Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Məndən 28 yaş böyük olsa da, Elxanı sevirdim” – MÜSAHİBƏ – FOTOLAR

Mərhum xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı: “Dedilər ki, hər xalq artistini Xiyabanda dəfn etsək, orada yer qalmaz...”

Bu gün onun doğum günüdür... Yaşasaydı 66 yaşını qeyd edəcəkdik... İndi onu ailəsi və yaxınlarından başqa kimsə yada salmır... Nə doğum günü, nə də anım günü ilə bağlı tədbirlər keçirilmir... Acı da olsa bir vaxtlar Musiqili Komediya Teatrımızın məşhur siması, xalq artisti  Elxan Əhədzadənin ailəsini nə arayan var, nə də axtaran... Mərhumun həyat yoldaşı Səbinə xanım və oğlu Rəfael Simsar.az-ın qonağıdır.

Səbinə xanım, Elxan müəllimlə necə tanış olmuşduz?

- Üzeyir Hacıbəyovun ev muzeyində. Elxan bəstəkar Sərdar Fərəcovla – muzeyin indiki direktoru ilə dost idi. Onun yanına gəlib-gedir, mahnılarını oxuyurdu. Mən də musiqili komediya teatırında işləyirdim, yay tətillərini isə muzeydə müvəqqəti çalışırdım. Sərdar müəllim bizi tanış etdi. Sonralar  Elxandan soruşanda ki,  niyə özün  mənə yaxınlaşıb tanış olmadın?  Deyirdi, mən səndən nə qədər böyüyəm, düşündüm ki, mənimlə tanış olmaq istəməzsən. Axı, bizim 28 yaş fərqimiz vardı...

- 22 yaşlı qızlarını 50 yaşında adama verməyə ailəniz razı oldumu?

- Əvvəl etiraz etdilər, amma  sonradan razılıq verdilər. Elçi gəldilər, razılıq aldılar. Toyumuz  2002-ci ildə oldu. Toy deyəndə, böyük yığıncaq olmadı. Ancaq özümüz, yaxınlarımız idi. Biz rəsmi nikah yox, kəbin kəsdirdik.

- Onun başqa ailəsi var idi?

- Ailəsi olmuşdu, amma 1976-ci ildə ayrılmışdılar, bir oğlu var idi. O, ailəsiylə  heç bir əlaqə saxlamırdı, gediş-gəlişi yox idi. Elxan xoşlamırdı onlardan danışmağı. 12 il birlikdə yaşadıq, 2006-cı ildə oğlumuz dünyaya gəldi. Həmin vaxt ona xalq artisti adını verdilər. Çox sevinirdi, deyirdi oğlumun ayağı mənə düşdü.

- Elxan müəllimin xarakteri necə idi?

- Xasiyyəti çox sərt idi. Ancaq yola gedirdik, uyğunluğumuz var idi, məni çox yaxşı başa düşürdü.  Mən də çalışırdım ki, onun istədiyi kimi olum. Bilirdim ki, harasa qoymayacaq məni, heç soruşmurdum gedim, ya yox. Anamgilə də gedəndə icazə alırdım. Xasiyyətinə uyğunlaşmışdım, çox rahat dolanırdıq. Yaş fərqinə baxmayaraq bir-birimizi gözəl başa düşürdük. Çox vaxtı sözə ehtiyac olmurdu, baxışından bilirdim ki, nə demək istəyir. Hara gedirdiksə, bir gedirdik. Doğrudur, işləməyimə narazılıq edirdi, istəmirdi. Amma musiqili komediya teatrında bir yerdə  işləyirdik, işə də bir yerdə gedib-gəlirdik, - deyə işdən çıxmağa məcbur etmirdi. Elxan rəhmətə gedəndən sonra özüm çıxdım teatrdan, gedə bilmədim. İndi AzTv-də işləyirəm, bir də Filarmoniyada – mahnı və rəqs ansambılının xorunda oxuyuram.

- İkiniz də müsiqiçi olmusuz. Elxan istəyirdi ki, oğlu da musiqiçi olsun?

- Oğlumuz Rafael Bülbül adına musiqi məktəbində oxuyur.  Elxanın arzusu idi ki, oğlu musiqiçi olsun, piano çalsın. Elxanın mahnılarına çox qulaq asır,  xoşu gəlir. Elxandan hər şey keçib – xasiyyəti, yerişi. Oxumağından razıyam, təki axıra qədər belə oxusun. Qonşularımız bəzən bizə gəlirlər, deyirlər ki, Rafaellə söhbət edəndə elə bil bil ki, Elxanla danışırıq. Atasına cöx oxşayır, xasiyyəti də onun kimi sərtdi.

- Rafael, necə xatırlayırsan atanı?

- Yaxşı, gedirdik balıq tutmağa. Məni sirkə də aparırdı.

- Heç sənə acıqlanırdı?

- Yox, yaxşı idi. Səhər tezdən qalxırdıq, aparırıdı məni dənizə.

- Səbinə xanım, Rəfael sizdən tez-tez atasını soruşur?

- Hə, Elxan tezdən Rəfaili də götürüb gedirdi dəniz kənarına. Orada birlikdə idman edirdilər. İndi hərdən bulvara gedəndə yadına düşür, deyir atamla burada gəzirdik. Elxan dənizi xoşlayırdı. Bizi tez-tez ora aparardı. Vaxtımızı çox şən  keçirirdik. Rəfaellə balıq tutub gəlirdilər. Həyatımız tamam başqa cür – rəngarəng idi.

- Səfərlərə gedəndə də sizi özü ilə aparırdı?

- Hə, hara getsə bizi də aparırdı. Neçə dəfə Dağıstana çağırdılar, orada konsertlər verdi. İsveçrədə olduq...

- Ən çox yadınızda qalan, maraqlı səfəriniz hansı olub?

- Dağıstanda musiqi festifalı  keçirilirdi Elxanı ora qonaq kimi dəvət etmişdilər. Konsertdə oxudu, bir həftə də qaldıq.  Orada bir dağ var – Şunu dağı, ora getməyimiz  çox maraqlı idi, hətta uşaq da o yerləri xatırlayır.

- Yəni böyük sevgi olub aranızda. 50 yaşlı insanı 22 yaşlı qıza sevdirən xarakterik xüsusiyyətləri nə idi?

- Onun daxili gözəlliyi var idi. Çox maraqlı insan idi. Saatlarla söhbət edə bilərdik. Biz danışardıq, çay içirdik,  kinolara baxırdıq, müzakirə edirdik.  Fikirlərimiz üst-üstə düşürdü. Həmin dəqiqələrdə elə bilirdim ki, dünyada məndən xoşbəxt insan yoxdu. Doğrudur, yaman qısqanc adam idi. İlk vaxtlar qonşularımız  bizə gülürdü.Elxan bir yerə gedəndə qapını açarlayıb gedirdi. Deyirdi evdə hər şey var – televizordu, telefondu. Mən də işə gedib gəlirəm. Sonra artıq yavaş-yavaş yumşaldı.

- Bu, sizə pis təsir etmirdi ki?

- Xeyir artıq mən qəbul edirdim..  Deməzdi ki, onu geyinmə, bunu eləmə. Hər şeyi özü bəyənib alırdı. Dərziyə  gediridm, ora da mənimlə gedirdi. Buna alışmış, öyrəşmişdim.

- Valideyinləriniz sizlə get-gəl edirdilər?

- Olurdu, təbiki. İndinin özündə də Elxanın qardaşı Tərxan gəlib bizə baş çəkir. Bizimkilər də gəlir. Mən işdə olanda atam uşağı  məktəbdən gətirir. Elxanın sağlığında da gəliş-gediş var idi. Heç bir küsülülük olmayıb.  Ad günlərində, bayramlarda bir yerdə olurduq.  Elxan çox deyirdi ki, oğlumu məktəbə özüm aparacam,  qismət olmadı. Çox sevirdi  uşaqları.

- Sənət adamları, musiqiçilər bir yerə yığışıb şənlənməyi sevirlər...

- Yox, Elxanın heç bir dostu bizə gəlib-getmirdi, bundan xoşu gəlmirdi. Görüşmək istəyəndə bayırda, işdə və ya hardasa gedib oturardı. Hətta o evdə olmayanda qardaşı  içəri girməzdi. Çox  qızsaqc idi.

- Bəs özünüz necə, qonaq gedirdiz?

- Elxan bunu o qədər də xoşlamırdı.

- Onu ən çox narahat edən, düşündürən nə idi?

- Ailədə heç nədən narazı deyildi. Amma sənəti ilə bağlı diqqətsizlikdən,  insanların ona  qarşı  biganəliyindən inciyirdi. Deyirdi mən çox şeyə qadirəm, çox şey edə bilərəm. Elxan işləmək, konsertlər vermək istəyirdi. Xalq artisdi, prezident təqaüdçüsü idi.

- Axırıncı dəfə hansı hansı  mahnını oxumuşdu.

- Müslim Moqameyevin mahnılarını çox sevirdi. Axırıncı dəfə “Sənsiz” romansını yazdı. Səsyazma studiyası  elə evimizdə idi. Studiyadan çıxdı, bir daha o studiyaya qayıtmadı.

- Ən çox nədən qorxurdu?

- O deyirdi  xəstələnib yatmayım, kiməsə möhtac olumayım.  Deyirdi ölümdən qorxmuram, amma  heç kəsi incitməyim. Elə də oldu, 20 gün çəkdi. Özü durdu, axırıncı gün plov da istədi. Bişirdim, oturduq yedik. Yaxşı idi, səhərə yaxın heç yatmadı...

- Rəhmətə gedən vaxtı təkcə siz idiz?

- Qohumlar çox gəldi, tək qoymadılar. Amma gözümdə heç nə yox idi, uşağı belə unutmuşdum.  İlk 3 gün yadımda deyil necə keçdi, heç nə istəmirdim. Elxan  gecə yuxuma girdi, məni uşağa görə danladı, çıxdı getdi. Ondan sonra daha yuxuma girmirdi. Amma bir həftə əvvəl yenə gəlmişdi... Layiq idi ki, Elxan Fəxri Xiyabanda dəfin olunsun. Müraciət də etdik, dedilər ki, hər xalq artistini Xiyabanda dəfn etsək, orada yer qalmaz ki... Biz onu  Xırdalanda, anasının yanında dəfin etdik.

- Bəs onu yada salan, anan necə, olurmu?

- Hər il dönümündə,  doğum günündə Musiqili Komediya Teatırından zəng edib deyirlər ki,  internetdə məqalə vermişik, baxarsan. Ancaq heç bir tədbir keçirilmir. Özümüz hər ildönümündə, ad günündə qəbir üstünə gedirik.

- Onunla ailə qurduğunuza peşman deyilsiz ki?

- Peşman deyiləm. Çünki tək deyiləm, yanımda Elxanın yadigarı var. Düzdü, istəyərdim ki, xəstə olsun, amma yanımda olsun. O qədər çox istəyirdim onu. İndi mən o günü gözlüyürəm ki, o dünyada onu görüm.

İsmət Ələkbərqızı






30 Yanvar, 2014  15:50 Baxılıb: 2186 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner