Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya nə vaxt dağılacaq? – FƏRZİYYƏLƏR, RƏYLƏR

Dünyanın hər il dağılacağı ilə bağlı müxtəlif nəzəriyyələr olur. Hər dəfə bir görücü ya astronom göy üzündə baş verən hadisələrdən dolayı Yer kürəsində dəyişikliklər olacağı və dağılacağı ilə bağlı fərqli-fərqli məlumatlar yayır.

Bu ilki  nağılı isə ABŞ Milli Kosmik Araşdırmaları Agentliyi (NASA) yayıb.

Kembric astrofiziki, doktor Albert Şervinski «dünyanın sonu haqda yeni nəzəriyyə irəli sürüb». Onun qənaətincə, 2014-cü ilin iyununda Günəş sistemində turşulu bulud yayılacaq. O, əmindir ki, bu dağıntı Yerə doğru hərəkət edəcək və 2014-cü ilin iyununda bizim planetlə toqquşacaq. A.Şervinskinin fikrincə, bundan sonra Yer üzündə bütün canlı həlak olacaq.

Xatırladaq ki, dünyanın axırının gəlməsi barədə yeni-yeni fikirlər söyləməklə bəziləri gündəmdə qalmağa çalışır. Sonuncu dəfə 2012-ci il dekabrın 21-də Yerdə həyatın başa çatacağı haqda proqnozlar verilmişdi. Həmin proqnozdan bir ildən artıq vaxt keçir. Belə nəzəriyyələr hər il milyonlarla insana psixoloji təsir göstərir. Dünya 1 saat sonra belə dağılası olsa, bunu belə ictimailəşdirib, cəmiyyətə təsir etmək nə dərəcədə düzgündür?

Bolqar baxıcı Vanqa nənə dünyanın sonunu 3797-ci il olduğunu bildirirdi.

İndiyə qədər dünyanın dağılacağı ilə bağlı müxtəlif illərdə fərqli proqnozlar verilib. Bunlardan bəzilərini nəzərdən keçirək:

Amerika meteoroloqu Albert Portun hesablamalarına görə, 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi tarixi – 1919-cı il 17 dekabr

Amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən, Yerin yanması və dünyanın axırı – 1945-ci il 21 sentyabr, saat 5.33

Amerikalı həkim, təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi – 1954-ci il 20 dekabr

“Həqiqi Dünya Amerika Xristian Kilsəsi”nin hesablamalarına əsasən, dünyanın sonu – 1970-ci il 31 dekabr, saat 24.00

ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu – 1980-ci il  29 aprel

Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu – 1996-ci il 17 dekabr

Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu – 1998-2001-ci il

Bəzi amerikalı astronomların hesablamalarına görə, Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu – 2001, 11 avqust

Piter Lorinin yozumuna görə, Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon (xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki (Fələstindəki) dağ) – 2009-cı il

Mayya təqvimi, Dalay –Lama nın nəzəiyyələrinə görə dünyanın sonu – 2012-ci il, 21 dekabr

***

Psixoloq Fərəh Kamilova belə informasiyaların kütləvi hal almasının düzgün olmadığını düşünür: “Kütləvi informasiya vasitələrində də belə xəbərlərin yayılması insanlarda daha inandırıcı hisslər oyadır. Bu tip xəbərləri yayarkən ən çox uşaqlar nəzərə alınmalıdı, çünki onlar maraqlanıb, inanırlar. Əgər uşağın atası-anası da inanırsa, bu daha acınacaqlı vəziyyət yaradır. Uşaqlara daha çox təsir edir və bəzi hallarda intihara gətirib çıxarır. Bu inam gələcəkdə uşağın psixologiyasında da iz qoyacaq, problemlər yarada bilər. Şişirdilmiş xəbərlər insanlar arasında panikanın artmasına, stressə, depressiyaya gətirib çıxarır. Onlar davamlı olaraq həmin gün nə olacağını düşünürlər, bəziləri işlərini təxirə salırlar”.

Astroloq Fridun Qurbansoy isə deyir ki, belə panik xəbərlərin yayılması böyük şirkətlərə sərf edir ki, insanların qorxmasından, həmin günə hazırlaşmasından istifadə edib, bunu ticarətlərinin genişlənməsinə sərf edirlər. “İnsanlar da bu cür xəbərlərə inanır, çalışır ki, bu vəziyyətdən sağ-salamat çıxmaq üçün nəsə eləsinlər. Ancaq başa düşmürlər ki, dünya əgər doğrudan da dağılsa, heç bir insan onun qarşısını ala bilməz.

Xaricdə bəzi qüvvələr var ki, insanları idarə etmək istəyir, onlara qul kimi baxırlar. Çalışırlar ki, insanlar gələcəyi görməsin, sabah haqqında heç bir fikirləri olmasın. Çünki, düşündəcəsiz insanları idarə eləmək daha asandı. İnsanları gərginlikdə saxlamaqla, qorxu yaradırlar. Buna görə də, belə informasiyaları hər il dövriyyəyə buraxılır. Bundan əvvəl 2001, 2008, 2012, 2013-ci ildə demişdilər ki, dünya dağılacaq, bunlar hamısı yalan çıxdı. Dünyanın nə zaman dağılacağını isə ancaq Allah bilir. Ona görə, heç kim özünü yormasın”.

Hacı Rövşən isə dünyanın sonu haqda fikirlərini bir hədislə cavablandırdı: “Bir gün Cəbrayıl Peyğəmbəri (s) ziyarətə gəlir. Ondan soruşur ki, qiyamət nə vaxt olacaq?

Peyğəmbərimiz (s) sualın cavabında bildirib ki, nə bu sualı soruşanın, nə də sual verənin bu barədə məlumatı yoxdu.

Bu haqda Peyğəmbərimizin belə məlumatı yoxdur, ona görə, Allahdan başqa qiyamətin nə vaxt olacağını heç kim bilə bilməz. Quranda Qiyamət günü haqqında Allah buyurub ki, “Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar (Ya Peyğəmbər!) De: «Onu ancaq Allah bilər!”. Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır». (Əhzab surəsi, ayə 63)”.

Sonda onu deyək ki, hər deyilən doğru olsaydı, dünyanın son çoxdan olmuşdu, hər şeyi yalnız və yalnız Allah bilir.

Turanə İbrahimi

 






16 Yanvar, 2014  16:18 Baxılıb: 4904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner