Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Çörəyini dəmirdən çıxaran" usta - REPORTAJ - FOTOLAR

Dəmirçilər qədimdən cəmiyyət içində sayılıb-seçilən sənətçilərdir. Türklərdə dəmirçilik önəmli sənət sahəsi hesab olunurdu. Bu səbəbdən onlar dəmirçiləri işini yaxşı bilən, güvənilən və güclü xarakterin rəmzi kimi qəbul edirdilər.

İnsanların daha güvənli şəkildə yaşamaları üçün dəmiri naxış kimi işləyən Zeynal Zeynalov İsmayıllının Lahıc qəsəbəsində fəaliyyət göstərən dəmirçilərdəndir. Zeynal usta dövrümüzdə demək olar ki, barmaqla sayılan ustalardandır. Məcazi mənada desək çörəyini də dəmirdən çıxarır. 65 yaşlı usta sənətin sirrlərini rəhmətlik usta Hafizdən mənimsədiyini deyir. 41 ildir dəmirlə sənət möcüzələri hazırlayan usta, elektromexanik, kinomexanik, operator, poçtalyon, dülgər, bənna işləyib. Amma dəmirçilik ona doğma gəldiyindən bu sənətin qulpundan yapışıb.

Lahıcda kiçik və köhnə emlataxanasında işi ilə məşğul olan usta deyir ki uşaqlıqdan çəkic səsini eşitmək xoşuna gəlib. “Gedib dururdum dəmirçilərin dükanının qabağında, necə işlədiklərinə baxırdım. Həvəsə gəlirdim, onlar üçün pulsuz işləyirdim. Onlar da, məni tərifləyirdilər...Bir gün gördüm ki, dəyəsən mən bu işi öyrənmişəm. Sonra getdim bir il bir, bir il də digər ustanın yanında şagird işlədim. Dörd-beş usta dəyişsəm də, bir il də misgərliklə məşğul oldum. Gördüm yox, mənimki elə dəmirçilikdi. Rəhmətlik Abdulla Şaiq demişkən:

Ustaların ustasıdır dəmirçi,

Çaxır qabı qalaylayır qalayçı.

Qəpik-qəpik pul qazanar pinəçi,

Zəhməti çox, qazancı az əkinçi.

Mən də bu sənət ali olduğu üçün özümə götürdüm. Misgərin, bənnanın-bütün ustaların alətlərini mən düzəldirəm”.

Düzəltdiyi əşyaların ölçüsünə görə qiymətlər də dəyişir. Fabriklərlə rəqabətə tab gətirmək üçün qiymətlər nisbətən aşağı olur. Bir atı iyirmi manata nallayan usta, dəmirçilikdən gələn qazancla 8 nəfərlik ailəsini saxlayır. Bu sənətlə altı uşaq böyütdüyünü deyir Zeynal dayı. “Dəmirçiliklə üçünü oxuda bilmişəm, üçünü yox. Biri müəllimdi, biri də, buxalter. Amma iş tapa bilmir. Mənim yanımda olur, mənə kömək edir”. Söhbətarası “bu da ali təhsil” deyə, usta giley-güzar edirdi.

Şikayətləndiyi digər məsələ isə, bu işi öyrənmək istəyənlərin olmamağıdır. Dəmirçilik sənətini gələcək nəsillərə ötürəcək işçilərin olmaması onu narahat edir.

Dəmirçilik sənətində keçmişlə bu günü müqayisə edən Zeynal usta: “Gənclik illərimizdə dəmirçilikə məşğul olan ustalar çox idi. Amma indi barmaqla sayılacaq qədərdi. Ustamla birlikdə işlədiyim günləri xatırlayıram. O vaxtlar daha çox iş görərdik. Ancaq o dövr keçib, getdi” sözləri ilə dəmirçilik sənətinin vəziyyətini ən gözəl şəkildə anladır.

Bütün çətinliklərinə baxmayaraq o, işinə həvəslə yanaşır. Dediyinə görə, bu işlə məşğul olduğu 41 il ərzində dəmirin sirrlərinə bələd olmaqla yanaşı insan sərrafına çevrilib. Müştərilərindən danışarkən zarafatlarından da geri qalmır: “Müştərilərim çox olur. Amma çoxunu da qovmuşam. Qocalmışam yəqin”.

Sənətini sevən ancaq danışmaqla bir o qədər arası olmayan usta sonda gördüyü işin ona verdiyi qürurdan danışır: “Öz işlərimlə fəxr edirəm. Baxanda onlardan həzz alıram. Mən dəmirçiyəm, heç kimi məni işdən qovmayıb. Sənət bələ şeydi. Kimdənsə asılı olmursan, ac qalmırsan. Səhvim də olanda müştərilər səhvimi başa salıb, ikinci dəfə eləməmişəm. Sənət sərmayədir”

Nuranə Novruz

 







12 Sentyabr, 2014  09:36 Baxılıb: 2057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner