Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Portuqaliyanın 3 klubu yarımfinalda

Futbol üzrə Avropa Liqasında ¼ final mərhələsinin cavab görüşləri keçirilib

Simsar.az-ın məlumatına görə, qarşılaşmaların nəticələrinə əsasən, Portuqaliyanın 3 klubu – “Portu”, “Benfika” və “Braqa” yarımfinala vəsiqə qazanıb. 

Onlardan əlavə, İspaniyanın “Vilyarreal” komandası da mərhələ adlayıb. “Portu” Rusiya “Spartak”ının qapısından hər iki qarşılaşmada 5 top keçirib. “Benfika” Hollandiyanın PSV, “Vilyarreal” isə “Tvente” klubunu üstələyib. “Braqa” nə səfərdə, nə də evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasına qalib gələ bilib. Lakin səfərdə qol vurmağı bacardığından, Portuqaliya təmsilçisi yarımfinala çıxıb. Öz meydançasında 1:1 hesablı heç-heçə etmiş “Dinamo” cavab görüşündə qol vura bilməyib. Baxmayaraq ki, oyunun 3/2 hissəsini kəmiyyətcə üstün durumda keçirib. Azlıqda qalan “Braqa” qapısının toxunulmazlığını qoruyub. Üstəlik, son dəqiqələrdə Kiyev komandasının da futbolçusu meydançadan qovulub və meydançadakı oyunçuların sayı bərabərləşib. Qolsuz heç-heçə “Dinamo”nu yarımfinala vəsiqədən məhrum edib.

Beləliklə, aprelin 28-də və mayın 5-də keçiriləcək yarımfinal görüşlərində “Braqa” “Benfika” ilə, “Portu” isə “Vilyarreal”la qarşılaşacaq. Final matçı mayın 18-də İrlandiya paytaxtındakı “Dublin Arena”da baş tutacaq.

14 aprel

“Spartak” (Moskva, Rusiya) – “Portu” (Portuqaliya) - 2:5
Artyom Dzyuba, 52. Ari, 72 - Halk, 28. Kristian Rodriges, 45. Freddi Quarin, 47. Radamel Falkao, 54. Ruben Mikael, 89
İlk oyun - 1:5

“Braqa” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:0
Qırmızı vərəqələr: Paolo Sezar, 30 (“Braqa”) - Qoran Popov, 88 (“Dinamo”)
İlk oyun - 1:1

PSV (Hollandiya) – “Benfika” (Portuqaliya) - 2:2
Balaş Cucak, 17. Jeremeyn Lens, 25 (2:0) - Luizao, 45. Oskar Kardozo, 63-pen.
İlk oyun - 1:4

“Tvente” (Hollandiya) – “Vilyarreal” (İspaniya) - 1:3
Əmir Bayrami, 32 - Cüzeppe Rossi, 59-pen. Markos Ruben, 84-pen. Ruben Qrasia Kani, 89
Qırmızı vərəqə: Duayt Tiendalli, 59 (“Tvente”)
İlk oyun - 1:5.






15 Aprel, 2011  14:37 Baxılıb: 1393 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner