Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zahid Oruc: “Cəbhə boyu gərginlik təsadüfi xarakter daşımır” – MÜSAHİBƏ

“Ölkə başçısına Silahlı Qüvvələrin rəhbərliyi mütəmadi məlumat verir”

Bir neçə gündür ki, cəbhə bölgəsində vəziyyət gərgindir. Dünən Ermənistanın 3 kəndinin boşaldığı 7 erməni əsgərinin məhv edildiyi haqda məlumatlar vəziyyətin nə yerdə olduğu barədə az da olsa məlumat verir. Hətta ordumuz dünən bir şəhid də verib. Belə ki, Cəbhənin Tərtər bölgəsindəki zabitimiz kapitan Cəfərov Elnur düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Bu gün isə cəbhədəki vəziyyətlə bağlı Tərtər rayon sakini ilə əlaqə saxladığımızda o, doğurdan da vəziyyətin gərgin olduğunu dilə gətirdi. Simsar.az Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da zənglərimiz cavabsız qaldı. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc məsələ ilə bağlı fikirlərini dilə gətirib. Millət vəkilinin Simsar.az-a verdiyi müsahibəni təqdim edirik:

Cəbhədə vəziyyət gərgindir. Bunu müharibənin ilkin qığılcımları adlandırmaq olarmı?

- Bu cür qərar vermək üçün əlimizdə daha mötəbər məlumatlar olmalıdır.  Düşünürəm ki, ölkə başçısına silahlı qüvvələrin rəhbərliyi tərəfindən mütəmadi məlumatlar verilir, ümumiyyətlə o prosesi izləyir. Bu cəhətdən ilk növbədə hərbi məlumatları nəzarətdə saxlamağa imkan yaranır. Elə hesab edirəm ki, heç bir halda bunu şok kimi qarşılamaq izini itirmək və s. kimi düşmənin xeyrinə işləyən psixoloji aşınma yaratmaq olmaz. Lakin Azərbaycan ermənilərin planlarını pozan tədbirlər keçirməkdədir. Bizdə olan məlumatlara görə, erməni cəmiyyəti gerçək xof içindədir. Atışmaların fonunda onların verdiyi itkilər daha çoxdur. Lakin əlbəttə ki, bütün cəbhə boyu təmas xəttinin hər bir nöqtəsində bu gərginliyin meydana çıxması onun təsadüfi xarakter daşımadığını göstərir.

- Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfdə döyüşənlər yalnız erməni dilində danışmırdılar. Bu, Ermənistanın qabaqcadan bu prosesə hazırlığı  və xaricdən hansısa qüvvənin cəbhəyə gətirlməsi kimi qiymətləndirilə bilərmi?

- “Kim, hansı maraqlar uğrunda mübarizə edir?” fikri ətrafında xeyli suallar yaranır. “Rusiyanın hansı maraqları var?” “Bu doğrudurmu?” –  təhlillərini edərkən bir  fikri xüsusi qabartmaq istəyirəm: bu gün Şimal Qoşumuz Soçi Olimpiyadasına görə, bəlli terror təhlükələri, ciddi separatçılıq problemlərindən əlavə gərginliklər istəmir. Ancaq Qarabağdakı proseslər hər zaman Rusiyanın əsas maraq obyektində və birbaşa onun nəzarətində olub. Gerçəklikdə bəlkə də başqa səbəblər var.

- Xatırlıyırsızsa, Rusiya ötən ilin sonlarında Gömrük İttifaqına qoşulmaqda marağı olmayan MDB ölkələrini gizli-aşkar hədələmişdi. Əgər atəşkəsin pozulmasında Rusiyanın əli varsa, bunu həm də hədə kimi qəbul etmək olarmı?

-Atəşkəsin pozulması Azərbaycanın son aylar imzaladığı mühüm sazişlərə, atılan güllələrdir. Bu addımla Azərbaycanın xarici əlaqələrinə təsir göstərərək, bu ölkəyə investisiya qoyulmamasına, regiona marağın azaldılmasına da çalışıla bilər. Əgər ATƏT-in Minsk Qrupunun monitorinq üzvlərinə də güllələr atılırsa bu o deməkdir ki, atəşkəsin pozulmasına məhz bu amil səbəb olur. Nəinki ərazi problemi. Son aylar atəşkəs belə intensivləşib. Hesab edirəm ki, Azərbyacan siyasətçiləri, bu günün əsgərləri, zabitləri təmas xəttində real təhlükəylə üzləşən insanlarımızı tək qoymamalıdır. Onları mütamadi olaraq bu mövzudan əsas problemləri işıqlandırmalıdır. Bu gün ölkə daxilində hər hansı bir siyasi proseslərin dondurmadan, əsas diqqətin cəbhəyə köklənməsinə çox böyük ehtiyac var. Mən hələ də hiss edirəm ki, bəzi təşkilatlar cəbhədə yaşananlara ayrı bir ölkənin həyat hadisəsi kimi münasibət bəsləyirlər. Bu heç də yaxşı hal deyil.

- Hətta xarici ölkələrin nümayəndələrinin də səfərləri zamanı atəşkəsin pozulması özü də Avropa üçün bir növ siqnal deyilmi? Və ya bu vəziyyətin beynəlxalq aləmə düzgün çatdırılması üçün hər hansı bir addım atılırmı?

- Düşünürəm ki, lazımi məlumatlar Azərbaycan tərəfdən beynəlxalq aləmə çatdırılır. Bu gün xarici işlər nazirimiz digər rəsmi orqanlar tərəfindən xarici informasiya vasitələrinə beynəlxalq ictimaiyyətə, o cümlədən, səfirliklərə gerçək şəkildə ermənilərin maraqları, zərbənin məqsədlərini təqdim etməlidir.

Bizim bir neçə istiqamətli işimiz olmalıdır Vaxtilə ermənilər atəşkəsi ona görə, pozurdular ki, təmas bölgələrində əhalini oradan uzaqlaşdırsınlar ərazilərin boşalmağına təsir göstərsinlər. Sonrakı dövr yeni məsələlər meydana çıxdı. Hillari Klintonun səfəri zamanı, beynəlxalq görüşlər ərəfəsində də belə toqquşmaların intensivliyinin artması müşahidə olunur. İndi cəbhə xəttində temperaturun yüksəlməyinin səbəbi təkcə hərbi qüvvələrin maraqları deyil. Bu danışıqları əngəlləmək, prezidentlərin görüşlərinə zərbə vurmaqla, guya yalnız hərbi vasitəsiylə çözmək niyyəti kimi də təqdim oluna bilmir. Nəticələr göstərir ki, ilk versiya o qədər də inandırıcı deyil. Çünki Qarabağ ermənilərinin böyük resursu yoxdur. Onlar bilirlər ki 5 günlük atışmaya belə onların imkanları yetməyəcək. Bu, Ermənistanın öz iqtidarından qaynaqlanan siyasətdir. Artıq Ermənistanda Sarkisyan hökumətinə inam azalıb.

- Hazırki vəziyyətdə Azərbaycan dövlət olaraq hansı addımı atmalıdır?

- Ermənistanın Azərbaycanın əsas diqqətini atəşkəsə yönəltmək, resursları səfərbər etmək, müəyyən mənada gücünü aşağılamaq, onun xarici əlaqələrinə zərbə vurmaq kimi niyyətlərininin tam səbəblərini ortaya qoymalıyıq. Bu mənada Azərbaycanın partiyalarına, onun təşkilatlarına və strukturlarına çağırış edirəm ki, məsələ hər bir tərəfdən qəbul olunsun. Azərbaycan əsgəri əgər bu gün səngərdə döyüşürsə siyasətçiləri də öz hədəflərini və istiqamətlərini müəyyənləşdirib, o yöndə addımlar atmalıdırlar.

- Cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayanlar narahatdır. Hazırda onların təhlükəsizliyi üçün hər hansı tədbirlər həyata keçirilirmi?

- Artıq konkret tədbirlər həyata keçirilir. Bəlli yöndə işlərin reallaşdırılması üçün daha mötəbər kəşfiyyat xarakterli məlumatlara sahib olmalıyıq. Ancaq açıq şəkildə onu qeyd edim ki, bu gün prosesin əsas düyün nöqtələrinin tapılmağı üzrə iş getməlidir. Ermənilərin bir ay əvvəlki dövrdən fərqli olaraq atışmaları daha da intensivləşib.

Ülviyyə Cövdətqızı







24 Yanvar, 2014  18:24 Baxılıb: 1594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner