Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Jalə Əliyeva: “O uşaqların beynindən, ürəklərindən istifadə olunmamalıdır” - MÜSAHİBƏ

Bəzi verilişlərlərdə zorakılıq xarakterli hadisələrlə bağlı müzakirələrə uşaqların çıxarılması cəmiyyətdə birmənalı qarşılanmır. Hətta buna etiraz olaraq bəzi QHT-lər imzatoplama kampaniyasına başlayıblar və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edəcəklərini bəyan ediblər.
Simsar.az Milli Məclisin Mədəniyyət komissiyasının üzvü, millət vəkili Jalə Əliyevadan mövzu ilə bağlı müsahibə alıb. Müsahibəni təqdim edirik:


- Jalə xanım, son dövrlər bəzi verilişlərdə zorakılıq xarakterli hadisələrə uşaqların da qarışdırılması geniş vüsət alıb. Uşaqların hüquqları ilə məşul olan QHT-lər bundan narahatdır. Məsələ ilə bağlı sizin mövqeyinizi eşitmək maraqlı olardı.

- Məsələdən xəbərdaram. Ayrı-ayrılıqda verlişlərə fikir bildirmək istəməzdim. Onu deyə bilərəm ki, hər şeyin ifratı, ikrah hissi yaradır. Bu verilişlər böyüklər üçün nəzərdə tutulan bir verlişdi. Burda insan taleyindən söhbət gedir. Uşaq da bir insandı və təbii ki, bu problemlərin içində uşaq da var. Onu valideyinlərindən ayırmaq və yaxud valideynlərin həyatında baş verən hadisələr – boşanmalar, dava-dalaş və.s uşağın psixologiyasına birbaşa təsir edir. Bu tipli verilişlərin strukturu elədir ki, uşağın taleyini açmaq üçün mütləq uşaq ortalığa gəlməlidir. Bu məsələyə uşaq hüquqları baxımından yanaşanlar bundan narahatdır. Bunda müəyyən qədər haqlıdırlar. Düşünürəm ki, bunu, daha yüngül formada, uşağın psixologiyasına, cəmiyyətdəki mövqeyinə təsir göstərmədən etmək lazımdır. Bundan sonra bəlkə də, uşağı vizual şəkildə bu verilişlərə qatmaq olar. Nəinki uşağın psixologiyasına təsir edəcək şəkildə. İddialı, gərgin auditoriya psixoloji baxımdan uşaq üçün xoş deyil. Hətta nəzərə alın ki, onu miliyonlarla tamaşaçının qarşısına çıxarırsız. Amma bir daha qeyd edim ki, hər verilişin öz strukturu var. Fikrimiz ondan ibarət ola bilər ki,zorakılıq səpkili hadisələr olan verilişlərdə uşaqların geniş ictimayyətdən təması azaldılsın.

- Valideynlərdən biri tərəfindən tərk olunmuş uşağın, digəri tərəfindən efirə çıxarılması düzgündürmü?

- Uşaq müəyyən yaşa qədər öz hüquqlarını qoruya bilmir. “Onun mən çıxmıram, çıxış etməyəcəm” – kimi bir fikri ola bilməz. Amma hər halda o uşaq tək deyil. Onun yanında öz valideyni yoxdursa, valideyn kimi onu himayə edən insanlar olur. Bəzən internat məktələrindən də verilişlərə uşaq dəvət edirlər. İlk növbədə o uşağın verilişlərə çıxıb-çıxmamasına onun yanındakı böyüklər verməlidirlər.

- Uşaqların bu cür verilişlərdə efirə çıxarılmasına qarşı çıxmaq lazımdı, ya yox?

- Uşaq psixologiyası ilə manipulyasiya edilməsinin tərəfdarı deyiləm. Hətta verilişlərin birində bunu valideynə qəbahət tutdum. Çünki hiss olunurdu ki, valideynlər bir-birindən nələrsə əldə etmək üçün uşağı öyrədiblər. Mümkün deyil ki, 12 yaşlı uşaq o fikirləri desin. Biz çox vaxt belə hallarda verilişi hazırlayanları günahlandırmaqla işi bitmiş hesab edirik. Amma unutmamalıyıq ki, ilk növbədə həmin uşağı lazımsız istiqamətə yönəldən valideyn günahkardır.

- Bəs bu proses qanunla tənzim olunur?

- Təbii ki, qanunlar var. Qanunlarla idarə edilən bir ölkəyik. Qanunlar alidi, amma elə məsələlər var ki, orada cəmiyyətin fikri mühüm rol oynayır. Bu cür hadisələrdə cəmiyyətin münasibəti önəmli olmalı, hadisəyə cəmiyyətdən sosial sifariş gəlməlidi. Ancaq gəlin qəbul edək ki, bu gün insan talelərini əks etdirən verilişlər cəmiyyətin əsas maraq dairəsinə çevrilib. Gəlin düzünü danışaq: Hər addımda bu verilişlərdən danışan, onu təhlil edən insanlarla qarşılaşırıq. Bu da o deməkdir ki, biz hələ bununla bağlı hər hansı bir qanunu qəbul etməyə hazır deyilik. Çünki qanunun qəbul olunması həmin dəqiqə nəyinsə dəyişəcəyinə zəmanət vermir. Ona görə də, ilk növbədə cəmiyyətdə maarifləndirmə aparmaq lazımdır. Əhali maarifləndirilməlidir ki, uşaqlar psixologiyalarına mənfi təsir edən verilişlərə çıxarılmasın. Prosesi daha yaxşı istiqamətdə aparmaq lazımdı. O uşaqların beynindən, ürəklərindən istifadə olunmamalıdır.

- Musa Qasımov da Milli Məclisdə uşaq televizyasından danışdı. Sizcə bu cür verilişlər maarifləndirmədə mühüm rol oynayacaq?

- Dəqiq deyə bilmərəm ki, tam yeni bir televiziya açılacaq. Ancaq hər hansı bir televizya kanalının da bu sahəyə daha çox üstünlük verməsi şəklində ola bilər. Amma bu məsələ hər halda gec-tez öz həllini tapmalıdı. Yəni, bir şəkildə o mənfi tentensiyalardan, istiqamətlərdən uşaqlarımızı geri çəkməliyik. Uşaqları daha yaxşı, daha humanist, daha müsbət yönlərə istiqamətləndirmək lazımdır. Unutmayaq ki, uşaq psixologiyası hələ formalaşmayıb və mən onu ağappaq bir kağıza bənzədərdim. Ağ rəng də çirki, ləkəni tez götürür. Ümumilikdə uşaqlarımızı, pisi yox, ilk növbədə yaxşını görmək üçün düzgün istiqamətləndirməliyik. Bu gün internet evlərə qədər girib. Orda uşaqlara aid olmayan o qədər şey var ki. Deməli, biz öz uşaqlarımızı mətbuatdan və internetdən qorumalıyıq?! Yox əksinə, onları düzgün istiqamətləndirsək heç bir problem olmaz. Buna görə, uşaqlara düzgün həyat tərzini və insanlığı təbliğ edən verilişlərə çox ehtiyac var. Uşaq televiziyasının yaradılması da onların maariflənməsinə öz müsbət təsirini göstərə bilər. Deməli, uşaqlarımızı qorumalıyıq.

Aynur Bayramova








13 Noyabr, 2013  14:59 Baxılıb: 3285 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner