Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maarif fədailəri ilə iki gün - “Yaralı” məktəblərdən REPORTAJ - FOTOLAR

Cəbhə bölgəsində - düşmən mərmilərinin altında yaşayan, gələcəyini formalaşdıran, gələcək nəsli maarifləndirən soydaşlarımızı görmək mənim üçün də maraqlı idi. Ona görə də Təhsil və Müdafiə nazirliklərinin cəbhəyanı bölgələrə təşkil etdiyi səfərə qatılmaq təklifinə düşünmədən razılıq verdim.

Sübh saatlarında avtobusumuz üzü vətənimizin qərbinə yol aldı. Dayanacağımız Tovuz və Qazax rayonlarıdır. Səfər yoldaşlarım isə həmkarlarımdır.

Nəhayət, bizi cəbhə bölgəsinə yaxınlaşdıran avtobus mənzil başına çatdı.

Səfərimizə ilk olaraq Tovuzun Hacallı kəndində Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin adını daşıyan orta məktəb başladıq.

Məktəbin direktoru Mehriban Rüstəmova bildirdi ki, ermənilər atəşkəs rejimində də öz düşmənçiliyindən əl çəkmirlər. Hətta gündüz saatlarında da buranı ataşə tutduqları vaxtlar olur.

Direktorun dediyi növbəti xəbər isə bizim nə qədər alçaq və şərəfsiz biriləri ilə qonşu olduğumuzu anlamağa bir daha kömək etdi. M. Rüstəmova söylədi ki, düşmən dəfələrlə məktəbi güllələyib. Müəllimə bunu təsdiq edən nişanələrlə də bizi tanış etdi: “Ermənilər sinif otaqlarına da güllə atırlar. Xəsarət alan olmasa da, dərs keçirilən otaqda pəncərə şüşələri və yazı lövhəsində iriçaplı güllələrin izi qalıb. O izlərlə biz saxlayırıq”.

Direktor deyir ki, güllə səsi gələn kimi şagird və müəllimləri təhlükəsiz yerə - dəhlizə çıxarırlar.

Bu maarifçi qəhrəmanlarla kənd məktəbinin uğurları haqqında da danışdıq. Bizə məlumat verdilər ki, məktəbdə 47 müəllim və 24 texniki işçi çalışır. Məktəbin şagirdlərinin sayı isə 437 nəfərdir. Bu məktəblə erməni postlarının arasında təxminən 1.5 kilometr məsafə olsa da düşmənin atəşi pozmasınə şagirdləri, nə də müəllimləri narahat etmir. 2013-2014-cü tədris ilində buranı bitirən 37 şagirddən 9 nəfəri ali məktəbə, 3 nəfəri isə kollecə daxil olub. Onlar arasında 650-dən yüksək nəticə göstərən şagirdlər də olub.

Azərbycan dili və ədəbiyyat müəllimi Kəmalə Qasımova isə şagirdlərin cəsurluğundan danışdı: “Şagirdlər güllə səsi eşidəndə buna məhəl vermirlər”.

Səfərimizinm ikinci günündə isə düsmənlə 3,5 km məsafədə yerləsən Qazaxın Aslanbəyli və 2 saylı Çaylıkənd kənd orta məktəblərində olduq.

Məktəb müəllimləri ilə söhbətdə onlar dedilər ki, cəbhə xəttinə yaxın yerləşməsi, daim güllə səsləri eşitmələrindən narahat deyillər. Onlar öz işlərini sevə-sevə davam etdirdiklərini də söylədilər.

Şagirdlərdə isə hərbiyə marağının böyük olduğunu müşahidə etdik. Bizə dedilər ki, təkcə bu il məktəbin 2 məzunu Ali Hərbi Məktəbə daxil olub.

“Hər gün mütəmadi olaraq güllə səsləri eşidirik. Gəcələr ermənilər daha çox güllə atır. Bütün bunlara baxmayaraq, güllə altında da olsa şagirdlərin dərsə davamiyyətinə problem olmur. Kənd sakinləri bir nəfər kimi düşmənə qarşı əzmkarlıq göstərir” – bunu isə məktəbin direktoru Dilqəm Məmmədov dedi.

Səfər zamanı hərbçilərimizi də unutmadıq. Onalra da baş çəkdik, xidmət şəraiti ilə maraqlandıq. Və ən əsası, hər birini təpərli və güclü gördük.

Tovuzda fəaliyyət göstərən Türkel TV-nin isə qonağı olmaya bilməzdik. Burada isə cəbhə bölgəsində çalışan fədakar həmkarlarımızla söhbətləşdik, onların iş şəraiti ilə tanış olduq.

Və...bizi gətirən yol Bakıya – vətənimizin paytaxtına istiqamətləndi...

Arxada isə vətənin həmin parçasını sizə söz açdığım insanlara əmanət qoyduq. Allah vətənimizi fədakar maarifçilərini qorusun!

Aysel Kərimova

Bakı-Tovuz-Qazax

 

 






25 Oktyabr, 2014  11:50 Baxılıb: 1599 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner