Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

8 klub Azərbaycan Kubokuna qatılmaqdan imtina etdi

2014/15 mövsümündə Azərbaycan Kubokunda iştirak edəcək klubların sayı müəyyənləşib. Simsar.az xəbər verir ki, turnirə 18 komanda qatılacaq.

Bunların 10-u Topaz Premyer Liqasını təmsil edəcək. Qalan 8 klub isə I divizionun iştirakçılarıdı. Aşağı liqanın 8 təmsilçisi isə kuboka qatılmaqdan imtina edib. Belə ki, "Turan Tovuz", "Kəpəz", "Şəmkir", "Şuşa", "Bakılı", "Göyəzən", "Energetik" və "Mil-Muğan" Azərbaycan Kubokuna qatılmaqdan imtina edib.

Beləliklə, 2014/15 mövsümündə Azərbaycan kubokunda bu komandalar iştirak edəcək: "Araz Naxçıvan", AZAL, "Bakı", "İnter", "Neftçi", "Qarabağ", "Qəbələ", "Simurq", "Sumqayıt", "Xəzər Lənkəran" (hamısı Premyer Liqa), "Ağsu", MOİK, "Neftçala", "Lokomotiv", "Qaradağ Lökbatan", "Rəvan", "Şahdağ", "Zirə" (hamısı I divizion).

Qeyd edək ki, I divizionun püşkü oktyabrın 15-də AFFA-nın inzibati binasında atılacaq. Mərasim saat 15.00-da başlayacaq.







13 Oktyabr, 2014  18:37 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner