Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vüsalə Şahvəliqızı: “Ailə üçün yaşamaq daha çətindir” - FOTOLAR

Sənətdə hər şeyi öz zəhməti ilə əldə etdiyini deyən, övladları üçün çox narahat olan  kompelksi ilə barışıq Vüsalə Şahvəliqızı Simsar.az-ın “Teleaparıcı” rubrikasının budəfəki qonağıdır. Həm model, həm aktrisa, həm də aparıcı kimi özünü sınayan gözəl Tv sima ilə müsahibəmizi təqdim edirik

- İlk efir fəaliyyətinizdən danışardız.

- Tamam başqa bir sahədə idim, təsadüf olaraq televiziyaya gəldim. Mağazada mühasibat işlərinə baxırdım. Xəzər televiziyası hər dəfə çəkiliş üçün ora gəlirdi. Həm məlumat almağa, həm də reklam üçün. Onlar 5-6 dəfə gəlib-gedəndən sonra, məni səbəbsiz olaraq işdən çıxartdılar. Sən demə, bu təxribat xarakterli iş imiş. Çox keçmədi ki, Xəzər televiziyası əməkdaşlıq təklif etdi. Xırda-xırda müsahibələrlə işə başladım, sponsorlarla danışmalara getdim. Bu iş mənə getdikcə maraqlı gəlirdi. Jurnalistikanı bitirsəm də, praktik təcrübəmi Xəzər televiziyasında keçdim. Artıq televiziya fəaliyyətimin 4 ili tamam olub. Öz üzərimdə işləməyə və işimi sevməyə başlamışam. Bir gün iş yoldaşımla Ans-ə gəldik. O özü əvvəl Ans-in işçisi olmuşdu. Və Ans-lə əməkdaşlığa başladım.

- Başqa bir televiziyada işləmək sizə çətin olmadı ki?

- Çətin idi, hər dəfə nəyəsə görə danlanmaq, uğursuzluq yaşamaq... Bu uğursuzluqlar daha da güclənməyi öyrətdi. 2 aydan sonra mən artıq uğur qazanmağa başladım.

- Nə vaxtsa televiziyaya gələcəyinizi düşünmüşdüz?

- Həmişə televiziyaya marağım olub. Öncə model kimi fəaliyyətə başlamışam. Çox adam səhv salır, maniken kimi deyil, üz cizgilərimə görə, model kimi işləmişəm. Reklamlarda çəkilmişəm. Aktrisa kimi də özümü sınadığım olub. Məşq çəkilişlərində oldum, gördüm ki alınır. Ans-də “Göyçək Fatimə” serialına çəkildim... İstədiyim, qürur duyduğum sahədəyəm. Həm mənəvi, həm də fiziki yorğunluq çox olsa da, bunları yaşamağa dəyər.

- Əsas çətinliyiniz nədə olur?

- İş çox olduğunda ailəyə vaxt ayırmaq olmur, yorğunluq həddindən artıq olur. Mənim üçün çox önəmli olan övladlarıma vaxt ayıra bilməmək, doğrudan da əsas problemdir.

- Övladlarınız sizin üçün kimdir?

- Onlar həyatımın ən önəmli varlıqlarıdır. Mənə xoşbəxt ana olmağı öyrədiblər. Evə yorğun gələndə onların ana demələri bütün yorğunluğu, ağrı-acımı aparır.

- Özünüzü professional jurnalist kimi görürsüz?

- Hazırda bunu deyə bilmərəm, ancaq çalışıram. Məndən daha peşəkarlar var. Mən də hələ öyrənirəm, inşaallah əziyyətimin bəhrəsini görərəm. Öz yolumu tutmuşam, çalışıram ki, heç kimə bənzəməyim. Qoy onlar özləri bir-birinə bənzəsinlər. Öz-özlüyümdə kimlərdənsə üstün olduğumu düşünürəm.

- Apardığınız veriliş sizin xarakterinizə uyğundurmu?

- Əlbəttə. Düşünürəm ki, yerimdən ayrılsı olsam, boş qalan yerdə heç kimi təsəvvür edə bilmərəm. Elə vaxtlar olub ki, o verilişi təkcə özüm işləmişəm. Verilişin həm aparıcısı olmuşam, həm də müsahibələrə getmişəm.

- Ən çətin verlişiniz hansı olub?

- Ən çətin verlişim qalmaqallı olub. O verilişə görə, efirdə açıqlama vermək məcburiyyətində də qalmışam. Müğənni Nadir Cavanşir müəllimi günahkar çıxarırdı ki, guya ona nalayiq söz deyib. Mən də həmişə doğrunun tərəfində olduğumdan efirdə hər şeyi aydınlaşdırdım.

- Çox yaraşıqlı xanımsız. Bəs, kompleksiniz var?

- Burnuma görə kompleksim var idi, həkimə müraciət etdim. Amma o başa saldı ki, sənin çox gözəl üz cizgilərin var, onu dəyişdirməyə heç bir ehtiyac yoxdur. Sosial şəbəkəmdə, fanat səhifəmdə 5000 izləyicim var və hər gün onlardan xoş söz eşitmək məni xoşbəxt etməyə bəs edir.

- İş üçün hər şey edərsiz?

- İşimdə çox ciddi və səmimi biriyəm. İnsan məsuliyyətini dərk edib, ona uyğun hərəkət etməlidir.

- Sənət üçün yaşamaq çətindir, ya ailə üçün?

- Ailə üçün daha çətindir. Onun yükünü hiss etmək belə bəsdir. Evdə olmadığın hər an üçün narahat qalmaq ağrılı hissdir.

- Müsahibə almaq, yoxsa vermək çətindir?

- Əlbətdə ki, müsahibə vermək daha çətindir.Yaxşı jurnalist əvvəlcədən müsahibinin suallara nə cavab verəcəyini bilir. Ancaq müsahibə verəndə, daha sonra sənə nə suallar veriləcəyini bilmirsən.

Turanə İbrahimi


 






23 Dekabr, 2013  16:17 Baxılıb: 15858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner