Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Cemal Safi: “O qadın 36 ildir məni gözləyir” – MÜSAHİBƏ + FOTOLAR

Türkiyədə ən gözəl və ən təsirli şeirlərin müəllifi hesab olunur. 4 kitabın – “Vurğun” (1978), Səndə Qalmış (2000), “Qiyamətə qırx qala” (2002), “Ya evdə yoxsan” (2008) müəllifidir. O həm də Türkiyədə şeirlərinə ən çox mahnı yazılan şairlərdəndi. Söhbətimiz zamanı, əslən azərbaycanlı olduğunu deyir. Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Azərbaycana gələn tanınmış şair Cemal Safi Simsar.az-ın qonağıdır.

 

Dosye:

Cemal Safi 1938-ci ildə Samsunda anadan olub. Orta məktəbi Sakaryada başa vuran Cemal erkən yaşlarında şeir yazmağa başlayıb. Sənət İnstitutuna qəbul olsa da, təhsilini axıra kimi davam etdirməyib. 1962-ci ildə hərbi xidməti başa vurduqdan sonra Şükran xanımla ailə qurub. İlk dəfə şeirləri 40 yaşında yayımlanıb. 1978-ci ildə “Vurğun” kitabı ilə Türkiyədə məşhurlaşıb. Ailəlidir, 3 uşağı var.

 

“Bir millət, iki dövlətin Qarabağ adlı böyük, qara bir yarası var”

 

- Bakı sizdə necə təəssürat oyatdı?

- Bakı təxmin etdiyimdən çox gözəl şəhərdi. Buranın insanları daha duyğulu, daha istiqanlıdır. Məncə, Azərbaycan insanında milli hisslər daha qüvvətlidir. Bu da məni çox məmnun etdi. Burda gördüyüm insanlar çox mədənidir.

- Ulu öndər Heydər Əliyevin bir sözü var: “Azərbaycan-Tükiyə, bir millət – iki dövlət...”

- Ulu öndər çox gözəl deyib. Doğrudan da biz bir millət, iki dövlətik. Təəssüf ki, bir millət, iki dövlətin Qarabağ adlı böyük, qara bir yarası var. Bu yara içimizi sızladır. Ancaq Allah böyükdü, bizim də səbrimizin bir sonu var. Bir gün güc tətbiq edə bilərik.

 

“Babam ermənilər tərəfindən şəhid edildi”

 

- Türkiyədə təmiz türkcə yazan ən güclü şair kimi mükafatlandırılmısız. Azərbyacan dili sizə necə təsir bağışladı?

- Mənim babam azəri idi. Buna görə Azərbaycanı, Azərbaycan dilini çox sevmişəm. O, XIX əsrin sonları, təxminən 1850-ci illərdən sonra, erməni zülmünə qarşı çıxdığı üçün  Türkiyəyə sürgün edilib. O vaxt ermənilər ruslarla birləşərək Azərbaycan ziyalılarına qarşı təxribatlar aparırmışlar. Babam Türkiyəyə sürgün edilərkən, erməni və ruslar tərəfindən şəhid edilmişdi...

- Babanız Azərbyacanın harasından idi?

- Onu tam bilmirəm. Çünki babam şəhid olanda atam 3 yaşındaymış....

- Azərbaycanda qohum-əqrabanız varmı?

- Qohum əqrabamızdan kimlərin qaldığını bilmirəm. Ancaq atamdan eşitmişdim ki, kimsəmiz qalmayıbmış...

 

“Eşqi adi sözlə anlatmaq olmaz”

 

- Cemal bəy, şeir zamanı keçdimi, yoxsa hələ də insanların şeirə ehtiyacı var?

- Şeirin zamanı keçməz. Hələ də insanların şeirə ehtiyacı var. Şeirsiz həyatın gözəllikləri olmaz. Dünya eqdədir, şeirdədir. Eşqi adi sözlə anlatmaq olmaz. Mütləq ilk aşiq olan şairdi ki, şeir də eşqdən çıxıb. Eşqin doğurduğu gözəllikdi – şeir. Eşq çox ciddi mövzudur. Nədən?! Çünki hər  işə ağlınız çatar. Ağılla hər işi görə bilərsiz. Dağları fəth edərsiz, kosmosa uçarsız... Amma eşqlə bacara biməzsiz, eşq gəldiyi zaman qəlbə aciz qalarsız. Artıq onu aludə edər. Mənim bir şeirim var “Ayşən”. Bu şeirin sonunda deyilir ki,

 

Ey alev yanaklım, volkan dudaklım,

Ne bir yalanım var, ne gizlim, saklım,

Her şeye erdi de zavallı aklım,

Seni unutmaya ermiyor Ayşen...

 

Eşq ən çox sayqı duyulması gərəkən şeydir. Her şeyin öhdəsindən gəlmək olar, ancaq eşq qəlbə girdiyi zaman onu oradan qova bilməzsiniz. Nə tibb onunla başa çıxa bilər, nə loğman, nə də həkim.

 

Yeryüzünde ben ürettim veremi,

Lokman Hekim bulamadı çaremi,

Aslı için kül eyledim Kerem'i,

İbrahim'in atıldığı kor benim...


İlahimle Mevlana'yı döndürdüm,

Yunus'umla öfkeleri dindirdim,

Günahımla çok ocaklar söndürdüm,

Mevla'danım, hayır benim, şer benim...


Niceler sultandı, kraldı, şahtı,

Benimle değişti talihi, bahtı,

Yerle bir eyledim tac ile tahtı,

Akıl almaz hünerlerim var benim...

 

Eşq anladır bunları. Şeirin sonuna diqqət edin. Yavuz Sultan Səlimi bilirsiniz də. İranı fəth elədi, amma bir cariyənin baxışına atdan düşdü:

 

Kamil iken cahil ettim alimi,

Vahşi iken yahşi ettim zalimi,

Yavuz iken zebun ettim Selim'i,

Her oyunu bozan gizli zor benim...

 

Sultan Səlim deyir ki,

 

“Şirler pençeyi kahrımdan olurken lerzan

Beni bir gözleri ahuya zebun etti felek”.

 

Yəni, aslanlar mənim pəncəmin şiddətindən, hiddətindən titrərkən, ceyran baxışlı bir dilbərə görə məni atdan düşürdü fələk.

- İndi o cür eşq varmı?

- Əlbəttə var. Əgər siz bugünkü şou-biznesi nəzərdə tutursunuzsa, bu, eşq hadisəsi deyil. Bu sadəcə bədənsəl sevgi və yaxud ehtirasdır. Əsl eşq duyğu hadisəsidir. İnsanlar eyni duyğunu yaşayır. Sən də yaşasan görərsən (gülürük).

 

“O qadın 62 yaşında, hələ də məni gözələyir”

 

- Eşqə düşməzdən öncə də yazırdız?

- Mən zatən şairdim. Şairlər şair olaraq doğulur, sonradan şair olunmur. Bülbül bülbül kimi, sərçə sərçə kimi ötər. Amma gül bəhanədir, bülbül gül olmasa da, gülə aşiqdir. 1978-ci il aprel ayının 17-də, saat 13-də aşiq oldum. Əlim titrədi. Hələ də 36 il keçib, amma həmin an yadımdan çıxmır. Onunla danışdım, ancaq qovuşmadım. Zatən qovuşarsansa, eşq bitər. Həsrət eşqi bəslər. O qadın hələ də məni gözələyir.

- O gözləyir, bəs siz nədən getmirsiz?

- Gedə bilmərəm, bu mümkün deyil. İndi o qadın 62 yaşında, məni gözləyir, amma mən getmirəm.

- Ailəniz uşağınız vardı, amma sevdiniz...

- Ona aşiq olarkən mənim ailəm, uşaqlarım vardı. Mən yaxşı bir atayam. Övlad oxuduram. Ancaq camaat eşqi bilməz ki... Deyərlər ki, axmaq guya ki, ürəyinin səsinə qulaq asıb, könlünü başqasına verdi, ailəsini uşağını tərk edib, bir qadına qoşulub getdi.

- Evli bir adam... başqasını sevdi... Bəs bu necə baş verdi?

- Mən eşqə düşərkən 40 yaşındaydım. Eşq çox ciddi bir mövzudur. Ən çox qadın televiziya aparıcıları maraqlandı ki, necə oldu... Mən də röyalarımda gördüyüm  o qadını deyirəm. Siz də gördünüzmü belə röyalar?  Belə bir mahnım da var: “Rüyamda bir kadına aşık oldum” .

- Və bu sevgidən şeirlər doğdu, mahnılara çevrildi...

- Şeirlərə eşq qarışdı. Ətrafdakıların diqqətini çəkdi. Hər kəs sevdi. Sonra da eşq şeirləri mahnıya çevrildi.

- Bəs şeirlərinizi mahnıya çevirmək təklifini kim verdi?

- Qardaşım iki il məndən şeirlərimi istədi. Doğrusu, sinif yoldaşının israrla istədiyini, üzünə baxa bilmədiyini  deyirdi. Mən də vermək istəmirdim. Bir gün də qardaşım mənə dedi ki, Orhan Gəncəbay yenə israrla sənin şeirlərini istəyir. Get bir tanış ol. Əlacsız və könülsüz getdim. Söylədim  ki, nə istəyirsən? Dedi sənin şeirlərini. Dedim mənim şeirlərimi nə edəcəksən? Bəstələyəcəm, şair, sən başqa cür yazırsan dedi. 36 ildən sonra mən başqa cür yazırmışam. Mən könüldən yazırmışam...

- Bundan sonra şeirləriniz mahnılara çevrildi?

- Eşq şeirləri yazdığım üçün şeirlərim mahnılara çevrildi. İlk olaraq Orhan Gəncəbay şeirlərimi bəstələdi. O mənim 75 şeirimə mahnı bəsətlədi. Onlardan 50-sini oxudu. 1990-cı ildə “Rüyalarım Olmasa”, “İmkansız şeirlər”lə bütün mükafatları – “Altın kelebek”i və “Milliyetin birinciliği”ni aldım. 1991-ci ildə  “Vurğun” adlı bəstələrin söz yazarı olaraq iki il ard-arda ilin şairi seçildim. 1990-cı ildə müsiqili bir şeir kaseti çıxartdım. 1993-cü ildə ikinci şeir kitabım – “Sende Kalmış” nəşr olundu.  2003-cu ildə Kara Mumlu Mehmet beyin Tükiyede türk dili yarışması keçirildi və orada da “Türkiyədə şeiri ən təsirli və gözəl işlədən” şair mükafatını aldım. Çox şükür, ödülümüz çoxdur. Rumınyanın en böyük şairi olan Emileskunun adına hazılanmış “Emilesku mükafatı”nı 2004-cü ildə mənə verdiler. Şeirlərim rumın, italiyan və alban dillərinə çevrildi.

 

“Azərbaycanlıları daha dinc, daha xoşbəxt, daha sevincli gördüm”

 

-Hocam, neçə gün burdasız?

- Hələ bir neçə gün burdayıq.

- Bəs Türkiyəyə qayıtdıqdan sonra yenidən Azərbaycan üçün darıxmayacaqsız ki?

- Təbii ki darıxacam. Axı, bura mənim vətənimdir! Belə gözəl insanlarla bir arada olmaq, çox gözəldir.

- Danışığınızdan da hiss olunur ki, buranı çok bəyənirsiz. Bəs Azərbyacan haqqında da şeir yazacaqsız?

- Yazacaq çox şey var. Gələn səfər bura döndüyümüzdə inşallah, əliboş gəlmərik. Mənim şeirlərimi oxuyanlar deyir ki, şeirləriniz heç kimsənin şeirlərinə bənzəmir. Çox gözəl, çox təsirlidir. Burda gördüklərin mənim dərgahımdan keçənlərdir. Mən artıq ustaların ustası olmuşam.

- Sevgi gözü ilə baxdıqda azərbaycanlıları necə gördünüz?

- Ümumi götürdükdə, azərbaycanlıları Türkiyədəki türklərdən daha dinc, daha xoşbəxt, daha sevincli, bir-birinə daha sıx, bağlı gördüm. Bu insanlar toprağına, bayrağına, qardaşlarına daha sayqılıdır...

- Vaxtınızı aldıq, bizə bir sözünüz varmı?

- Salam, sevgi... Hamınızın gözlərindən öpürəm. Allah qəlbinizi, ömrünüzü eşqsiz buraxmasın.

Elmar Hüseynov






19 İyun, 2014  11:52 Baxılıb: 2463 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner