Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nicat Əlizadə: “Bu münasibət bizi evliliyə aparacaq” - MÜSAHİBƏ

Bu günlərdə məşhur türk serialı “Zəngin kız, fakir oğlan”da rol alan gənc aktyor Nicat Əlizadə redaksiyamızın qonağı oldu. Nicatla sənətində baş verən irəliləyişlər haqqında söhbət etdik. Yaradıcılığının ilk addımlarını “Simsar” teatrında atan aktyor, qısa müddət sonra Azərbaycanda yayımlanan “Döngələr”, “Sirr”seriallarına, “Sübhün səfiri” filminə dəvət alaraq kariyerasında ciddi dönüş etdi. Yaradıcılığını hazırda Türkiyədə davam etdirən aktyorun əsas hədəfi kariyerasında yüksəlmək və daha da irəliyə addımlar atmaqdır

- Türkiyədə seriala çəkilmək təklifini necə aldınız?
- Türklərin “Dizi Yapım” şirkəti Azərbaycanla dostluq əlaqələrini daha da genişləndirmək məqsədi ilə çox maraqlı təklif irəli sürdü. İki ölkə arasındakı həm siyasi, həm də dostluq münasibətlərini möhkəmləndirmək üçün azərbaycanlı gənc aktyorların türk seriallarında oynamasını təmin etdi. Bu, həm münasibətləri daha da inkişaf etdirmək, həm də Azərbaycan tamaşaçısını qazanmaq üçün əhəmiyyətli bir addım idi. Elə oldu ki, mən də seçim turlarına qatıldım. Çəkildiyim filmlərə, oynadığım tamaşalara baxdılar və məni seçdilər. Bizim aktyorlardan Sənubər İskəndərli və Əzizağa Əliyev də çəkilişə dəvət aldılar. Əvvəl mənim onların oğlu rolunda çəkilməyim nəzərdə tutulsa da, sonra belə qərara gəldilər ki, mən serialda davamlı qalım. Rejissor Hasan Tolqa Polat da serialda iştirakımı təsdiqləyən sonra məni Türkiyəyə dəvət etdilər. Serialdakı rolum əvvəl biznesmen oğlan olsa da, sonradan ssenari dəyişdirildi. Ailə həkimi oldum və həmin ailənin qızına vuruldum. Hələki serial bu istiqamətdə davam edir. Sonra nələr baş verəcək heç mən də bilmirəm. (gülür)

- Həkim obrazını yaratmaq çətin deyil ki?
- Açığı, həm komandaya alışmaq baxımından, həm də rolumun öhdəsindən gələ bilməyin həyəcanı baxımından mənim üçün ən çətin bölüm ilk bölüm idi. Ssenariyə görə mənə verilən suallara cavab verməli idim, cavabların hər biri bir abzast qədərində idi. Türk dili bizim dilimizə yaxın olsa da, terminlərlə dolu olan bir mətni əzbərləmək çətin idi. Demək olar ki, söz yığını əzbərləməli olurdum. Sonra özüm yeni bir yol tapdım, mətni başladım qaça-qaça əzbərləməyə. Onları təccüübləndirməli idim, uğursuz olsaydı, yaxşı olmayacaqdı. Qarşıma məqsəd qoydum və bacardım.

- Obraz özü necə, xaraketinizlə uyğudurmu?
- Bəli. Komedik rol olduğu üçün işim rahatdır. Serialda hər personajın özünə məxsus bir xasiyyəti var. İlk bölümlərdə daha çox zarafata yer vermişdik. İndi biraz romantik qismini artırdıq ki, arada balans yaransın.


- Müqavilənizin müddəti təxminən nə vaxt bitir?
- Biz bir illik müqavilə bağlamışıq. Ancaq. serialda roluma davam edəcəyim sezon sonunda məlum olacaq. Ondan sonra növbəti mövsümə istəyərlərsə, şərtlər mənə də uyğun gələrsə, təbii ki, müqavilənin müddəti uzadılacaq.

- Tamaşaçılar tərəfindən qəbul olunmamaq qorxusu yaşamısız?
- Buna qorxu deməzdim, sadəcə narahatlıq hissi vardı. Fikirləşirdim ki, necə qəbul olunacaq. Amma ilk bölümün yaxşı alındığın gördüm. Həm Azərbaycandan, həm də Türkiyədən müsbət rəylər gəlirdi. Türk tamaşaçısı fikri bildirməkdə çox açıqdı. Xoşu gəlsə də, gəlməsə də, açıq fikrini bildirəcək. Son çəkildiyim hissəyə daha çox fikir bildirilib. Serialın facebook səhifəsində tamaşaçılar xeyli xoş sözlər söyləyiblər, tənqidlərini də bildirənlər olub, onları da qəbul edirəm. Sonuncu bölümdə Azərbaycannın milli yeməkləri, musiqi alətləri barədə kadr olduğunu biləndə həyəcanlandım ki, mən Azərbaycanın mədəniyyətini necə təqdim edəcəm. Bu çox böyük məsuliyyət idi...

- Türkiyədə filmə çəkilmək həyatınızda nələri dəyişdi?
- Peşəkarlıq, aktyorluq baxımından daha çox inkişaf etdim. Komanda çox peşəkardır. Ümumiyyətlə, bizdən fərqli olaraq Türkiyədə filmlərdə peşəkarlara xüsusi üstünlük verilir. Məni də çox mehribanlıqla qarşıladılar, tez bir zamanda çox mehriban, səmimi, isti münasibət qurduq.


“Bizdə çəkiliş vaxtı bir adam üç işə, orada isə üç adam bir işə qaçır”

- Serialın gedişatı barədə nə deyə bilərsiz. Nazlı ilə olan münasibətinizin axırı necə olacaq?
- Gələcək seriyalarda münasibətimiz daha da səmimi olacaq. İndi təzə tanış olmuşuq deyə, çox həyəcanlıyıq, ancaq birazdan sevgi etirafı edəcəm. Düşünürəm ki, əmisinin narazılıqları olsa da, bu münasibət bizi evliliyə aparacaq.

- Bizim seriallarımızla Türkiyə serialları arasında çox fərq var. Bunun əsas səbəbi nədir?
- Bizdə çəkiliş vaxtı bir adam 3-işə, orada isə üç adam 1 işə qaçır. Üç adam bir işi görəndə, alınan iş daha keyfiyyətli olur. İşə can qoymaq lazımdır, nə iş görürsənsə, çalış yaxşı yox, əla alınsın. Orada komanda heyətindəki hər bir fərd sənət naminə nə lazımdırsa, onu da etməyə hazırdılar. Uçurum kənarında da, təyyarədə də çəkilişlər aparırlar.

- Ailəniz üçün darıxırsız?
- Əlbəttə. Hətta serialda belə bir kadr var ki, mən aləmi xatırlayıb, onlar üçün necə darıxdığımı danışıram. Amma əslində o hissə ssenaridə yox idi. Mən öz hisslərimi ifadə etmişdim. Adam ailəsini uzun müddət görməyəndə darıxır. Rejissor sağ olsun, mənim hissələrimi qabaqcadan çəkdik, Azərbaycana gəlib qaytıtmağa zamanım qaldı.

“Türkiyəyə getməyim, bir çox dostumu mənə yaxşı tanıtdı”

- Uğurunuza sevinənlər çox oldu, bəs paxıllıq edənlər necə?
- Qəlbən sevinənlər də var, paxıllıq edənlər də. İndi deyirəm, yaxşı ki, ora getdim. Dostlarımı daha yaxşı tanıdım. Bəlkə belə olmasaydı, onları yaxşı tanımazdım. Bu barədə çox danışmaq istəmirəm... Yaxşı dostlarımın olmasına isə sevinirəm. Bilirəm ki, həmişə yanımdadırlar.

- “Simsar” teatrını unutmamısız ki?
- Bu heçvaxt ola bilməz. O hiss tamam başqadır. Uşaqlarla gecə-gündüz yığışıb məşq etməyimiz, maraqlı vaxt keçirməyimiz heç yadımdan çıxmaz. Müəllimim Pərviz Məmmədrzayev üçün də çox darıxmışdım. Sizdən əvvəl onunla görüşüb söhbətləşdik. Müəlimim sayəsində çox şey öyrənmişəm. Aktyor Qurban Məsimovun da mənim püxtələşməyimdə çox əməyi olub. “Simsar” teatrı hər şeyə görə, mənim üçün özəldir.

- Serial çəkilişləri zamanı həmişə maraqlı hadisələr olur. Onlardan ən maraqlısını bölüşə bilərsizmi?
- Bəli, bizim setdə də gülməli, yaddaqalan məqamlarımız olur. Amma ən çox yadımda 2- ci bölümün çəkilişi olub. Orda belə bir kadr var ki, məni çöldə su ilə isladırlar. Onda xahiş etdim ki, heç olmasa su isti olsun. (gülür)

Turanə İbrahimi






19 Mart, 2014  13:33 Baxılıb: 4237 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner