Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zərnigar Ağakişiyeva: “ Hər bir sənətkar bunun üçün darıxa bilər”- MÜSAHİBƏ- FOTO

Bu gün Azərbaycan teatr və kinosuna bir-birindən əvəzsiz rollar bəxş edən aktrisa Zərnigar Ağakişiyevanın doğum günüdür. Bir çox unudulmaz rollarla tamaşaçıları düşündürən, güldürən aktrisa bu gün səhnəmizdə yoxdu. Səhnə, tamaşaçı alqışları üçün darıxan Zərnigar xanım artıq səhnənin gənclərə verilməli olduğunu deyir.
Həyatını səhnəyə həsr edən gözəl xanım, artıq özü üçün yaşamaq istəyir. Söhbətə Zərnigar xanımı doğum günü münasibəti ilə təbrik edərək başladıq...


-Salam, Zərnigar xanım, təbrik edirik...

-Çox sağ olun

-Zərnigar xanım mətbuatda doğum tarixiniz 6 noyabr kimi təqdim olunub. Bu sizi narahat etmir?
-Özləri bilər.Ağakişiyevanı necə Atakişiyeva ediblər bunu da o cür ediblər. Yəqin məni çox sevdiklərindən 7-ni gözləyə bilməyib 6-dan təbrik edirlər ad günümü.
-Daha çox teatr üçün yaşamısız...amma bu gün nə, teatr nə də filmlərdə varsız..
-Bu gün teatra getmirəm, tamaşaçı ilə səhnədən ünsiyyət saxlamıram. Amma bu o demək deyil ki, hər şey bitib. Həyatımı insanların ruhunu, qəlbini sevindirməyə həsr etmişəm. Mənim həyatımın mənası, ən dəyərli anları olub. Bu yolu seçdiyimə görə peşman deyiləm, əksinə sevinirəm ki, Allah mənə məhz bu yolu nəsib edib. Əlbəttə, teatra ilk dəfə başlayanda ailədə, xüsusən atam tərəfindən narazılıqlar oldu. Sonralar tamaşaçı tərəfindən sevildim, atam və qohumlarım tərəfindən sənətimlə qəbul olundum.

-Teatrdan ayrılmağınızın tək səbəbi səhhətiniz olub ya mövcud şərait?
-İnsanın həyatında bir vaxt gəlib çatır ki, səhhətinlə bağlı, özünə zaman ayırmalı, baxmalısan. Növbə gənclərə çatıb. Onlara da imkan vermək, şərait yaratmaq lazımdır.
-Səhnədən uzaqlaşmaq peşmanlıq yaratmadı?
-Yox. Bu yaşla əlaqəli məsələdir. Qanunda da var 65 yaşa kimi, harada işləyirsən işlə, bu yaşa gəlib çıxanda təqaüdə çıxmalısan. Nəsil dəyişir, məndən sonra gələn elə nəsildir ki, onlar “nənə”ləri də, “ana”ları da oynaya bilərlər. Səhhətim buna imkan vermir, əvvəlki kimi tamaşalarda çıxış edim, tez-tez qastrolda olum.Yaş özünü göstərir, on ildir ki, şəkər xəstəliyi ilə mübarizə aparıram. Bəxtiyar Vahabzadənin “Dar ağacı”nda iki oğul anasını o cür həyəcanla, burulğanlarla, təslim olmamaq vüqarı ilə, şəkərlə mübarizə apararaq o rolda oynamışam. Amma indi bunu istəmirəm, çünki özümdə əvvəlki enerjini hiss eləmirəm.
-Filmlərə, seriallara dəvət alırsız?
– Təkliflər olur, amma səhhətimlə bağlı imtina edirəm. Film çox ağır sahədir. Çəkilişlər, məşqlər çox vaxt aparır, ya şəhərdən kənarda olur. Bilmirsən necə və hansı şəraitdə çəkiləcək, ona görə, istəmirəm. Bu proses mənə çox tanışdır. Film enerji aparan sahədir.
-Dövlət tərəfindən yaşlı aktyorlara göstərilən qayğı sizi qane edir?
-Əlbəttə, razıyam. Başqaları bu haqda nə düşünür bilmirəm. Hər-halda hamı öz adına cavbadehdir. Prezident tərəfindən ev verilib, təqaüd alıram daha nə istəyim?!
– Yerli seriallara baxdıqca köks ötürürsüz?
-Yox elə deməzdim. Heç nə birdən yaranmır. Gedənin yerinə, gələn şəraitə uyğunlaşmalı, sənətin sirrlərinə yiyələnməsi vaxt alan məsələdi. Yeni nəsillərimizdə potensial var, seriallarımız da filmlərimiz də onların sayəsində tədricən istənilən səviyyəyə çatacaq. Adlarını çəkmiyəcəm, axıra qədər izləməyə hövsələm çatmasa da baxıram. Rejissor işi də aktyorların səhnələrini də bəyənirəm. Amma düşünürəm ki, intriqalardan uzaq olmaq lazımdır.
-Gənc aktyorlara nə məsləhət görürsüz?
-Bu sənətə gəlmisənsə, iki yolun var. Ya bu yolda irəliləməli, ya da çəkilməlisən. Aktyor sənəti olduqca ağır, əziyyətlidir. Əsəb keçirirsən, kaprizlər olur. İş prosesində bütün bunlar özünü göstərir, rejissor sənin işindən razı qalmaya bilər. Amma insan istədiyi nöqtəyə çatana qədər səbr etməlidir.Gənc aktyorlara əsas məsləhətim mübahisələrdən, söz-söhbətdən bacardığı qədər qaçmağı məsləhət bilirəm.
-Teatra gedirsiz?
-Hə. Hərdən vaxt tapdıqca, Rus dram teatrına gedirəm...
-Bəs Azərbaycan Milli Dram teatrına?
-Yox. Hələlik darıxmıram. İstəyim olsa, yolumu kəsən yoxdur. Mən teatrdan çıxandan sonra müdiriyyət bildirdi ki: “hər tamaşada bir yer onundur, gələ bilər, baxa bilər”. İstədiyim məqam hələ yoxdur...
- Alqışlar üçün də darıxmırsız?
-İllərlə səhnədə böyük kütlə qarşısında çıxış edən, hər bir sənətkar darıxa bilər. Təbiətdən zövq almaq məqsədilə, tez-tez gəzirəm. Şəhərimiz də çox gözəlləşib və gəzərkən zövq alıram. Həmin o baxışlar mənim üçün alqışdır.İnsanların ürəklərindəki, gözlərindəki sevgi dolu baxışlarından hiss edirəm.
-Pərəstişkarlarınız çoxdu ?
-Hə, bu məni sevindirir. Şəkil çəkdirən söhbət eliyənlər olur. Bir sənətkar üçün bundan artıq xoşbəxtlik ola bilməz.


Aysel Kərimova






7 Noyabr, 2013  10:56 Baxılıb: 2794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner