Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüsnü Şenlendirici: “O, Allahın mənə bir bəxşişidir” – MÜSAHİBƏ – FOTOLAR

“Azərbaycanlılarla türkləri bir-birindən ayırmıram”

İki gün öncə Türkiyənin məşhur klarnet ifaçısı Hüsnü Şenlendirici Azərbaycana qonaq gəlmişdi. Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda konsert verən klarnet ifaçısı Simsar.az-a ekskluziv müsahibə verib. O, Azərbaycanla bağlı yaranan təəssüratlarını bizimlə bölüşüb. Müsahibə zamanı şəxsi həyatının gündəmə gəlməsindən yorulduğunu deyən sənətçi, haqqında yayılan müxtəlif fikirlərə də aydınlıq gətirib. Həmin müsahibəni sizlərə təqdim edirik:

- Azərbaycana xoş gəlmisiz. Ancaq sizdən fərqli olaraq son 10 il ərzində Türkiyə sənətçilərinin əksəriyyəti vaxtaşırı olaraq konsert proqramları ilə Azərbaycanda çıxış edirlər. Bəs siz niyə biz tərəflərdə görünmürsüz?

- Vallah mən də öz-özümə sual verirəm ki, “Görəsən, niyə Azərbaycanda görünmürəm?” Çünki uzun zamandır görülən işlər, albomlarımız və fan klublar azərbaycanlılar tərəfindən maraqla izlənilir. Sosial mediada da Azərbaycandan olan xeyli izləyicim var. Niyə Azərbaycana gəlmirsiz, deyirlər, mən də nə cavab verəcəyimi bilmirəm.

- Deməli, Azərbaycana gəlməyi o qədər də istəmirsiz?

- Əslində, bu, təkcə mənim istəyimdən irəli gələn bir məsələ deyil. Konsertin verilməsi üçün təşkilatçılığın önəmi var. Deyək ki, mən gəlmirəm, axı təşkilatçı şirkətlərdən də hər hansı bir təklif gəlməlidir. İnşallah bu dəfəki konsertimiz gələcək konsertlərin təşkili üçün vəsilə olar.

- Hər hansı bir musiqi alətində ifa edən sənətkarlar yaxşı mənada onun quluna çevrilir. Məşhurlaşmağınıza səbəb olan klarnetin sizin üçün hansı əhəmiyyəti var?

- Klarnet mənim əli-ayağım kimi olub. Elə bil onunla doğulmuşam. Yanımda olmayanda mənə elə gəlir ki, nəsə əskikdi. Yəni klarnet bir musiqi alətindən çox mənim həyat tərzimə çevrilib. Bununla həm pulumu, çörəyimi, həm insanların sevgisini, hörmətini qazanıram. Bu, çox mühüm məsələdir. Klarnet Allahın mənə bir bəxşişidir. Onu əlimdən gəldiyi qədər gözəl ifa etməyə çalışıram.

- Belə çıxır ki, həyatda ən dəyərli şeyiniz klarnetinizdir...

- Yox elə deyə bilmərəm. Çünki həyatda sahib olduğum ən dəyərli şey qızımdır.

- Bəs sizin sənətinizi davam etdirən oğlunuz Ergün Şənləndiricini necə?

-Təbii ki, onu da çox istəyirəm. Amma qızımın yeri mənimçün başqadır.

- Bu qədər gözəl sənətinizin olmasına və klarneti peşəkar ifa etməyinizə baxmayaraq nə üçün daha çox şəxsi həyatınızla gündəmə gəlirsiz?

- Bilmirəm, sizcə niyə belə olur? Əslində, bu, əvvəllər belə idi. Artıq yalnız sənətimlə diqqəti cəlb edirəm.

- Türkiyə mediasında sizdən daha çox şiddətə meyilli bir şəxs kimi bəhs olunur. Doğurdanmı bu qədər əsəbisiz?

- Yox əlbəttə ki. Kənardan baxanda şiddətə meyilli görünürəm? Heç klarnet çalan, incəsənətlə məşğul olan biri şiddətə meyilli ola bilərmi?! Bunlar hamısı şaiyədir.

-Uzun zaman Deniz Seki ilə şou-biznesin gündəmindən düşmədiniz. Bunlar da şaiyədir?

-Bu məsələ çoxdan bağlanıb. Bu haqda heç nə danışmaq istəmirəm.

- Azərbaycanda konsert verməklə Azərbaycan-Türkiyə dostluğuna hsər olunan gecədə çıxış etmək sizin üçün fərqli məna ifadə edirmi?

- Mənim üçün konsertin adının heç bir önəmi yoxdur. Azərbaycanlılarla türkləri bir-birindən ayırmıram. Bakıya hər dəfə gələndə özümü məmləkətimdə hiss edirəm. Azərbaycan mənim üçün başqa bir ölkə, azərbaycanlılar başqa bir millət deyil. Küçədə rahatlıqla gəzirəm, hər kəslə danışa bilirəm. Özümü heç də qonaq kimi hiss etmirəm.

- Türkiyədən gələn hər bir sənətçi demək olar eyni sözləri deyir. Sanki bu bir növ şüara çevrilib.

- Axı bu reallıqdır. Küçədə gəzərkən yazılan yazıları və ya qəzetlərinizi oxuyarkən, heç bir fərq hiss eləmirəm. İnsanlar türkcə danışır, simalarımız bənzəyir. Bənzəməyən tək şeyiniz var. O da mətbəxinizdir.

-Mətbəximizi bəyənmirsiniz?

- Etiraf edim ki, Azərbaycanın hər şeyini bəyənirəm mətbəxindən başqa.

- Dünya mətbəxində xüsusi yeri olan Azərbaycan mətbəxini nə üçün bəyənmirsiz?

- Yəqin, mənə gözəl yeməklər yedirməyiblər. Bəlkə, elə buna görə sevmirəm. Bilmirəm...

Ülviyyə Cövdətqızı






25 Yanvar, 2014  12:54 Baxılıb: 1770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner