Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Anar Soltanov: “Güldürməyə deyil, düşündürməyə çalışırıq” – FOTOSESSİYA

.

“Planet Parni iz Baku”nun davamçıları 10 ildən sonra yenidən Şən Hazırcavablar Klubu (ŞHK) kimi fəaliyyətə başlayıb. Komanda heyəti özünəməxsus yumoru ilə müxtəlif ölkələrdə Azərbaycanı tanıtmaqla məşğuldu. ŞHK-nın rəhbəri Anar Soltanovla komandanın bu günə qədərki fəaliyyəti ilə bağlı söhbət etdik. Elə ilk sualımda komanda olaraq, səhnəyə nə vaxtdan gəlmələri oldu.

- Hər şey 1998-ci ildə başladı. Onda biz Bakı Dövlət Universitetinin tələbələri idik. Mexanika və riyaziyyat fakültəsində oxuyurduq və universitetlər arası çempionatlarda iştiraklar edirdik. Elə oldu ki, 1999-cu ildə birinci dəfə komanda KVN BDU adı altında çıxış etdi. Soçi şəhərinə 13-cü Beynəlxalq festivala dəvət aldıq. Gənc komanda kimi özümüzü sınadıq, 400-dən çox komanda var idi. MDB üzrə Rusiya, Ukrayna, Belarusiya universitetlərinin komandaları iştirak edirdi. Orada çıxış edərək, yavaş-yavaş biz də liqalara dəvət aldıq. 1 ildən sonra biz yenidən Soçi şəhərində keçirilən Beynəlxalq festivala dəvət aldıq. Festival Rusiya Federasiyasının birinci kanalı tərəfindən təşkil olunmuşdu. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrrəmov o vaxt bizə çox kömək edirdi. Universiteti bitirməmişdən əvvəl, 2002-ci ildə yanvarın 6-da möhtəşəm konsert keçidik. Tiflis Dövlət Universitetindən də qonaqlar gəlmişdi. Universiteti bitirdik. Sonra hər şey yarımçıq qaldı.Əvvəlki, komandanın heyəti dəyişsə də, əsas idarəedicilər dəyişmədi. Hazırda komandanın direktoru Fərid Abbasovdur. Rəşad Əzizov, İlkin Məmmədov da köhnə komandadan qalanlardı. Komandanın dağılmasının üstündən 10 il keçdi, böyük bir ara yarandı.“Bakılı oğlanlar”ın qalibiyyətindən sonra Azərbaycanda Şən Hazırcavablar Klubuna maraq çox artdı. 10 il sonra noyabrın 8-i dünyada KVN-in yaranmasının 50 illiyi idi. O vaxtkı komandanın uşaqları ilə yığışdıq. Qərara gəldik ki, bu komandanı yenidən dirçəldək. 10 il keçdikdən sonra yenidən beynəlxalq festivalda Bakını təmsil etdik. Soçi şəhərindəki çıxışımız bizi ruhlandırdı, bundan sonra Krasnodar liqasına vəsiqə qazandıq. Çıxışlarımızla finala kimi gəldik. Ancaq təcrübəmizin az olması, özünü göstərdi.

- Komandanız neçə nəfərdən ibarətdi, iş prinsipiniz necədir?

- Ümumi şəkildə yığmanın əsas komandasında 20-25 nəfər var. Lakin beynəlxalq yarışlarda 15-20 nəfər iştirak edir. Biz komanda şəklində işləyirik, müəlliflər 10-15 gün müddətində mövzu müəyyənləşdirir. Ssenarini qurur, bizə təqdim edir. Komanda əvvəlcə ayrı-ayrılıqda çalışır, sonradan birlikdə işlərini birləşdirir. Rusiyanın birinci kanalında məhdudiyyət qoyulmur, ancaq seçimdə bunlara fikir verilir. Bizdə yaş həddinə fikir verilir.
Çalışırıq ki, komandaya yaş həddi qoyaq, çünki yaş öz sözünü deyir. Yaş həddi bizdə yazılmamış qanun kimidi. Belə bir qayda yoxdu, ancaq riayət olunur. Qızların da yarışlara marağının artması sevindirici haldır. Qərb Universitetindən, Bakı Dövlət Universitetindən, Xarici Dillər Universitetindən, Tibb Universitetindən çoxlu xanımlar müraciət edir.

- Əvvəlki komanda ilə indiki arasındakı fərq nədir?

- İndi hər ilin əvvəlində mövzu qoyulur, o mövzunu hər komanda bir cür işləyir. İndi gənclər səhnədə çox dinamikdi. Elə olur ki, hər şey bir nəfərin üzərində qurulur, komanda da 10-15 nəfər birləşib, bir performans göstərirlər. Əvvəl hər komanda üzvlərinin üzərində yük vardı, indi başqa cürdü. Ssenari mövzularında da dəyişikliklər var. İnsanlar əvvəlki şeylərə gülmürlər, indi kimisə maraqlandırmaq, gülüş oyatmaq çətin məsələdi. Biz yalnız kimisə güldürmək üçün deyil, düşündürməyə çalışırıq. Biz keçən il aprelin 19-da Dövlət Neft şirkətinin və Təhsil Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında universitetlər arasında festival keçirdik. Festivalda 14 universitet iştirak etdi, Sumqayıt yığması birinci yerə çıxdı, çempion oldu.

- Əsas nəyə üstünlük verirsiz?

- Gülüş, artistlik, şirinlik olmalıdı. Bizə qarşı məhəbbət çoxdu, biz də çalışırıq ki, respublikamızı lazımınca təmsil edək.

- Bu yaxınlarda beynəlxalq turnirləriniz olacaq?

- İnşaallah, oktyabr ayına planlaşdırılır. Bununla bağlı dəqiq məlumat verə bilməyəcəm. Oktyabrın axırı, noyabrın əvvəlində, ikinci respublika çempioanatı keçirməyi düşünürük. Universitetlər, məktəblər arasında keçirilən yarışlarda da ana dilimizə üstünlük verməyə çalışacağıq. Paytaxtdan kənarda, digər şəhərlərdə də çıxışlar gözlənilir.

- Yeni yarışlardan hansı uğurları gözləyirsiz?

- Azərbaycan komandasının əsas uğuru, 10 il ərzində açdığı boşluğu doldurmaqdır. Azərbaycan bayrağını həmişə yüksəltməyə çalışırıq!

Turanə Zeynallı

 






21 Sentyabr, 2013  11:04 Baxılıb: 1670 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner