Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Arif Məlikov: “Dünyada əsərləri ən çox səslənən bəstəkarlardanam”

Bu gün Azərbaycanın məşhur bəstəkarı, xalq artisti, professor Arif Məlikovun doğum günüdür.

1933-cü il sentyabrın 13-də Bakıda anadan olan dahi bəstəkar beynəlxalq səhnə arenasında bir sıra məşhur baletlərin ("Məhəbbət əfsanəsi", "Əlibaba və qırx quldur”, "İki ürək dastanı”, "Yusif və Züleyxa"), simfonik əsərlərin ("Simfonik nağıl", "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani"), "Dalğalar" operettasının və 30 qədər filmin musiqi müəllifidir.
80 yaşı tamam olan dahi bəstəkardan aldığımız müsahibəni təqdim edirik.

- Arif müəllim, öncə 80 yaşınızın tamam olması münasibəti ilə sizi təbrik edirik. Necə keçirəcəksiz ad gününüzü?
- Ad günümü keçirməyəcəm. Çünki yuxarıdan rəsmi olaraq xahiş ediblər ki, rəsmi qaydada 80 illiyimin keçirilməsi üçün bir ay gözləyim. Ancaq nə vaxt keçirəcəklərini deməyiblər.
- Bəs evdə necə, ailə uşaqla ad gününüzü qeyd edəcəksiz?
- Xeyr, keçirməyəcəyik.
- Ümumiyyətlə ad günü keçirmirsiz, yoxsa bu dəfə keçirməyəcəksiz?
- Keçirdiyim illər də olub, keçirmədiyim də. Əgər rəsmi qaydada keçirmişəmsə, onu başqa bir uğurla bir-birinə calamışam.
- Ömrünüzün 80-ci ilinə qədəm qoyursuz. Yaradıcılığınız müddətində Azərbaycan musiqisinin dünya arenasına çıxmasında əvəzsiz rolunuz olub...
- Çünki daim işlə məşğul olmuşam. İstər Bakıda, istərsə başqa ölkələrdə də daim əsərlərim nümayiş olunur. Bu gün Ukraynayla iş aparırsan, bir həftədən sonra başqa bir ölkədə primera verirsən. Bu konsertlərdən sonra bir də görürsüz arada fasilə olur. Ümumiyyətlə, bu iş prosesidi və çox vaxt teatrdan asılıdı. Hansısa teatr sənin tamaşalarını səhnəyə qoyur, simfonik orkestrdə sənin əsərin çalınır. Bax bu başqa aləmdi. Onlarla ünsiyyət qururam. Çox vaxt özüm həmin konsertlərdə iştirak edə bilməsəm də, onların gerçəkləşməsinə şad oluram. Ona görə ki, haradasa böyük və müasir bir orkestr Çexiyada, Ruminyada, Fransada, Almanyada, Amerikada sənin əsərlərin səsləndirir. Azərbaycan musiqisi adımızla bir çox ölkələri gəzir. Bu gün Azərbaycan musiqisinin dünya arenasına çıxmasına böyük ehtiyac var. Bu cəhətdən fəxrlə deyə bilərəm ki, “Məhəbbət əfsanəsi”nin dünyanın 60-dan çox teatrında premyerası olub.
- Hazırda hansı işlə məşğulsuz?
- İki kitab var hansı ki, özüm nəşr etdirirəm. Başım qarışıq oldu, ona görə bir az yubandı. Bu yaxınlarda yeni kitablarımın çıxmasını gözləyirəm. Oturub televizora baxmaqla vaxtı boş keçirmək olmaz.
- Yaxın vaxtlarda ölkəmizdə konsert verməyi planlaşdırırsız?
- Təbii ki, bəstəkarın işi musiqi yazmaqdı. Hazırlaşıram, flarmoniyada simfonik konsert keçirəcəm. Bir gecədə dörd simfoniya ifa edəcəm. Bu gün dünyada ifaya layiq olan böyük əsərlər yazan bəstəkarlar çox azdı. Təəssüf ki, Azərbaycanda, demək olar yoxdu. Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Soltan Hacıbəyov dünyalarını dəyişdikdən sonra bu boşluqları doldurmaq asan məsələ deyil.
- Böyük bir sevgi, məhəbbət yaşamayan insanın “Məhəbbət əfsanəsi”ni yaratması mümkündür?
- Daim məhəbbətlə yaşamışam. Həm sənət, həm də məhəbbət baxımdan xoşbəxt adamam. Şükür, övladlarım, nəvəm gözümün qabağında böyüyürlər. Sənətə gəldikdə, dünyanın yarısını gəzmişəm. Brazilyada, Yaponiyada, Tailandda, Rusiyada, Fransada və sair ölkələrin musiqi arenalarında əsərlərim səslənib. Xaricdə böyük əsəri səhnəyə qoymağın özü problemdi. Bəstəkarın yaradıcılığına böyük sevigi olmalıdı ki, orkestrlər təmənasız əsərlərini çalsın. 1961-ci ildən Sankt-Petrburqun Marinski teatrının səhnəsində “Məhəbbət əfsanəsi” əsərinin musiqisi gedir. Bununla Azərbaycan fəxr etməlidi.
- Bu gün ölkəmizdə daha çox dinlənilən bayağı musiqilərə münasibətiniz necədi?
- Bunlar necə gəlib, elə də gedəcəklər. Bayağı mahnı ömürlük yaşaya bilməz. Kimin bir az musiqidən, mahnıdan başı çıxır, o sahəyə meyillənir. Niyə?! Çünki mahnı janırına yol tapmaq asandı. Kim bir az bacarır, bir iki dəfə efirdə oxuyur, sonra da yaddan çıxır, unudulur. Azərbaycan musiqisində Səid Rüstəmovun, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Emin Sabitoğlunu gözəl mahnıları vardı...
- Bu gün Arif müəllimin çalışdığı sahədə özü kimi yaradıcı nəsil yetşirmi?
- Konservatoriyada bəstəkarlıq kafedrasında çalışıram. Biz istedadlı gəncləri hazırlayırıq. Gənclər arasında Azərbaycanın gələcəyi olacaq çox istedadlar var. Bu gün Azərbaycanın yetişdirdiyi, şəxsən mənim də üzərlərində əməyim olan tələbələrimiz Almaniyada, İtaiyada, Türkiyədə işləyirlər. Həm vətənimizə xidmət edir, həm də ölkəmizin musiqisini dünyaya tanıdırlar. Fəxr edirəm ki, dünya bəstəkarları içində ən çox səslənən bəstəkarlardan biriyəm
- Arif müəllim insan 80 yaşında da gəncliyindəki kimi sevir?
- 80 yaşında olmağın fərqi yoxdu. Bu yaşda da insan gözəllik gördükdə gözləri “yanır”. İstər bu gözəl qadın olsun, istər təbiət gözəlliyi. İnsan bunları qarşılamağı bacarmalıdı
- Bəs kimdən ötrüsə darıxdığınız vaxtlar olub?
- Allahın köməkliyi ilə indiyədək məni darixmağa qoymayıblar. Bayaq bildirdiyim kimi, darıxmağa vaxt da tapmıram (gülür).

Elmar Hüseynov







13 Sentyabr, 2013  10:03 Baxılıb: 2585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner