Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artisti Səidə Quliyeva: “O insanlara acıyıram...” – MÜSAHİBƏ

Tanrı insanları 4 qan qrupu üzrə yaratmaqla, onları təkcə bioloji cəhətdən bir-birindən fərqləndirməyib. Həm də insanların xarakterlərini bu qruplarda kodlaşdırıb. Bəlkə elə Tanrının insana verdiyi alın yazısı qanın yaddaşında gizlənib? Yəqin, müdriklər əbəs yerə deməyiblər ki, xasiyyət insanın taleyidi. Odur ki, “Özünü tanıt” rubrikasında qan qrupunun qonaqlarımızın həyat yollarına və xarakterlərinə nə dərəcədə təsir göstərdiyini izləməyə çalışacağıq. İstər  kinolarda, istər tamaşalarda oynadığı əvəzsiz rollar ona respublikanın xalq artisti adını qazandırıb. Son illər  televiziyada yayımlanan “Aramızda qalsın” teleserialında oynadığı Dilbərin tez-tez işlətdiyi və dillər əzbəri olan “sonra demə ki, Dilbər demədi”  ifadəsilə o, bir daha tamaşaçıların sevimlisinə cevrilib.Beləliklə növbəti qonağımız xalq artisti Səidə Quliyevadı. Bu gün ad gününü qeyd edən Səidə xanımın qan qurupu 1-di.

 

I qan qrupu haqqında qısa arayış: “I qan qrupu ən qədim qan qrupu hesab edilir. Onun daşıyıcılarını məşğuliyyətlərinə görə “ovçular” adlandırırlar. “Ovçular” ovdan  əldə etdikləri kobud qidalarla, yabanı bitkilərlə  qidalanmışlar. Təbiətin verdiyi neməti yeyib-dolanarkən də gələcək üçün heç nə planlaşdırmayıblar. Ovçular təhlükəsizliklərini və qastronomik maraqlarını güdərkən, qarşıya çıxan maneələri  məhv etməyə qadir olublar.

I qan qrupuna aid edilən əsas xarakterik xüsusiyyətlər:

1. Güclü, özlərinə inamlı və dözümlü xarakterə malikdirlər  2. İradəli, temperamentli və yalnız qələbə haqda düşünürlər 3. Fiziki çalışmaların öhdəsindən yaxşı gələ bilirlər, fiziki iş onlara ruh yüksəkliyi verir. 4. Nə tənqidi, nə də təslim olmağı heç bir formada qəbul etmirlər  5. Şöhrətpərəstlik  6. Qısqanc və bir qədər paxıldırlar 7. Güzəştə getməyi sevməyəndilər 8. Tez əsəbiləşən, özündən çıxan və səbirsizdirlər. Əsəbiləşərkən özünə nəzarəti itirir, həttə aqressiv olurlar  9. Bir işi başdan sonuna qədər təkbaşına görməyə üstünlük verirlər 10. Gözəl təşkilatçı olsalar da, diplomatiyada yanlışlıqlara yol verir, nəticədə düşmən qazanırlar 11. Təriflənməkdən xoşlansalar da, tərifləməyi sevmirlər 12. Yardım üçün ona müraciət edənləri  ümidsiz geri qaytarmazlar.

- Səidə xanım, güclü,  özlünə inamlı və dözümlü  insansız?

-  Doğurdan da mən çox dözümlü və xaraktercə küclü insanam. Həyatda konkret olaraq nəyə dözmüşəm onu deyə bilməyəcəm, ancaq bütün məsələlərdə sona qədər getməyi xoşlayıram.

- Başladığınız işdə yalnız qələbə haqda düşünürsüz?

-  Əgər bir işi öhdəmə götürmüşəsə onu başa çatdırmalıyam. Çox zaman da qələbə çalıram. Çünki bir işi ölç-biç edib sonra öhdəmə götürürəm, yəni  boş-boşuna risk etmirəm. Özümü güclü qadın sayıram və zəif insanları sevmirəm. Düşünüb-daşınandan sonra qərar verirəm.

- Fiziki işdən yorulursuz, yoxsa bu, sizə  ruh yüksəkliyi verir?

- Mən fiziki işdən qətiyyən yorulmuram. Əgər lap yorğun olsam belə, işimi axıra çatdırmalıyam. Əgər beynimdə nəsə tutmuşamsa, onu mütləq etməliyəm. Nadir hallarda ola bilər ki, nəsə bir hadisə olsun, işi sonraya saxlayım. Belə halda yorğunluq hiss etmirəm, əksinə, qələbə çaldımsa  ruh yüksəkliyi olur.

- Tənqidə münasibətiniz necədi?

- Tənqidi kim sevir ki... Hərdən çox qəribə ifadə işlədirlər “sağlam tənqid”. Tənqidin nə sağlamı, nə xəstəsi. Doğrudur, tənqid eşidəndə hiss edirəm ki, mənə ürəyi yanır, istəmir pis vəziyyətə düşüm, yəni yaxşılığım üçün deyir. Amma  insanlar var ki, lap yaxın rəfiqələrim olsun, tənqidi fikir deyəndə başa düşürəm ki, məni ruhdan salmaq üçün deyir.  Belə şeylərdən ruh düşkünlüyünə qapılmıram, əksinə, o insanlara acıyıram ki, gör necə düşüncə sahibidi.

- Şöhrətpərəstsiz?

- Bəli, məni tərifləyəndə, xoş sözlər deyəndə xoşlanıram. Bu hər bir qadına xas olan xüsusiyətdi. Nə isə bir uğurum olanda tərifə ehtiyac hiss edirəm. Hərdən yarızarafat bacılarıma deyirəm ki, məni niyə tərifləmirsiz?! Bu ki, yaxşıdı. Amma onu da deyim ki,  tərifdə ifrata varmağı da sevmirəm, hər şey həddində, qədədrində olanda gözəldi.

- Kiməsə qısqanclıq və ya paxıllıq etməmisiz?

- Qısqanc adam deyiləm, məni qısqandıran bir iş də olmayıb. Paxıllıq sözünü isə heç özümə yaraşdırmıram. Məni tanıyan insanlar yəqin ki, bunu təsdiq edərlər. Çünki hər kəsin yaxşılığına sevinən adamam. Qibtə edə bilərəm, amma paxıllıq yox. Mən yaşa dolduqca həyat tərzim də, düşüncəm də  daha mükəmməl olur. Hər bir işin Allahın  hökmündə olduğuna və qismətə inanıram. Düşünürəm ki, qismətimdə varsa, nail olacam. Bu mənim həyat prinsipimdir. Heç kəsə paxıllıq etmirəm.

- Güzəştə gedənsiz, yoxsa ancaq öz istədiyizi qəbul etdirirsiz?

-  Həddindən artıq güzəştə gedən adamam. Hətta bəzən o qədər güzəşt edirəm ki, sonra deyirəm gərək belə etməyəydim.

- I qan qrupuna aid insanlar tez əsəbiləşən, səbirsiz, aqressiv olurlar...

- Hə, bunların hamısı məndə var. Amma daxili mədəniyyət deyilən bir şey də var və bu sözün altından iki xətt çəkirəm. Düşünürəm ki, daxili mədəniyyət hər bir insanda olmalıdı. Məhz bu hiss bütün xoşagəlməz hisləri içimdə boğur. Əsəbiləşəndə obyektim oğlum olur, sonra da könlün alıram.

- Bir işi başdan sonuna qədər  özünüz etməyə çalışırsız, ya sizə kömək edirlər?

- Bilirsiz, hərdən özümə gülürəm. Az qalıram hər işi özüm görüm. Çox qəribədi, evdə  biri durunca mən artıq aparmalını aparır, gətirməlini gətirirəm. Ya kimsə bunun üçün qalxırsa, əlindən alıram, deyirəm  sən eləmə,  mən eləyərəm. Bilmirəm, bəlkə, səbirsiz  olduğum üçün beləyəm. Məncə bu, ondan irəli gəlir ki, həmişə başqasına əzziyyət verməməyə çalışıram. Kiməsə yaxşılıq edəndə bundan rahatlıq tapır, xoşhal oluram.

- Diplomatik bacarığınız var, yoxsa yanlışlıqlara yol verib, nəticədə düşmən qazanırsız?

- Yox, elə bacarığım yoxdu.  Kiminsə yaxşılığını istəyirəm və üzünə  deyirəm ki, belə eləsən yaxşı olar. Amma sonra görürəm inciyir, acığına gəlir və mənə qarşı olur. İndi qərara gəlmişəm ki, hec nə deməyim. Çünki insana bir az sərbəstlik vermək lazımdı. İnsan öz düşüncələri ilə qalanda daha çox şey əldə edir, nəinki başqasının fikriylə hərəkət edəndə. Yaşa dolduqca bəzi xasiyyətləri özümdən uzaqlaşdırmağa çalışıram. Bilmirəm kənardan bu, necə hiss olununr, amma yaşımın üstə yaş gəldikcə çalışıram ki, çılğın xarakterim olmasın, özümü daha mükəmməl aparım. Kamilliyə catım, daha müdrik olum. Mən ümumiyyətıə məsləhət verməyi xoşlamıram, məsləhət istəyənlərə, dostlarıma tövsiyə verə bilərəm. Amma yerli-yersiz bunu belə elə, bu belə olmalıdı – deyilirsə, bunu düz hesab eləmirəm. Xüsusilə indiki şou proqramlara baxa bilmirəm. Əxlaqları zəif olanlar oturub başqalarına əxlaq dərsi verirlər.

- Tərif eşitmək xoşdu, bəs tərif demək?

Tərifləməyi sevmirəm, amma lap tanımadığım bir aktyorun uğurun ğörürəmsə, onu mütləq təbrik edirəm. Onun yaxşılığına sevinirəm və bunu deyirəm. Məndə yalandan, boş-boşuna tərif yoxdu. Və yaxud siması gözəl olan bir insan görəndə mənim xoşum gəlir və bunu deyirəm. Yalan danışan, saxtakar insanları da sevmirəm. Ola bilər mən də xırda, əhəmiyyətsiz yalan deyim, Amma prinsipial məsələdə övladım da yalan danışsa, onu bağışlamaram.

- Yardım üçün sizə müraciət edənlərə kömək edirsiz?

- İmkanım daxilində edirəm. Hətta elə olub ki, öz işimi atıb o adaman işi üçün getmişəm. Belə olanda deyirəm ki, İlahi, sən onu mənim qapıma göndərmisən, məni pənah yeri seçmisən, imkanım varsa demək ona kömək etməliyəm. Yəni Allah rizasına bacardığım köməyi edirəm ki, o adamı yarı yolda qoymayım.

Sonda Simsar.az olaraq Səidə xanımı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

İsmət Ələkbərqızı







5 Mart, 2014  15:09 Baxılıb: 3198 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner