarında mahnılar oxumuşam. Bu oxuduğum mahnı da pop- fantazidi. Yaradıcılığıma yeni bir budaq da əlavə etmiş oldum. Hər şey umduğumuzdan daha gözəl gedir.

- Səhv etmirəmsə kanalların birində veriliş də aparırsan?

-  Belə bir layihə var idi. Yemək proqramı aparırdım. Bir az mənə çətinlik yaratdı. Çünki çəkilişlər daha çox şəhərdən kənarda baş tuturdu. Qızım üçün çox darıxıram. İşlər o qədər çox olur ki, onunla çox az vaxt keçirə bilirəm. Hələik verilişə ara verdik. Amma əgər studio daxili bir layihə olarsa yenidən hər hansı bir verilişdə aparıcı kimi görünə bilərəm.

- Bir şey diqqətimi çəkdi. Niyə yemək proqramı. Tərəkəmə olduğun üçünmü?

- Mən bir çox yemək proqramlarına qonaq olmuşdum. Əldən iti olmağım, qəşəng yeməklər hazırlamağım diqqət çəkmişdi. Ona görə də kanaldan təklif gəlmişdi. Öz evimdə hər zaman xəngəl, kətə, düşbərə hazırlmağı çox istəmişəm. Təbii ki, bunlar da çox zaman alan şeylərdir. Bunları hazırlamaq nəzərədə tutulurdu, amma verilişə ara verildi.

- Tərəkəmələr adətən yemək yeməyi də, hazırlamağı da çox sevir.

- Mən də çox sevirəm. Bizim yerlərin yeməkləri  çox dadlıdır. Xaşılımız, buğlamamamız dillərə dastandır.  Amma ən sevdiyim yemək xəngəl və kətədir. Sadəcə tərəkəmə yeməkləri deyil bütün bölgələrin mətbəxlərini sevirəm.

- Adətən Türkiyədə müğənnilər film sektoruna meyl göstərirlər.  Amma səni heç  bir filmdə, serialda görmürük. Özün istəmirsən, yoxsa təklif gəlmir?

- Açığı təklif gəlmir. İlk dəfə efirlərə çıxanda bir filmə təklif almışdım. Kuriyer qızını oynayacaqdım. O zaman bağlı olduğum şirkət qəbul etmədi.  Dedilər hələ təzəsən bu meydanda. Sonra bir diş məcunu reklam təklifi gəlmişdi onu da şirkət qəbul etmədi. İndi azadam, həyat yoldaşımla birlikdə çalışıram. Bundan belə gələn istənilən təklifə açığam.

- Həyat yoldaşınla  bir arada işləmək çətin olmur ki?

- Əslində bu mövzuda özümü şanslı hiss edirəm, Arxamda həyat yoldaşımın olması çox böyük bir şansdır. Rahatam. Çünki məni istiqamətləndirən həyat yoldaşınızıdır.  Məni pis olan bir mühitə çəkməz, hər şeyə çox həssasdır. Mən  televiziyaya ya konsertə çıxanda ancaq oxuyacağım mahnı haqqında düşünürəm. Qalan hər şeyi həyat yoldaşım həll edir. Amma ondan əvvəl belə deyildi. Hər şeyi özüm düşünməliydim. Və hər şeyə özüm qaçdığım üçün fikrimi oxuyacağım mahnıya verə bilmirdim. Hətta oxuduğum mahnının sözlərini unutduğum anlar olurdu. Çətin tərəfləri də yox deyil. Mən çox həssasam. İş saatında ikinci Jalə oluram. Qədirin  həyat yoldaşım olduğunu unuduram. Qədir bəy siz bunu etdinizmi, filan şey hazır oldumu və s. (gülür).

- Övladınıza birlikdə nə zaman vaxt ayrıra bilirisiniz?

- Əlimizdən gəldiyi qədər çalışırıq ki, ona ailə ortamını yarada bilək. Əlfin doğulmadan əvvəl  biz bir  qastrola gedəndə iki gün əvvəldən yola düşərdik. Konsert verdiyimiz şəhəri, ölkəni gəzərdik. Amma indi konsert bitər-bitməz dərhal ilk təyyarə ilə evə, uşağımızın yanına qayıdırıq. Qızımıza çox sevgi verməyə çalışırıq. Qızımızın bir adəti var atasının əlinən tutub deyir ki, “ana sən işə gedə bilərsən biz atamla yatacağıq”. Atasına çox düşkündü.

- Qısqanmırsan?

- Yox o məni qısqanır(gülür). “Ana sən atamla gəzib dolaşdın, bəsdir. Bir az damənlə vxt keçirtisin” deyərcəsinə atasına sahiblənməsi var. Əlbətdə ata daha çox kənarda olur. Ona görə atasına dah çox düşükündür. Evdə qaldığım zaman ev işləri ilə,gözəllik salonu ilə, gərəksiz işlərlə vaxt itirmirəm.  Qalan zamanımı qızımla keçirtməyə çalışıram.

- Konsertdə Azərbaycan mahnılarına çox yer verdin. Bizim müasir bəstəkarları, müğənniləri araşdırdınmı?

- Burdakı bəstəkar dostlarımız dinləməyimiz üçün bizə Azərbaycandan mahnılar təqdim edirlər. Onsuz da Azərbaycan mahnılarına çox marağım olduğu üçün, mənə ilk dinlətdiyi əsərlər ən çox Azərbaycan mahnıları olur. Amma məhz özümün araşdırdığımı deyə bilmərəm. Çünki buna həqiqətən də vaxtım olmur. Məsələn Ramal mahnılarını bacımdan yollamışdı. Mənim də albomumu ona aparmışdı.Biz bir -birimizin mahnılarını dinlədiyimiz üçün sənətlərimizdən xəbərdarıq.

- Bizim çox dəyərli retro musiqiləriniz var. O mahnıları dinləmək istəmədinmi, yoxsa o səs yazıları əlinizə keçmədimi?

- Mən musiqi ilə bağlı olan hər bir şeyi dinləyirəm. Əsla bu mövzuda istəksiz deyiləm. Musiqiyə könül vermiş bir insanam. Lakin öz işlərim o qədər ağırdır ki, ayrıca bir vaxt ayrıb, dediyin mahnıları, bəstəkarları araşdırma fürsətim olmur.

- Azərbaycan sənətçiləri ilə birlikdə ortaq bir layihə, konsert düşünürsənmi?

- Bəli belə bir planımız var. Ramal ilə birlikdə bir şeylər etmək istəyirəm. Çünki onun səs rəngi ilə mənim səs rəngim çox uyğundur. Hələlik ağlımda olan yeganə ad Ramaldır. Onunla bir layihə düşünürəm.

- Azərbaycandan iş təklifi gəlsə təməlli Azərbaycana gedərsənmi?

- Gedərəm. Amma əlbətdəki o işin məğzinə bağlıdır.

 

Simsar.az

 






11 Dekabr, 2014  14:17 Baxılıb: 2539 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner