Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“ƏHLİ-BEYT” QRUPU: «ONA OLAN SEVGİ TÜKƏNMƏZ» – MÜSAHİBƏ – FOTOSESSİYA

ı

Müqəddəs Ramazan ayında əksər insanlar ilahi musiqilər dinləyir. Azərbaycanda özünü sırf bu sahəyə həsr etmiş müğənnilər, qruplar var. Belə qruplardan biri də məşhur “Əhli-Beyt” qrupudur. Qrupun 3 üzvü var – Rövşən Məmmədli, İslam Məmmədli və Rza İgidoğu. Elə ilk sualımız da qrupun yaranması ilə bağlı oldu.

- İslam Məmmədli: Bizim qrup 2000-ci ildə yaradılıb. Qrupun əsas üzvlərindən biri Kərbəlayi Rza İgid oğu dini təhsillidi. Azərbaycan İslam Universitetinin məzunudu həm də başqa xarici ölkələrdə də təhsil alıb. 7 yaşlarından məsciddə mərsiyyə deməklə və ya qəsidə oxumaqla tanınıb. Özü Lənkəran şəhərindəndi və Quran tilavətində də İranda da 2-ci yeri tutub. Rövşən Məmmədli Azərbaycan Musiqi Akademiyasının məzunudu və vokal üzrə bitirib. Dini baxımdan dərin savadı olmasa da, musiqi baxımdan savadlıdır. Bizim qrupda demək olar ki, 2003-cü ildən fəaliyyət göstərir. Mən də İslam universitetinin məzunuyam. Suriya Respublikasındada təhsil almışam.  

- İlahi mahnılar oxumağınızda hansı təsirlər olub?


- İslam Məmmədli: Şəxsən 9-cu sinfə qədər mənim dini anlayışım yox idi. Hətta mollalara dırnaq arası baxırdım. Amma evdə görürdüm nənəm, babam namaz qılan idi. Sonra “Quran” əlifbasını öyrəndim, başladım yazmağa. Gördüm ki, musiqi istedadım da var. Bir, iki dəfə də Mədəniyyət və İncəsənət Universtetinə sənəd verdim. Fikirləşdim ki, onunla bu düz gəlmir. Allah insana istedad, səs veribsə, təbii ki, istifadə etmək daha məqsədə uyğun olar. 
- Rövşən Məmmədli: Kilsə musiqiləri oxuyurdum, rus, ingilis dram əsərlərini oxuyurdum. Amma bunlar kilsə musiqiləri olduğunu anlamırdım. Yəni, hamı necə mən də elə, gedirdilər rus kilsəsi var. Bizdə ailədə namaz qılan var idi. Həmişə nənələrim, babalarım namaz qılıb. Mən nədənsə qaçırdım. Elza Seyidcahanın bacısı bizə xristian dinini təbliğ edirdi. Konservatoriyanı qutardıqdan sonra mövqeyimi dəyişdim. Sonra bu qardaşlardan təklif gəldi. Tanış oldum, gördüm gözəl oxuyurlar, gözəl səsləri var. Nə gözəldi Allahdan, peyğəmbərdən oxumaq.

- Bu sənəti seçməyinizdə kimlərin rolu var?

- İslam Məmmədli: “1986-cı ildə atam namaza başlayıb. Onun bir dostu var idi. Din xadimi, ilahiyyatçı, ərəbşünas idi. O təsir etmişdi. Buna görə, 1987, 1988-ci ildə, artıq atam bizi “Quran” dərsinə qoydu. 11, 12 yaşında mən “Quran”ı oxuyurdum. 12 yaşında Ərəb dilində İlahi mahnıları oxumağa başladıq. Balaca uşaqlardan ibarət qrupumuz da var idi. Məclislərdə, tədbirlərdə oxuyurduq. Azərbaycanca hec vaxt oxumamışdım. 2001-ci ildə Lənkərandan Bakıya gəldim. Bu dostlarla rastlaşdıq. Elə həmin il “Əhli-beyt” qrupunu formalaşdırdıq. 12 ildi ki, fəaliyyət göstəririk. 12 imamın adına Allah bərəkət verər, inşallah, işi davam etdirərik.

- Maliyyə cəhətdən çətinlikləriniz olub?

- Rza İgidoğu: Biz az zəhmət çəkmişik. Amma Allah çox yetirib. İnsan həyatda yəqin bunun üçün məyus olar ki, zəhmət çəkəsən ancaq zəhmətinin bəhrəsini əldə etməyəsən. Allaha çox şükür olsun ki, bu günədək Allah hər bir işimizin mükafatına bizə yetirib. Məsələn, bu yaxınlarda gedib Kərbəlanı ziyarət etdik. Orda həmçinin konsertdə verdik. Maddi cəhətdən bizə həmişə dəstək olub. Amma biz bu dəstəkdən sui-istifadə etməmişik.

- Bəs digər musiqilərə münasibətiz necədi?

- Rövşən Məmmədli: İlahi sevgi və dünyəvi sevgi arasında fərqlər böyükdür. Biz Allahın, peyğəmbərin, “Əhli-beyt” haqqında musiqilər ifa edirik. Amma digər müsiqilər isə gözəllərin tərifinə yönəlib. Hətta sevdikləri qızlara – sən mənim allahımsan, qibləgahımsan deyə müraciət edirlər. Bunların hamısı bir gün tükənir. Sonsuz mədhiyyələr ancaq Allah üçündür. Ona olan sevgi tükənməyəndir.  

- Ramazan ayının gözəlliyi sizcə nədədi?

- Rza İgidoğu: “Qurani-Kərim”də buyurular ki, günlərin ən gözəli cümədi. Gecələrin ən gözəli Qədr gecəsidi. Ayların sultanı Ramazan ayıdı. Ramazan ayından “Qurani-Kərim”in “Əl-Bəqərə” surəsində geniş bəhs edilir. Xoş o müsəlmanların halına ki, bu ayı ibadətdə keçirə. Əslində bəxtim bunda gətirib ki, mənim bu cür dostlarım var. Allah bütün oruc tutanların orucunu qəbul etsin.

-Sizi başqa ilahi mahnılar oxuyan quruplardan fərqləndirən nədir?

- İslam Məmmədli: məncə bizi digərlərindən fərqləndirən oxu tərzimizdi. Bəziləri daha çox farsa ləhcəsilə, bəziləri ərəb ləhcəsi ilə oxuyurlar. Amma biz öz dilimizdə oxumağa üstünlük veririk. Bu da bizi xalqa daha yaxın edir.

-Gələcəyə dair hansı planlarınız var?

- Rövşən Məmədli: Avqustun 7-də Bakı Biznes Mərkəzində solo konsert verəcəyik. Konsert daxilində iftar süfrəsi də olacaq. Sentyabrda isə Heydər Əliyev Sarayında solo konsert olacaq. Bunun üçün artıq indidən hazırlaşırıq. Yeni albom üzərində də işləyirik. Tezliklə tamaşaçılara təqdim olunacaq.

Aynur Bayramova 

 

 

 

 






6 Avqust, 2013  17:05 Baxılıb: 3033 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner