Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Talassemiya Mərkəzinin direktoru: “Sümük iliyinin nəqli riskli əməliyyatdır” - MÜSAHİBƏ

2013-cü ilin axırı sümük iliyi transplantasiyasının həyata keçirilməsi üçün hazırlıq işləri başa çatacaq

Artıq uzun müddətdir ki, Azərbaycanda sümük iliyi nəqli əməliyyyatı üçün hazırlıq işləri aparılır. Bu xəstəliyə düçar olanlar qanköçürmədən əziyyət çəkənlər, ana bətnində olarkən bu xəstəliyin daşıyıcısı olanlardır. Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev ilk dəfə olaraq Azərbaycanda və Respublikanın Talassemiya mərkəzində reallaşacaq “sümük iliyi nəqli əməliyyatı”ndan danışdı.

- Əməliyyatın reallaşmasında ölkəmiz hansı ölkələrin təcrübəsindən yararlanmalı olacaq?

- Sümük iliyi nəqlinin transplantasiyası Almaniyada, İtaliyada, Türkiyədə, Belarusiyada həyata keçirilib və hazırda da davam etdirilir. “Sümük iliyi nəqli”nin həyata keçirilməsində məqsəd qanköçürmədən əziyyət çəkən talassemiya xəstələrinin bu xəstəlikdən və onun fəsadlarından azad olunmasıdır. Talassemiya mərkəzi sümük iliyi transplantasiyasının həyata keçirilməsində Belarusiya və Türkiyənin təcrübəsindən yararlanacağıq. Bu sahədə mütəxəssislərimiz Türkiyə və Belarusiyaya ezamiyyət olunublar.

- Mərkəzdən neçə mütəxəssis təcrübə üçün xarici ölkələrə göndərilib?

- Mərkəzimizin 10 mütəxəssisi Belarusiyanın Minsk şəhərindəki Sümük İliyi Nəqli Transplantasiya Mərkəzində mart, aprel may aylarında təcrübə keçiblər. Belarusiyaya ezam olunan mütəxəssislərimiz transplantasiyadan əvvəlki və sonrakı dövrdə labarotor müayinələri öyrəniblər. Bura donor və resepient cütlüklərinin müəyyənləşməsi üçün genetik tipləşdirməni transplantasiya zamanı ümumi keyləşdirmənin və reanimasyon tədbirlərin özəlikləri daxildir. Həmçinin mütəxəssislərimiz sümük iliyinin klinik protokollar üzrə transplantasiyasının və transplantasiyadan sonrakı dövrdə immun sistemi (müqavimət) dəfedilmiş xəstələrə qulluğun özəlliklərini mənimsəyiblər.

- Azərbaycanda keçiriləcək əməliyyatın vaxtı müəyyənləşdirilib?

- Sümük iliyi nəqlinin transplantasiyası olduqca məsuliyyətli və riskli əməliyyatdır. Ümumiyyətlə, ölkədə sümük iliyi transplantasiyasının hazırlıq işləri davam edir. 2013-cü ilin axırı sümük iliyi transplantasiyasının həyat keçirilməsi üçün hazırlıq işləri başa çatacaq.

- Əməliyyat öz həkimlərimiz tərəfindən aparılacaq?

- Mütəxəssislərimiz tərəfindən Respublika Talassemiya Mərkəzində həyat keçiriləcək ilk əməliyyat
Belarusiya həmkarları ilə birgə reallaşacaq. Təbii ki, sonradan illərlə bu sahədə keçiriləcək əməliyyatlar mərkəzimizin öz həkimləri tərəfindən həyata keçiriləcək.

- Özünüz də vurğuladığınız kimi sümük iliyi trnsplantasiyası olduqca riskli əməliyyatdır. Yəqin ki, əməliyyatda siz də iştirak edəcəksiz?

- Əməliyyat mənim rəhbərliyim altında Talsassemiya Mərkəzinin və Belarusiya cəırrahlarının birgə fəaliyyəti ilə reallaşacaq.

Aysel Kərimova






3 Oktyabr, 2013  10:05 Baxılıb: 7831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner