Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aydın Kazımzadə: “Prezident milyon manatları ona görə vermir ki...” - FOTOLAR

Müsahibimiz kino tədqiqatçısı, jurnalist, 3 sənədli filmin ssenari müəllifi Aydın Kazımzadədir. Onunla bugünki film və seriallarımızdan və öz fəaliyyətindən danışdıq. Etdiyin işin məsuliyyətini anlamağın çətin olduğunu deyən Aydın bəy, bu sənətin ona gözləri bahasına başa gəldiyinii deyir. Söhbətə də elə, hansı sənətin çətin olmasını soruşaraq başladıq

- Kim ki, öz işində məsuliyyət daşıyır, o iş onun üçün çətindi. Məsuliyyət daşımayan adam üçün hər şey asandır. Bir gün universitetdə tələbənin biri yaxınlaşdı ki, Aydın müəllim, sizin kimi tədqiqatçı olmaq istəyirəm. Elə sevindim ki. Neçə ildir işləyirəm, indiyə qədər belə söz deyən olmamışdı. Dedi ki, “hardan başlayım?” dedim ki, kitabxanaya get, 20-ci, 30-cu illəri bir-bir vərəqlə. Orada kino ilə bağlı nə tapsan yaz. Bir aydan sonra gəl yanıma söhbət edərik. Vaxt bitəndən sonra qız yanıma gəldi ki, Aydın müəllim, daha fikrimi dəyişmişəm. Mən bir aydı axtarıram, hələ heç nə tapmamışam. Çünki buna ay deyil, illər lazımdır. Bu çox ağır məsələdi. Gedib məqalələri, yazıları açan kimi qabağına kino ilə bağlı nəsə çıxmayacaq. Mən əvvəl saat 9-dan axşam iş qurtarana qədər gedib arxivdə otururdum, artıq ora aludə olmuşdum. Tərpənmədən otururdum, bir də onda ayılırdım ki, şalvarımın üstü tozdu. Yavaş-yavaş gözlərimdə kor oldu. Əməliyyat elətdirdim, həkim tapşırdı ki, artıq yazı, toz işindən uzaq durum.

- Bu gün sevərək izlədiyiniz bir serial varmı?

- Vəzifə borcum olaraq, seriallara baxıram. Onlarda ssenarinin kamilliyinin olmaması, özünü çox pis şəkildə göstərir. Kim istəsə ki, kino çəksin, gedib oturur ssenari yazmağa başlayır. Ssenari istədiyin vaxt yazıla bilməz, buna biraz istedad lazımdı. Kino həqiqətlərə uyğun olmur. Şərtiliyə icazə verilir, amma onun da bir dərəcəsi var. Bizim baxdığımz seriallar kinodan da qırağa çıxıb, heç bilinmir ki nədir. Bu gün “Toy gecəsi” serialı çəkilir. Azərbaycan üçün bu faciəvi bir mövzudur. Məgər bizim mövzumuzda, ssenarimizdə bu qədərmi qıtlıq var?! Tamaşaçıları belə səfeh şeylərə cəlb etmək üçün hər şey edirlər.

- Seriallarımızın çoxu türk serillarından bəhrələnir...

- Tarix boyu hamı bir-birindən öyrənib. Biri var ideyaya baxıb nəsə götürəsən, biri də var, olduğu kimi götürüb köçürəsən. Bəzən öz bildiyini eliyəndə belə alınmır, çox bəsit şəkildə ortaya çıxır. Əsl ssenarinin yazılması üçün istedad lazımdı. Həyatı olduğu kimi göstərmək, təbiilik, sadəlik olmalıdır. Kabinetdə oturub nə isə uydurmaqla, tamaşaçını inandıra bilməzsən.

- Əvvəlki filmlərlə indiki filmlərin arasında çox fərq var?

- Qabaqca sənət var idi, sənətin dalınca gedirdilər. Sənəti ortaya qoyandan sonra pul gəlirdi. İndi artıq fikirləşirlər ki, bundan filan qədər pul götürək. Tez bir şəkildə uydura-uydura gedirlər. “Pərvanələrin rəqsi” serialı vardı, çox yaxşı çəkilmişdi. İndi oradakı aktyorların çoxunu, o biri seriallar götürüblər. Tamaşaçı çaşır ki, bu aktyor bu serialda idi, ya o birində?

- Serialların problemi ancaq aktyor qıtlığıdır?

- Yox əlbətdə ki, problemlər çoxdur. İndi kimi 100-150 serialı çəkincə, 50-60 serialı bir şey çək, amma uydurma olmasın. Filmlərə əsl redaktor lazımdır, artıq sözləri, ifadələri təmizləmək lazımdır. İşlədilən rus sözləri dilimizi korlayır, bayağılaşdırır. Sovet dövrü dağılandan sonra, kinostudiyada çəkilən filmlərin çoxunun redaktoru rejissorun arvadı olur. Ancaq sovet dövründə belə şeylər olmurdu. Tələffüzdə də yazılış formasından istifadə edirlər. Seriallara baxanda elə bilirəm ki, toydayam. Filmin titri başlayandan axıra qədər musiqinin səsi kəsilmir. Musiqinin işlədilmə yerini də bilmirlər. Musiqi imkan vermir ki, aktyorun dediyini eşidəsən. Televiziya və Radio şurası çəkilən filmləri, serialları müzakirə etməlidir.

“Aktyor olmaq asandır, adam olmaq çətindir”

- Sənədli filmləriniz haqda nə deyərdiz?

- Mənim üçün çox vacib bir məsələ idi, özümə borc bilib, bu ssenariləri yazmışam. Sənədli filmin biri zərgər haqqındadı. Zərgər işi ekrana çox nadir hallarda çıxarılıb. Zərgərin həyatı haqqında çəkilib. Cəmal zərgər “Babək” kimi digər başqa filmlərə qablar, bər-bəzək əşyaları düzəldib. Onun əl işləri London muzeylərində, şəxsi arxivlərdə var. İkinci sənədli filmim yəhudilərin Azərbaycanda məskunlaşması ilə bağlıdır. Bu da özlüyündə çox maraqlıdır. Digəri kinorejissor Hüseyn Seyidzadə haqdadır. O, mənim üçüb böyük şəxsiyyət olub. “Qaynana”, “Dəli Kür”, “Koroğlu” filmlərinin rejissoru olub. Azərbaycan kinosunu onsuz təsəvvür edə bilmirəm. Onun yaradıcılığı haqda ssenari yazmaq mənim borcum idi.

- Yeni bir ssenari üzərində işləyirsiz?

- İndi yeni hazırladığım bir ssenari yoxdu. Ancaq mövzu olaraq Mehdi Hüseynzadə haqqında gözəl film çəkilməsini istərdim. Onun haqqında çox şey oxumuşam, bu adam faşistlərin qənimi olub. Mən düşünürəm ki, bu gün gənclər belə şəxsiyyətləri tanımalıdır, haqqında filmlər çəkilməlidir. Prezidentimiz milyon manatları ona görə vermir ki, kanallar ağıllarına gələni çəksinlər. Sonra peşman olmayaq ki, gənclərimiz başqa şeylərə maraq göstərir. Əsl vətənpərvərlik mövzusudur.

- Bu gün  kino sahəsində Nəsibə Zeynalovanı, Həsən ağa Turabovu əvəz edən şəxsiyyətlər yetişib?

- Elə şəxsiyyətlər var, ancaq bu gün onları heç yerdə görmürəm. Aktyor olmaq asandır, amma adam olmaq çətindir. Öz sənəti ilə, adamlığı ilə sözünü deyən olsa bu artıq şəxsiyyətdir. Mən yeni Şahmarları, Həsən Məmmədovları, Şəfiqə Məmmədovaları görmək istərdim. Əslində onlarn bu gün efirdə olmamasının əsas səbəbi, özlərini indiki ssenarilərdə görə bilməmələridir. Ssenarist aktyoru aça bilməlidir. Aktyora uyğun olmayan rol olduqda, o rolu oynayır, yaşaya bilmir.

- Qarabağ müharibəsindən bəhs edən çox az filmimiz var, dünya səviyyəsinədə tanınacaq qədər güclü filmimiz hələ də yoxdur...

- Doğrudur. Ancaq “Dolu” filmi var, çox gözəl filmdir. Nəhayət ki, o filmdə Azərbaycan oğulları ermənilər üzərinə hücum çəkdilər. “Xoca” filmi də çox izlənilən bir film idi. Ancaq filmlərimiz İtaliya, Roma filmləri ilə müqayisə oluna bilməz. Onlara milyard dollarla vəsait buraxılır.

Turanə İbrahimi







5 Dekabr, 2013  16:14 Baxılıb: 2060 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner