Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Faiq Ağayev: “Musiqini anamdan çox sevə bilmərəm” - MÜSAHİBƏ - FOTOSESSİYA

Simsar.az-da yeni “Cırtdan” layihəsinə start verilir. Layihədə ölkənin tanınmış simaları azyaşlı müxbirimiz Hüseyn Hüseynovun sual yağışına məruz qalacaqlar. İlk qonağımız isə bu gün doğum gününü qeyd edən Azərbaycanın Xalq artisti, “Qızıl Şlyager” Faiq Ağayevdir

 

Hüseyn: Bu gün ad gününüzdür. Nece qeyd etməyi düşünürsüz?

Faiq Ağayev: Bəli, adətən ad günümə solo konsertim dəng gəlir. Demək olar ki, qeyd etmirəm.

- Bəs kiminlə qeyd etmək istərdiz?

- Bu dəfə  anam, qardaşlarım və mənə ən yaxın olan insanlarla qeyd edəcəm. Böyük, təntənəli ad günü olmayacaq.

- Konsert demişkən, 5 günlük konserti necə verə bildiz?

- Düzünü desəm çox çətin idi, amma konsertə gələn insanlar bu haqda bilməməlidirlər. Onlar şən ifaçını və xoş emosiaları görməlidirlər. 5 günlük konsertlə ilkə imza atdım.  Azərbaycnada indiyə qədər müğənnilərdən heç biri bunu etməyib.

- Sevdiyiniz rəng hansıdır?

- Sevdiyim rənglər çoxdur: Ağ, qara, göy rəngləri sevirəm.

- Niyə məhz bu rəngləri sevirsiz?

- Bilmirəm. Düşünürəm ki, mənə gözəl göründükləri üçün sevirəm. Qara ciddi rəngdir. Böyüyəndə anlayacaqsan ki, o hər vəziyyət üçün uyğundur.

-  Məsələn, mən qırmızını daha çox sevirəm.

-  Mən də qırmızını sevirəm. Amma onu səhnədə sevirəm. Həyatda çox parlaq geyinmə üstünlük vermirəm, çünki onsuz da səhnədə parlaq geyinirəm.

- Necə oldu ki müğənni olduz?

-  Mən çox balaca idim. Mahnı oxumağı çox sevirdim. 5 yaşımda mahnı ifa etməyə başladım. Səhnəyə çıxmaqdan, insanlar, kütlə qarşısında oxumaqdan xoşum gəlirdi. Məktəbi qurtardıqdan sonra müğənni olmaq qərarına gəldim.

-  Məktəbdə oxuyarkən dostlarınız olub?

-  Olub. Düzdür, onları lap çoxdan görmüşəm. İnstitutda da dostlarım çox olub.

- Siz solaxaysız? Saatı niyə sağ əlinizə geyinmisiz?

-  Yox, solaxay deyiləm. Amma saatımı sağ qoluma taxıram, çünki mənə belə baxmaq daha rahatdır.

- Evinizə bazarlığı kim edir? Ümumiyyətlə bazara gedirsiz?

- Adətən, bazarlığı özüm edirəm. Amma vaxtım olmayanda mənim əvəzimdən bunu köməkçim edir. Sənə düzünü deyəcəm, mən hamıdan yaxşı bazarlıq edirəm. Köməkçim mənim kimi bacarmır.

- Siz namaz qılırsız?

-Xeyr. Anam, qardaşım və gəlinlərimiz namaz qılırlar. Hesab edirəm ki, namaz qılmaq üçün insan buna tamamilə hazır olmalıdır.

- Bəs, nəvatxsa qılmaq istərdiz?

- Mən də hamı kimi günah işləməkdən qurtaranda əlbəttə ki, başlamaq istəyirəm.

-  Niyə siz hər mahnınızda, klipinizdə imcinizi, üslubunuzu dəyişirsiz?

-  Bilirsən, hər mahnı kiçik bir tamaşadır. Ona görə də  mahnıda olan hər hekayəyə uyğun üslub da dəyişməlidir. Konsertə gəlincə bütün konsert boyunca eyni paltarda çıxış etmək olmaz.

- Sevdiyiniz geyim markası var?

-Var, amma mən heç vaxt brend markaların arxasınca qaçmıram. Dəbdə olandan daha çox mənə yaraşana üstünlük verirəm.

- Bəs, hansı geyim üslubunu sevirsiz?

- Daha çox gündəlik üslubu kəşual (“Casual”) üslubunu sevirəm. Məsələn, sənin hazırkı geyimin kimi. Sənin bürcün nədir?

- Buğa.

- Ciddi oğlansan.

- Hə, eləyəm. Sevdiyiniz yemək hansıdır?

-Mən dolmanı, aşı, ləvəngini çox sevirəm. Nadir hallarda isə kartof qızartması yeyə bilərəm.

- Ev heyvanınız var?

- Xeyr, hazırda evimdə yoxdur. Əvvəl pişiyim var idi. Ümumiyyətlə, it saxlamağı çox istəyirəm.

- Sizin şou-biznesdə yaxın dostlarınız var?

- Mənim yaxın dostlarımın şou-biznesə aidiyyatları yoxdur, yəni onlar mənimlə eyni sənətdə deyillər. Müğənnilər arasında isə dostum Aygün Kazımovadır.

- Siz onu sevirsiz?

- Mən onu dostum kimi sevirəm, yəni çox istəyirəm.

- Mən elə bildim ki, siz evlənmək istəyirsiz...

- Yox, amma elə bir şey olsa səni toyumuza dəvət edəcəyik.

- Siz musiqini həyatınızdan çox sevirsiz?

-Səhnədə olanda özümü çox xoşbəxt hiss edirəm. Deməzdim ki, həyatımdan çox sevirəm, amma həyatda ən çox sevdiyim məşğuliyyətdir. Musiqini həyatımdan çox sevə bilmərəm, axı. Məsələn, onu necə anamdan çox sevə bilərəm? Axı, anamı hər şeydən çox sevirəm. Mən musiqini anamdan sonra sevirəm.

- Sevdiyiniz ətir hansıdır?

- Hal hazırda Montal Blek Auddan istifadə edirəm (Montale Black Aoud).

- Mənim atam da ondan istifadə edir. Bəs, sevdiyiniz sayt, kanal hansılardır?

- Sosial şəbəkələrdən Facebook-a üstünlük verirəm. Orada çoxlu dostum, 27 minə yaxın da izləyicim var.

- Kliplərinizdə çəkilən hansısa bir qızdan xoşunuz gəlib?

- Mənim hamısından xoşum gəlib. Klipimdə çəkilənlərin hamısı mənim dostlarımdır.

- O mənada yox, yəni sevgi...

- Mənim kliplərim çəkilən zaman artıq sevgilim var idi. Mən sadiq insanam xəyanəti sevmirəm. Əgər mən yalnız olsaydım başqa məsələ, böyüyəndə anlayacaqsan. Sən məktəbdə necə oxuyursan?

- Bilmirəm, beşlərim çox deyil, 40-50 dənədir.

- Çox təvəzökar oğlansan.

- Düz deyirsiz, əsas odur, ikim yoxdur. Təsəvvür edin məktəbə nifrət edirəm.

- Təsəvvür etdim, çünki mən də məktəbi sevmirdim. Amma ümumi götürsək hansı fənni sevirsən?

-  Mən kimyanı sevirəm. Bizə onu keçmirlər, amma mən sevirəm.

-  Kimya çox gözəl fənndir. İnsan özü bir şey ixtira edə bilər.

- Yeni ili necə qeyd edəcəksiniz?

-  İşdə, səhnədə olacam. İnsanlar istirahət edirlər, müğənnilər isə işləyirlər. Amma mütləq anamın yanına yarım saatlıq gedəcəm. Onu görüb, bayramını təbrik etdikdən sonra yenidən işə qayıdacam.

-  Bəs, ümumiyyətlə, sevdiyiniz bayram hansıdır?

- Yeni il və Novruz bayramı. Hətta mən öz ad günümdən də çox Yeni ili və Novruz bayramını sevirəm.

- Mən isə öz ad günümü ümumiyyətlə qeyd etmirəm.

- Niyə?

-  Çünki peygəmbərimiz (s.a.v.) öz ad gününü qeyd etmirdi...

- Mən bilirsən niyə qeyd edirəm? Çünki həmin gün Allah mənə yaşamaq imkanı tanıyıb ona görə  sevinirəm. Öz anama təşəkkür edirəm. Atam sağ olan zaman atama təşəkkür edirdim. Ad gününü qeyd etmək yaşadığın üçün təşəkkür etməyin növüdür.  Çox xoşum gəldi ki, sən dinlə maraqlanırsan. Onu da deyim ki, Peygəmbərimiz özü ad gününü qeyd etməsə də, başqalarına bunu  qadağan da etməyib. Ona görə də həmişə öz ürəyinin səsinə qulaq as.

- Sevdiyiniz gül hansıdır? Mən bənövşəni sevirəm

- Nərgiz və Qızılgülü çox bəyənirəm. Nərgizi sevməyim uşaqlığımla bağlıdır. Həmişə uşaq vaxtı 8 martda anama nərgiz hədiyyə edirdim.

- Konsertlərdə yəqin ki sizə çoxlu gül verirlər, üstünüzə atırlar. Bu güllərin arasında nəfəs almaq çətin olmur ki?

- Yox, çətin olmur.

- Repertuarınızdakı mahnılarınızdan ən çox hansını sevirsiz?

- Öz mahnılarımın hamısını sevirəm. Onlar mənim övladlarım kimidirlər. Əgər sənin bacın, qardaşın varsa, necə ki sənin valideynlərin onlarla sən arasında fərq qoymurlarsa, eləcə də mən öz mahnılarıma fərq qoymuram.

- Bəs, xarici müğənnilərdən hansını sevirsiniz?..

- Madonnanı, Sting-i, Maykl Ceksonu çox sevirəm.

- Bəs, Castin Biberi?

- Xeyr, Castin Biberi sevmirəm. Sən böyüyəndə kim olmaq istəyirsən?

- Kimyaçı alim. Bəs siz?

-  (Gülür) Əgər müğənni olmasaydım, teleaparıcı olardım. Bu çox gözəldir, alim olsan vətənə çox xeyir gətirərsən.

- Hobbiniz nədir?

- Kitab oxumaq və kinoya baxmaq. Kinotetra getməyi çox sevirəm.

 

Hüseyn Hüseynov

 






29 Dekabr, 2013  00:43 Baxılıb: 6718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner