Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əlif Cahangirli: “Üzeyir Mehdizadəni gündəlik işlətdiyimiz əşyalara bənzədirəm” – FOTOLAR

Simsar. az-ın “Teleaparıcı” layihəsinin budəfəki qonağı  Space televiziyasında yayımlanan  “Hər səhər” proqramının aparıcısı  Əlif Cahangirlidir.  Teleaparıcı kariyerasına 7 ay əvvəl başlayan gənc aparıcının əsas ixtisası rejissorluqdur.  Özünü bir çox sahələrdə sınasa da, əsas sənətindən –rejissorluqdan uzaqlaşmağı düşünmədiyini deyir.  Səmimiyyəti və istedadı ilə özünə bəlli bir tamaşaçı auditoriyası  qazanan  Əlif hər şeyin əvvəlində səmimiyyətin dayandığını düşünür. Söhbətimizə  elə Əlifin ilk efir günündən körpü saldıq:

- Efir həyatınız necə başladı, necə oldu ki, aparıcı olmaq qərarını verdiniz?

- Sənət seçimində özümü “ Kimyagər” əsərindəki Santiyaqoya bənzədirəm. O, sadə bir çoban ikən  özünü bir neçə  sahədə sınadı. Ticarətçi oldu və nəhayət qarşısına qoyduğu məqsədə nail oldu -  kimyagər sənətinə yiyələndi.  Santyaqo  zəhmətinin bəhrəsini gördü. Mən də Santiyaqo kimi özümü  müxtəlif sahələrdə sınayacam. Uşaqlıqda  vokalist olmaq istəmişəm. 5 illik muğam sinifini bitirmişəm. Ancaq İncəsənət Universitetinə sənədlərimi verən zaman, fikrimi dəyişdim. Teatr rejissoru olmaq üçün hazırlaşmağa başladım və Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinə qəbul oldum. Bu mənim həyatımın dönüş nöqtəsi oldu, desəm yanılmaram. Düşündüm ki, artıq mənim peşəm var, sənətimi sevdim. Səhnəyə çıxmağa başladım, komplekslərimlə mübarizə apardım. Rejissor işini dərindən bilmək üçün aktyor işini də  bilmək lazımdır.  Ona görə də ilk  növbədə aktyor olmağa çalışdım.  Müəllimim Azərbaycan xalq artisti Azərpaşa Nemətov idi, ondan çox şey öyrəndim. Aktyorluq istedadıma görə məni “Cavanlıq” serialına dəvət etdilər. Efir həyatım belə başladı.  Serialda baş rollardan birini – İtalyadan gəlmiş, Avropa görmüş gənc Rüstəm obrazını canlandırırdım.  Serial bitdikdən sonra, Musiqili Dram Teatırına gəldim. Hazırda peşəkar rejissor olmaq yolunda irəliləyirəm, yeni tamaşalar haqqında düşünürəm. Hətta düşüncələrimdən birini həyata keçirtməyə hazırlaşıram.

- Aparıcılıq, yoxsa rejissorluq. Bu ikisindən hansını əsas sənətin hesab edirsən?

- Mənim əsas sənətim rejissorluqdur. Bu artıq mənim həyatımın bir hissəsinə çevrilib.  Düşünürəm ki, rejissor olaraq hansısa idarənin rəhbəri kimi də fəaliyyət göstərə bilərəm. Ancaq rejissorluqdan heç vaxt ayrılmaram. Aparıcılıq fəaliyyətinə  yeddi  aydır başlamışam. Ola bilər ki,  nə vaxtsa bu fəaliyyətimi davam etdirməyim, ancaq rejissorluq üçün bunu deyə bilmərəm.

- Ən çox nə qorxudur sizi?

- Aparıcılıqda ən çox qorxduğum şey insanlar tərəfindən qəbul edilməməkdir. Bir aparıcının tamaşaçı tərəfindən qəbul  olunması çox önəmli  faktordur.  Ancaq şükürlər olsun ki, hələ ki, bunu hiss etməmişəm. Mən efirə aparıcı kimi  heç bir hazırlıq keçmədən, birbaşa çıxmışam. İlk 2 ay çox çətin idi. Ancaq özümə olan güvən hissim bu çətinliyi  aşmağıma kömək oldu. Ən əsası odur ki, mən efirdə öz obrazımı yarada bildim.

- Necə düşünürsüz, Əkbəri əvəz edə bilirsizmi?

- Əkbərin öz xətti vardı, mənim  də öz xəttim var. Biz həm də eyni teatrda çalışırıq. Əkbərin yaşı, təcrübəsi  məndən çoxdur. Əlif daha gənc,  daha təcrübəsizdir. Əkbərin öz tamaşaçı, auditoriyası vardı. Onu əvəz etmək çətin olardı. Ancaq mən bunu bacardım. Bu gün Əkbəri izləyən tamaşaçılar özləri  də etiraf edirlər ki, “biz əvvəl sizi qəbul etmirdik, ancaq necə oldusa, səni tamam başqa cür qəbul etdik, sevdik…”

-  Sizcə sizi başqalarından nə  fərqləndirir?

- Məni fərqləndirən odur ki, “Səhər” verlişinin aparıcısıyam. Həmişə çalışıram ki, insanlara xoş ovqat bəxş edim.  İnsanlar onsuz da günboyu yetəri qədər problemlərlə qarşılaşırlar, həll etməyə çalışırlar. Bu gün kanalların çoxu ancaq  problemlərdən danışır. Aldığımız  məktublardan, gələn zənglərdən   bilirəm ki, bizim verlişin reytinqi də yetəri qədərdi.

-  Ancaq bunu da etiraf edək ki, çox az veriliş var  ki, maarifləndirici  xarakterlidir.

- Ona görə yoxdur ki,  biz tamaşaçıya lazım olan məqamı yaddan çıxartmışıq. Tutaq ki,  bu gün mən bir tamaşa hazırlayıram. İlk olaraq bu tamaşada tamaşaçıya nəyin çatacağını düşünməliyəm. Televiziya da belədir. Əvvəlcədən  hazırladığın verlişin insanlara nə qədər faydalı olduğunu müəyyənləşdirməlisən. Reytinq qazanmaq üçün tamaşaçının istəyi bizə maraqlıdır, ancaq tamaşaçı hər zaman düz olanı istəmir. Məsələn, Üzeyir Mehdizadənin ifa etdiyi mahnılar bəsitdi.  Ancaq fikir verin onun mahnısına nə qədər qulaq asan adam var.  Biz bu gün  onu qınayırıq, onu qınamaqla  biz  həm də öz cəmiyyətimizi qınayırıq. Çünki Üzeyiri sevən də bizim xalqdır. Hər kəsin öz zövqü var və zövqə görə bizim heç kimi qınamağa ixtiyarımız yoxdur. Mən Üzeyir Hacıbəyovu  əzizləyib, servantda saxladığımız büllur qablara, Üzeyir Mehdizadəni gündəlik işlətdiyimiz əşyalara bənzədirəm. Ona görə də biz birinci cəmiyyətin düşüncəsini formalaşdırmağı bacarmalıyıq.

-  Efirdə daha çox siz danışırsız, yoxsa qonaq?

- Tibbi sahəyə çox yaxın olduğum üçün, qonağım həkim olanda, daha çox mən danışıram (gülür).

-Ən yadda qalan qonağınız kim olub?

- Qonaqlarım arasında tez-tez müğənnilər olmur. Ancaq ən yadda qalan qonağım Mətanət İskəndərli olub. Yeni il çəkilişi ilə bağlı hazırlıqlar gedirdi, canlı efirdən çıxmışdım, bayram efiri çəkilməliydi. Mənim də  yemək yeməyə imkanım olmamışdı, artıq günorta idi. Hansı aradasa  demişəm ki, mən acam. Üstündən bir az keçmişdi, artıq çəkilişin başlamasına az qalmışdı, Mətanət xanım  əlində şaurma gəlib ki, tez ye bunu, ac qalma. Bu xanımın mehribanlığı, xanım-xatınlığı, canı yananlığı məni valeh etdi.

- Bəzi aparıcılar, artıq ulduz xəstəliyinə tutulublar, bəs siz?

- Azərbaycanda ulduz yoxdur, ulduz əl çatmaz olur. Əgər biz hansısa müğənnini toyda görə biliriksə,  onunla ünsiyyət yarada biliriksə, deməli o ulduz deyil. Ulduz konsertini həsrətlə gözlədiyimiz sənətkarlardır. Mən  Azərbaycan incəsənətində ulduz gözündə Zeynəb Xanlarovanı görürəm.

- Yolunuzu incəsənət aləmindən salmaq şansınız olmasaydı  hansı peşənin sahibi olardız?

- Mən həmçinin gözəl bərbərəm. Hazırda iki müştərim var. Biri qardaşımdı, biri də bibim oğlu(gülür). Onlar saçlarını demək olar ki, məndən başqa heç kimə əmanət eləmirlər.  Elə vaxt olur ki, xəstə oluram bərbərə getməyə halım olmur, efirə çıxanda saçımı özüm düzəldirəm.

- Televiziyanın bugünkü  vəziyyəti sizi qane edirmi?

- Məni qane edən və etməyən cəhətlər var. Ancaq mən hər şeydən öncə çalışıram ki,  özüm-özümü qane edim.  Düşünürəm ki, aparıcını ən çox tamaşaçını qane edib etməməyi maraqlandırır. Aparıcı olmazdan əvvəl də  məni müəyyən verilişlər qane edirdi. “Space” telekanalında yayımlanan bir neçə veriliş var ki, onların reytinqi yetəri qədərdir.  Məsələn Mikayıl Güləddinoğlunun “ Sevimli şou” sunu qeyd etmək olar. O  verlişi bəyənməyənlər, lağa qoyanlar, nə deyir desin, reytinqi hər keçən gün daha da yüksəlir. Deməli tamaşaçının tələbinə cavab verən verlişdir. Rejissor kimi deyə bilərəm ki, verlişin layihəsi hazırlanarkən, ilk növbədə tamaşaçının zövqünə hesablanmalıdır. Düşünülməlidir ki, bu veriliş tamaşaçıya  nə verəcək?

Turanə İbrahimi







19 Fevral, 2014  13:31 Baxılıb: 4127 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner