Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

COŞQUN VİLƏŞ: «MİLLİ ŞURA ELƏ QURUMDU Kİ...» - MÜSAHİBƏ - FOTOSESSİYA

.

Müsahibimiz “son vaxtlar baş verənlərlə o qədər də maraqlanmıram” - desə də müsahibə zamanı çox məlumatlı olduğu üzə çıxdı. Şou-biznesdə olsa da bu sahədə baş verən xəbərlərin 99,9 faizinə inanmır. İdmana daha çox marağı olan, hadisələrə özünəməxsus şərhlər verən Coşqun Viləş “Xəbərin var?” rubrikasının qonağıdır.

- Ölkədə və dünyada baş verən hadisələrlə maraqlanırsız?
- Əslində 1 il bundan öncə daha çox maraqlanırdım amma son vaxtlar o qədər də yox. Baş verənlərdən az da olsa məlumatım var.
- Səbəb nədi?
- Çünki hər şey oyundu, quramadır. Bu oyuna alət olan insanlar, dövlətlər, şəxslər var. Məzlum insanların başlarına oyun açan insanlar var. Bütün bunlara baxdıqca adam ürək ağrısı keçirir. Bu mənə də ürək ağrısı verir.
- Sizcə siyasət nədir?
- Siyasət oyun deməkdi.
- Qarşıdan prezident seçkiləri gəlir. Prezidentliyə neçə nəfərin namizədliyinin təsdiq olunduğunu bilirsiz?
- Sözün açığı, bilmirəm. Bir namizəd bilirəm, o da İlham Əliyevdi. Digər namizədlərlə tanışlığım yoxdu. Onlar hqqında heç oxumamışam, rastıma da çıxmayıb.
- Rüstəm İbrahimbəyov haqqında eşitmisiz?
- Hqqında eşitmişəm. Amma ona inanmıram.
- Rejissorun siyasətdə olmağına necə baxırsız?
- Əslində hər kəs siyasətdə ola bilər. Öz üzərində işləsə nəinki siyasətdə, istənilən bir işdə ola bilər. Amma rejissorun siyasətə gəlməsi də məncə bir oyundu. Mən buna yaxşı baxmıram. Çünki siyasətçinin siyasətçi, dövlət xadiminin dövlət xadimi, musiqiçinin də musiqiçi yeri var. Mədəniyyət sahəsinin adamı deputat ola bilər. Bu zaman bu sahənin inkişafına çalışar. Çünki ən azından o sektordan məlumatı var.
- Milli şura haqqında eşitmisiz?
- Milli Şura elə qurumdu ki, kim necə istəyirsə, ona necə sərf edirsə o cürdə ondan istifadə edir. Bu yalnız həmin qurumun adıdı.
- Orada təmsil olan partiyalardan xəbəriniz var?
- O dərəcədə məlumatım yoxdu.
- Son vaxtlar ölkədə baş verən hansı hadisə sizin diqqətinizi daha çox cəlb etdi?

- Son vaxtlar ölkədə o dərəcədə ciddi bir şey baş verməyib. Sadəcə açılışlar, pensiyaların qaldırılması var, Bir də son vaxtlarda mətbuatda gəzir ki, Qarabağ məsələsinin həllinə çox az vaxt qaldı
- Qarbağın sülh yolu ilə işğaldan azad olacağına inanırsız?
- Sülh yolu ilə olacağına inanıram, amma bu nəhəng dövlətlərin oyunudu. Onlara sərf edən variant olsa 1 saata bizim torpaqlar boşaldıla bilər
- Bəs Suriyada nə baş verir?
- Bu yaxınlarda Türkiyədə idim. Elə şeylər gördüm ki... O xalqın necə acınacaqlı bir vəziyyətdə olduğunu gördüm. Sadəcə o xalqa, millətə - körpələrə, ana, ataya, bacı, qardaşlara yazığm gəldi. Çünki vəziyyətləri çox pisdi. Kimyəvi silahdan istifadə edilməsi haqqında xəbərləri izlədikdə, çəkilmiş şəkilləri görəndə insanın ürəyi ağrayır. Bəşər Əsədin bir açıqlamasına qulaq asdım. Deyir, Suriya yeganə ölkədi ki, burda başqa ölkələrin nüvə silahları yoxdu. Bununla güya özünü yaxşı çıxartmaq istəyir. Öz xalqını, millətini sevən sülh yoluna getməli idi. Bəlkə də, bir-bir qapılara düşüb, məhlə-məhlə gəzib insanlara başa salmalı idi. İnsanları boş-boşuna qırmaq olmazdı. Türkiyənin özndə bir park məsələsi ortaya atdılar, görürsüz necə sakitciliklə yatırıldı?! Bu Türkiyədə siyasətin nə qədər güclü olmasından xəbər verir. Əlində silahı olmayan insanlara atəş açmağın özü bir günahdı.
- Deyəsən Amerika Suriyanı vurmaq istəyir...
- Bu son vaxtlar ən çox gündəmdə olan xəbərdən biridi.
- Vuracaq?
- Əslində artıq vurub. Suriyadakı münaqişə bundan xəbər verir. Əslində Allah nə qədər zənginlik varsa hamısını müsəlman ölkələrinə verib – istər yeraltı, istər yerüstü. Bu da başqa nəhəng ölkələrə sərf etmir. Nə yazıq ki biz bunun qiymətini bilmirik. Guya Rusiya Suriyanın tərəfini tutur, Amerika əksinədir. Amma ikisi də eyni vaxtda Suriyaya silah satır. Bütün bunlar müsəlman dövlətlərinin yeraltı və yerüstü sərvətlərini ələ keçirtmək üçündü. Tutaq ki, İraqın özünü götürək: orada kim qələbə çaldı? Heç kim. Amma ölkənin bütün sərvətlərini ələ keçirdilər.
- Amerikanın Suriyanı vurması müxalifətin qələbəsi deyil?
- Qələbə olmayacaq. Sadəcə orada qarşılıqlılıq yardılıb başqa ölkələrə nə lazımdısa onu alacaqlar. İraq söhbəti Suriyada davam edəcək.
- Bəs Misirdə nə baş verir?
- Misirdə o qədər qarşıqlıqdı ki... Onu deyə bilərəm: o da eyni variantda bir oyundu. Bunu görməmək kor olmaq deməkdi. Deyirlər ki, guya İran İsraillə düşməndi. Amma tam əksinədi.
- Sizcə Suriyadan sonra növbə kimindi?
- Onu demək çətindi... Məncə ən çox Türkiyənin üzərində dururlar. Gəzi parkı ilə bağlı bu qədər həngamə bunu deməyə əsas verir. Lakin Türkiyəyə o dərəcədə təzyiq göstərə bilmirlər. Çünki Türkiyə çox güclənib hədindən artıq nəhəng dövlətə çevrilib.
- İlham Əliyev dünən Cənub bölgəsinə səfərindən xəbəriniz var?
- Xeyr, izləməmişəm. Sonunca dəfə Saatlı və Sabirabatda ipək yolunun açılışında olmağını izləmişəm. Son vaxtlar Azərbaycanda ənçox gündəmdə olan xəbərlərdən biri “Elektron hökümətə” keçidlə bağlıdı.
- Ümumiyyətlə “Elektron hökumət”in nə olduğundan xəbəriniz var?
-Dəqiq deyə bilməsəm də, onu bilirəm ki, istədiyin vaxt internet vasitəsi ilə şikayətini bildirirsən. Məmurla vətəndaşın üz-üzə gəlmədən, rahat şəkildə evində oturub bütün məsələləri həll etməkdi. Bura hər bir şeyin asanlaşdırılması daxildir. Ölkədə ASAN xidmətlər açılıb ki, Bura həmçinin sürücülük vəsiqəsini dəyişdirilməsi daxildi. İndi bunun üçün 6-7 dəqiqə vaxt lazımdı.
- Son vaxtlar ölkədə kriminal hadisələrin sayı artıb...
- Xəbərim yoxdu.
- Bəs avtoqəzalar niyə bu qədər çoxalıb?
- Səbirsizlikdən. Heç kim heç kimə yol vermir, güzəşt etmir. Sürücülük mədəniyyəti getdikcə aşağı düşür. Avtoqəzaların çoxunu 16, 17 yaşında bahalı maşın sürən uşaqlar törədir. Hətta bu yaxınlarda baş verən qəzanı törədən şəxsin 16 yaşı var idi.
- Ən çox hansı xəbərlərlə maraqlanırsız: şou, mədəniyyət, hadisə?
- Ümumiyyətlə, dünyada baş verən hadisələrlə maraqlanıram. Şou xəbərlər marağım itib. Nə oxuyuram, nə də qulaq asıram. Çünki hər şey saxtadı. Özüm də şounun içində olduğum üçün hər şey deyə bilmərəm. Amma bu sahədə baş verənlərin 99,9 faizi yalandı. Bu təkcə bizim ölkədə deyil, dünyada da bu belədi. Məsələn, bir adamın yeni albomu çıxanda bir qalmaqal fikirləşirlər. Yalan, gerçək onu bütün dünyaya duyururlar. Həmin şəxs hər kəs tərəfindən maraqla izlənməyə başlayır. Bunun yeni bir albomu çıxır, hamı maraqlanır, görüm necədi? Sonra o adamın albomundan yaxşı qazanc götürürlər. Və yaxud filmdən, serialdan. Azərbaycanda da eyni variantdı. İnternetdəki rəyləri oxyub gördüm ki, insanlar belə buna inanmır.
- Bu yaxınlarda Monika Bellucinin həyat yoldaşından boşandı...
- Əslində dünyada da şou xarakterli evlənib boşanmalar var.
- İdmanla maraqlanırsız?
- İdmanı çox sevirəm.
- Super kuboku hansı klubun qaldırdığını bilirsiz?
- Səhv etmirəmsə axırınc dəfə “Çelsi” ilə “Bavariya” oynayırdı. Hesab 2-2 bitdi. Penallaşma oldu.
- Kim qalib gəldi?
- “Bavariya”. Mən bu klubu çox sevirəm.
- Bavariyanın məşqçisi kimdi, hardan gəlib?
- Xosep Qvardiola, “Barselona”dan gəlib.
- Azərbaycandan hansı komandanı “balet” edirsiz?
- Azərbaycanda fanatikcəsinə sevdiyim bir klub yoxdu. Amma Qarabağa “balet” edirdim. Qurban komandanı yaxşı yerə gətirib çıxartmışdı.
- Sonuncu dəfə Bakıda hansı yolun bağlanmasından xəbəriniz var? Buna münasibətiniz necədi?
- Səhv etmirəmsə, Tiblisi prospekti bağlandı. Bakıda günlərlə yollar bağlanır. Belə baxanda yaxşıdı (gülür) Asfalt örtüyü çəkirlər, yaddan çıxır hansısa bir turbanı harasa qoşmayıblar. Sonra bağlıyırlar başlayırlar sökməyə. Heç nə əsəbdən başqa bir şey deyil. Ölkədə inkişaf var bu gözəldi. Bizdə olan inkişaf başqa ölkələrdə yoxdu. Amma bilmirəm nədəndirsə bir işi on dəfə görməyi xoşlayırıq. Bu işi nə vaxt öyrənəcəyik, bilmirəm.
- Dünyanın böyük rezin ördəyi Bakıya gələcəkdi, gəlmədi. Bundan xəbərin var?
- Xeyir, yoxdu.
- Bu günlərdə Azərbyacanın tanınmış 2 aktyorunun doğum günü idi...
- Yaşar Nuriyevin və Siyavuş Aslanın ad günü oldu. Özüm bu barədə facebokumda paylaşmışam. Allah ikisinə də rəhmət etsin.
- Maraqlıdır, bəs hansı xəbəri eşitmək istərdiz?
- Azərbaycan torpaqlarının işğaldan azad edilməsi xəbərini eşitmək istəyirəm. Görəsən bu xəbəri nə vaxtsa eşidə biləcəm?!
-İnşallah tezliklə eşidərik...

Elmar Hüseynov

 






9 Sentyabr, 2013  18:18 Baxılıb: 2262 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner