Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAŞKAL: “XOCALI SOYQIRIMINI DÜNYAYA ÇATDIRMAQ İSTƏDİM”- FOTOSESSİYA

.

Az müddət əvvəl millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Hacı Səbuhi Rəcəbin təsis etdiyi "12 May Group"un təşəbbüsü ilə ölkəmizə gələn sənətçi Başkalla Simsar.az-ın xüsusi müsahibəsini diqqətinizə çatdırırıq. Qeyd edək ki, türk sənətçisi “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində “Birlik və bərabərlik” adlı konsert proqramı ilə Azərbaycanın cəbhə bölgələrində və Bakıda 3 gün konsert proqramı ilə çıxış etmişdi.

- Neçə ildir sənətdəsiz və necə başlamısız?
- 6-7 yaşlarımda ilk dəfə atam mənə saz aldı. Rəhmətlik babam saz çalardı. Ondan gördüyüm sazla rəftarları mənimsəmişdim. Əsgərlikdən sonra konservatoriya həyatım başladı. İstanbul Texniki Universitet, Dövlət Konservatoriyasında oxudum. 2000-ci ildə ilk profesional işim olan “Ah, yalan dünya” adlı albomumu çıxartdım. O gündən bugünə 7 albomum var
- Adətən Türkiyədə daha çox müğənnilər popa yönəlirlər. Siz nə əcəb vətənpərvər, milli, ilahi ruhda mahnılara üstünlük vermisiz?
- Mən öz mədəniyyətimi-türküləri, sadaladığınız tərzdə mahnıları seçdim. Çünki pop musiqisi bizim öz mədəniyyətimiz deyil. Adından göründüyü kimi populyar mahnılardı, yəni çox tez dəbdən düşürlər. Amma bizim Türk sənət musiqimiz, Türk xalq musiqimiz, Azərbaycan klassik mahnıları illərlə özünü qoruyur. Mənim öz mədəniyyətim olduğu üçün mən Türkəm və Türklərə sevdalıyam
- Azərbaycan Türklərindənsiz?
- Bəli, atamın dediyinə görə biz Xorasan aranlarından gəlmişik, yəni Anadoluya Xorasandan köçmüşük. Azərbaycana gəldikdən sonra da özümü azərbaycanlı sayıram.
- Azərbaycan mahnılarına marağınız olduğunu bilirik. Necə yaranıb bu maraq?
- Türk sənətçiləri oxuduqca biz Azərbaycan musiqisini tanımağa başladıq. Onu da qeyd edim ki, konservatoriyada azərbaycanlı müəllimlərimiz vardı. Azərbaycan musiqidə çox irəlidədir. Ümumiyyətlə, Azərbaycanda sənətə və sənətçiyə çox dəyər verirlər. Arzu edirəm ki, Allah mənə də göstərə, mən də Azərbaycanda yaşayım, buranın da sənətçisi olum.
- Xocalı soyqırımına ithaf etdiyiniz “Ah Qarabağ” mahnınız haqda bir az məlumat verərdiz. Nə zaman yarandı?
- 2007-2008-ci illər arası ərsəyə gətirdim bu mahnını. Sonra da klip çəkdirdim. Soyqırımdakı görüntülərdən daha çox əlimdən gəldiyi qədər istifadə edib dünyaya bir daha çatdırmaq istədim bu vəhşiliyi.
- Millət vəkili Qənirə Paşayeva ilə tanışlığınız necə oldu?
- Hörmətli millət vəkilimiz Qənirə Paşayeva Türkiyəyə gələndə tanış olduq. Spartada Türk ocaqlarının proqramına gəlmişdi və o proqramda mənim də çıxışım var idi. Proqramdan sonra söhbət etmək imkanımız oldu. Mən dedim ki, belə bir əsərim var-içimdən gələrək Azərbaycanlı şəhid olmuş qardaşlarımız üçün yazılıb, dinləməyinizi istəyirəm. Sağ olsun, dinlədi. Sonra da Qənirə xanım və Hacı Səbuhi Rəcəbin sayəsində Azərbaycana gəldim.
- Azərbaycana gəlişiniz niyə belə uzun çəkdi?
- Gəlmək üçün bir səbəb lazım idi. Lakin mən buralara gəlməyi çox istəyirdim, qismət bu vaxta imiş. Amma bundan belə bol-bol gəlməyi düşünürəm. Azərbaycanı və azərbaycanlıları hədsiz sevdim. Bu məmləkətə ayaq basdığım üçün xoşbəxt və qürurluyam.
- Burada hətta özünüzə dostlar da tapdız...
- Bəli, xüsusilə Səbuhi bəyin adını qeyd etmək istəyirəm. Dörd gün birlikdə olduq. Gördüm ki, insanlıq hələ ölməyib. Çünki Səbuhi bəy və dostları sizə and içə bilərəm ki, dünyada görə biləcəyiniz çox nadir insanlardır. Yəni dünya malından çox dostluq, qardaşlıq anlayışında yaşayırlar. Səbuhi bəy işadamı olmasına baxmayaraq işini-gücünü buraxıb bizimlə maraqlandı. Bilirəm ki, sadəcə sənətçi olduğuma görə deyil, kim olursa olsun, maraqlanacaqdı. “Türkün olduğu hər yerdə mən varam” deyən bir qardaşımızdır Səbuhi bəy. Bura gəlməyimdə, bu gözəl insanlarla tanış olmağımda əsas səbəbkar olan dəyərli Azərbaycan xanımı Qənirə Paşayevaya da xüsusi təşəkkürlərimi bildirirəm. Onu tanıdığımdan dolayı qürur duyuram!

Azər Nəsibov

 

 

 

 

 

 

 






3 Sentyabr, 2013  18:23 Baxılıb: 1337 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner