Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elməddin Cəfərov: “Lazım deyil, mənimki itlərlə tutmur”

.

Diqqət! Diqqət! Simsar.az-ın səyyar diktafon və mikrofonları önündə bu dəfə Elməddin Cəfərovdur. “Bacanaqlar” serialının “gözüaçıq” bacanağı “Dodaq qaçdı” rubrikasının qonağıdır.

Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
- Büdrədiyim anlar çox olub, şükür yıxılmamışam. Hər dəfə büdrəyəndə daha möhkəm addımlar atmağa başlamışam.

Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?
- Gözəl şeylər görürəm, görməyi bacarıram. O yaşa çatmışam ki artıq baxdıqda hər şeyin pis tərəfini deyil yaxşı tərəfini görməyə çalışıram.

Sual 3. İnsanlarda usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?
- Elməddinlə çox söhbət edirik. Yalnışlarımı, doğrularımı götür qoy edirik. Fikirləşirik ki, necə etsəm fərqli olar.

Sual 4. Xoşbəxtsiniz deyilmi?
- Elməddin olaraq çox xoşbəxtəm. Gedib diskotekada oynamadığıma görə xoşbəxtəm. Orada elə bil hamının içinə cin girib, hamı başını itirib.

Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?
- Hətta bilsəm ki xoşbəxtlik itin hürdüyü tərəfdədir yenə getmərəm. İtdən qorxuram, lazım deyil, mənimki itlərlə tutmur. Elə bil itlər də bilir ki, mən onlardan qorxuram. Bir milyon adam olsa mənim üstümə cumur.

Sual 6. Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?
- Nə yağışı anladanlar, nə də yağış kimi yağanlar çox olub. Bir mərhələ olur ki, o normal bir şeydir. Onda həmin yağış mənə peşmanlıq verib. Sonra tərk etmişəm ki, qadan alım həyatıma yağış lazım deyil. Mənə yağışlı yox, günəşli sərin hava lazımdır.

Sual 7. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?
- Fərqində deyiləm. Düşünmürəm ki, kədərimə kimsə sevinə bilər. Çünki Allah şahiddir ki, mən heç kimin kədərinə sevinmərəm.

Sual 8. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?
- Qətiyyən. Ən sevmədiyim şeylərdən biri də gecənin qaranlığında tək olmaqdır. Mərdlik filan bir yerə qədərdir. Sonra adam qorxur. Ağıla çox şeylər gəlir. Elə bil adamın ruhu qorxmağa başlayır. Qaranlıqdır, yıxıl yat da.

Sual 9. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?
- Mən bu günümlə yaşayan biriyəm. Keçmiş mənimçün heç nə ifadə eləmir. Bu gündən də ki razıyam.
Ona görə evdə kaset filan saxlamıram. Köhnə kasetlərdəki yazıların üstünə futbol oyunlarını yazıram. Heç onlara da baxmıram.

Sual 10. Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı yeri var?
- Riyaziyyatdan əla olmamışam, normal biliyim var. Amma gördüyüm işləri hesabla etmirəm. Ümumiyyətlə, nə qədər ziyan etdiyimi hesablamıram. Çalışdığım odur ki, kiminsə haqqı məndə qalmasın.

Sual 11. Təkamülün nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?
- Darvindən soruşsaydıq bəlkə o da Allahın təkliyini qəbul edərdi. Bu günə kimi heç bir meymun insana dönməyib. Dönübsə, indi də dönsün. Darvin filan kimlərinsə qurmasıdır, fantaziyasıdır.

Sual 12. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?
- Dənizəm yox, dənizdənəm deməyə haqqı var. Dənizə düşən kimi dəniz olur? Mənim olan heç nə yoxdur belə baxanda. Hər şey Allahın mənə verdiklərindən ibarətdir.

Sual 13. Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?
- Bəzən elə qızlar görürsən ki, üzündə-gözündə heç bir eyib tapmırsan. Amma əxlaqı yoxdur. Baxırsan ki, onun özünü xilas etmək lazımdır. O dünyanı necə xilas edəcək?!

Sual 14. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?
- Gəlib, tapıb, gedib. Bir də qətiyyən gənc olmaq istəməzdim. Yenə gənc olsam indiki Elməddin olmasam nə edəcəm?! Ona görə də gəncliyimə gələcəyimi qurban vermək fikrim yoxdur.

Sual 15. Əsrə bərabər gününüz olub?
- Olub. Allah o günü bir də yaşatmasın. Mən həmin gün ölüb dirilmişəm. Birində özüm ölüb dirilmişəm. Birində də qardaşım ağır xəstə idi. Halını soruşmaq üçün zəng elədim. Onda da bir az maddi vəziyyət məni dəyişdirmişdi. Mənə, verdiyim sualın qarşılığında “şükür Allaha” dedi. Mən onda nə yaşadım, bir Allah bilir. Həmin günlər mənimçün əsrə bərabərdir.

Sual 16. Şirin Şirin günlərin acı-acı həsrətini çəkmisiniz?
- Hiss etmişəm. Ancaq bir də heç nəyi yenidən yaşamaq istəmirəm. Məsələn, dünyaya ikinci dəfə gəlmək istəməzdim(gülür).

Sual 17. Gələcək necə gələcək?
- Gələcək bəlkə gəlməyəcək, işi çıxacaq. Yaxşı gələr yəqin ki. Yox, mütləq yaxşı gələcək.

Sual 18. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?
- Bəzi şeylər mənə məxsusdur. Mən Facebooka girmirəm ki, heç nə paylaşmayım. İndi deyirsiz sizə deyim, siz də bütün oxuculara yayasız?!

Sual 19. Sonun başlanğıcına inanırsınız?
- Doğurdan da sonun başlanğıcı var. Bəzən gözlənilmədən son hesab elədiyin şey yenidən başlayır. Bəzən isə başladı bildiklərin bir anda başa çatır. Ona görə də sonun başlanğıcı, başlanğıcın da sonu var.

Sual 20. Suallarımız sizi sıxmadı?
- Cavablarım sizi sıxmadı?! (gülür)

Ülviyyə Cövdətqızı






25 Sentyabr, 2013  10:07 Baxılıb: 2587 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner