Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Sudanda aclıq”a görə intihar edən fotoqraf

“Bir fotonun tarixçəsi”  layihəsində bu dəfə sizlərə səfalət içində olan Afrikadan, qapqara dərili, sümüklərinin sayı bilinən, kilometlərlə uzaq yemək düşərgəsinə sürünərək irəliləyən ac-susuz qız uşağından və Pulitzer mükafatlı fotoşəkilin müəllifindən  yazacam...

Dünyaya səs salan bu kadrdan sonra hər kəsi adı bilinməyən bu qız uşağının sonrakı taleyi, quzğunun onu yeyib-yeməməsi, fotoqrafın ona niyə kömək etməməsi kimi fikirlər düşündürürdü. Amma bəlkə də həqiqətdə hər şey başqa idi. İndi isə gedək həmin foto çəkilən günə, o dövrün Afrikasına...

1984-cü ildə Johannesburg Star qəzeti üçün işləməyə başlayan Kevinin qarşısında çox önəmli bir vəzifə dayanırdı: aparteid siyasətinin bütün iyrəncliklərini və qəddarlığını dünya ictimaiyyətinə tanıtmaq. Qara qitənin qara taleyi bu şəkildə - səfalət, aclıq içində yaşamaq, daha doğrusu yaşamaqla mübarizə aparmaq idi... Bunun üçün o, aclıq və səfalətin hökm sürdüyü Cənubi Afrikada ən ağlasığmaz səhnələrini belə kadra almalı idi. Bu məqsədlə o, 1993-cü ilin martında Sudana yola düşür. Təyyarə kiçik bir kənd olan Ayodda  yerə enir... Ayoddakı ac insanları çəkib, yorulan Kevin kənddən kənara çıxır və bu zaman sakit ağlamaq səsi eşidir. Səsin hardan gəldiyini müəyyənləşdirəndə o, yerdə sürünən bir qız uşağı görür. Qarşısında iki seçim vardı: ya qızcığaza yardım edib onu düşərgəyə çatdırmaq və ya anı yaxalamaq. Nəticə: “müqəddəs” vəzifə borcu...Və gənc fotoqraf bu anı əbədiləşdirmək üçün fotokamerasını işə salıb, şəkli çəkən zaman onlardan bir neçə addımlığa leşyeyən quzğun qonur. Karter quşu qorxutmamaq, əvvəlki kadrdan daha təsirli fotonun alınması üçün yaxşı mövqe seçir və bütün dünyanı şoka salan o məşhur fotonu çəkir. Fotonu çəkməyinə baxmayaraq o, bəlkə quş qanadlanar və çəkdiyi kadrdan daha da təsirli an tuta bilər deyə orda iyirmi dəqiqə də gözləyib. Daha sonra isə  quzğunu ordan qovub. Qız isə az da olsa güc toplayaraq BMT-nin yerləşdiyi yemək düşərgəsinə tərəf yenidən sürünməyə davam edib...

Fotonun çəkildiyi günün ertəsi  Kevin onu New York Times juranlına satır. Foto “Sudanda aclıq” adı ilə 1993-cü il 26 mart tarixində nəşr olunur. Elə həmin gündən də dünya ictimaiyyəti arasında böyük rezonans, mübahisəyə səbəb olur. Tezliklə bütün dünyanın ən oxunaqlı qəzet və jurnallarında dərc olunan  bu foto insanlarda bir sual doğurur: “Bəs zavallı körpənin sonrakı taleyi?!”  Əslində hamı düşünürdü ki, Kevin Karter fotonu çəkib, uşağı quzğunla orda qoyub çıxıb gedib. Amma quzğunu ordan qovandan sonra da bir müddət dayanıb qızı izləyib. Daha sonra isə oranı tərk edir...

“Sudanda aclıq” fotosu Afrikanın simvoluna çevrildi. Aclıq və səfalətin qurbanına çevrilən azyaşlının fotosu Kevin Karterə isə məşhurluq və 1994-cü il 23 mayda Pulitzer mükafatını gətirdi.

Karterin müəllifi olduğu foto mükafata layiq görülsə də ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Hətta bəzi nüfuzlu mətbuat orqanları onu etdiyi seçimdə kəskin tənqid atəşinə tutdular. Mətbuat orqanlarının biri  foto haqda belə bir şərh də vermişdi:   “Əslində fotoda yalnız bir quzğun var”.. Təbii ki, burada Karter nəzərdə tutulurdu.

Karter Sudandakı afrikalıların həyatını dünyaya çatdırmaq üçün çəklişlər başlayanda ona epidemiya və ya hər hansı bir yoluxucu xəstəliyə tutulmamaq üçün yerli əhalidən uzaq gəzmək tapşırılmışdı. Sonrada ona qarşı yönələn iradlara qarşı o bu tapşırığı əsas gətirərək özünə bəraət qazandırdı. Karterin həmkarı Silva ona bəraət qazandıraraq hadisənin o şəkildə baş vermədiyini bildirsə də olanlar oldu...

Bütün bu olanlardan sonra əsəbləri ilə bağlı ciddi problem yaşayan Karter bir seçim edir. 1994-cü il 27 iyulda uşaqlığında tez-tez oynamaq üçün getdiyi Braamfonteində dayanmış avtomobilin içərisində karbon monoksiddən zəhərlənmiş 33 yaşlı Karterin cəsədi tapılır. O,rezin borunun bir ucunu avtomobilin səsboğucusuna, digər ucunu isə avtomobilin yan pəncərəsindən içəri salaraq intihar edir...

Karterin intiharından sonra belə bir sual meydana gəlir:  karbon monoksid zəhərlənməsi yoxsa vicdan əzabı?!

Əslində isə Kevin Karterin bir istəyi vardı: Afrikadakı bu səfaləti, qara insanların qara həyatlarını, nə qədər uşaqların öldüyünü dünyaya çatdırmaq...

Nuranə Novruz

 

 

 






14 Noyabr, 2014  13:58 Baxılıb: 3827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner