Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BEKİR AKSOY: “MÜTLƏQ BİRİYLƏ EVLƏNMƏLİYƏM” – DEYƏ FİKİR YOXDU” - FOTOSESSİYA

.

Azərbaycan tamaşaçısı onu daha çox Türkiyə televiziyasında yayımlanan “Doktorlar” serialındakı Suat obrazı ilə tanıyır. Həmçinin, “Yahşi Cazibe” serialında pilot Gökşen Dikici rolunu canlandırırdı. Məşhur türk aktyoru Bekir Aksoy rubrikanın qonağıdır.

- Həm Türk, həm də Azərbyacan dəyərlərinin olduğu “Yahşi Cazibə” filmində çəkilişləriniz necə keçirdi?
- Gözəl və çox əyləncəli... Bilirsiz ki, mən 60-ci bölümdən sonra filmin çəkilişlərinə qatıldım. Kəmalla Cazibənin arasını vuran, Cazibəni əldə etməyə çalışan bir adam rolundaydım. Çəkilişlər maraqlı keçirdi. Həyat gözəldi...
- Azərbaycanca sözləri necə quraşdırırdız?
- Azərbaycan dili gözəldi, amma bizim üçün fərqli səslənir. Ona görə bəzən kəlmələri səhv anlayıram. Məsələn, Cazibə “Şad olsun” demişdi. Mənsə Kamala “sənin də ruhun şad olsun” cavabını vermişdim (gülür). Sırf belə gülməli əyləndiyimiz məqamlar olub.
- Sizi daha çox “Doktorlar” serialından tanıyırıq.

- Bəli, orda kardioloq, ürək-damar cərrahı rolunu oynayırdım.
- Həmin serialda elə bil həqiqətən həkimsiz.
- Bəli, həqiqətən də film o dərəcədə keyfiyyətli alınıb. Çoxları belə deyir.
- Bunu necə bacardız, həkimlik haqqında bu qədər bilgini hardan almışdız?
- Bizə kömək edən həkimlər vardı. Beyin cərrahı, ürək cərrahı və ümumi cərrah rolları canlandırmağımıza çox yardım etdilər. Onlarla bərabər əməliyyatlara girirdik. Onların insanlarla davranışlarını, söhbətlərini izləyirdik. Aktyorluq da elədir ki, bir müddət sonra müşahidə etdiklərini götürə bilirsən. Beləliklə, həkimlik “paltarını” də asanlıqla geyindik.
- Demək istəyirsiz heç bir çətinlik olmadı?
- Təbii ki, çətindi, heç bir iş asan deyil. Amma bacarıqlı olmaq üçün yaxşı işləməlisən. Biz də “həkim” olaraq yaxşı iş ərsəyə gətirdik.
- Sizə görə, həkim olmaq yaxşıdı, yoxsa həmin rolu canlandırmaq?
- Həkimlik çox çətin işdi. Elə aktyor qalmaq daha yaxşıdı.
- Azərbaycanda məşhurlardan kimləri tanıyırsız?
- Çoxunu tanımıram. Nə aktyorları, nə də televiziyaları... Bir-iki gün öncə dostumla danışırdım ki, Azərbaycanla ortaq layihə ola bilər. Köklü bağlantılar var, amma sənət aləmində daha fərqli irəliləyişlər ola bilər.
- Yəni bir-birimizə bu qədər yaxınkən Azərbaycan haqqında heç məlumatınız yoxdu?
- Sənətçiləri haqqında yox, özü haqqında bilgim var. İnkişafla bağlı fərqliliyin olduğunu, məsələn, futbol oyununda bizə qalib gəldiyinizi bilirəm (gülür). “Yahşi Cazibə”nin çəkiliş qrupu Azərbaycana gələndə təəssüf ki, hələ onlarla deyildim. Amma Mikayıl Abdullayev, Cahangir Rüstəmov kimi bir neçə rəssamlarınızı tanıyıram.
- Azərbyacanda pərəstişkarlarınız şəxsi həyatınızla maraqlanır. Həyatınızda kimlər var?
- Hazırda çapkın rolunu oynadığım üçün, eynən ordakı kimi çoxu var (gülür).
- Demək, həyatda da eşqbazsız?
- Əslində yox. Bir qız dostum var, manikendi. Altı ay bundan əvvəl tanış olmuşuq. O gündən onunla bərabərəm.
- Bəs, 6 aya qədər kiminlə bərabərdiz?
- (gülür) Biz işimizə görə məşhuruq. Yaraşıqlısansa və üstəlik karyeran varsa istəsən də istəməsən də sənə maraq göstərənlər olur. Hər münasibəti də davam etdirsəm ayıb olar. Müşahidələr aparıdığım üçün həmişə yaxşı münasibət yaşayıram.
- Yəni, bu bərabərliklər sevgidən yaranır?
- Sevgi müəyyən zaman ərzində inkişaf edir. Zaman keçdikcə ehtiyac sevgiyə, sevgi də ehtiyaca çevrilir.
- Evlilik barədə düşünmürsüz?
- Hələ gəncəm, 19 yaşında (gülür). Ailə qurularsa, həmin adama sayğı duyulmalıdır. Mənsə indiyə qədər özümü heç kəsə elə yaxın hiss etməmişəm. Sadəcə yaxın bildiyim zamanlar olub.
- Demək istəyirsiz ki, indiyə qədər qız dostlarınızdan heç birini özünüzə yaxın hiss etməmisiz?
- Təbii ki, bu mərhələyə qədər gəlib və ya heç bu mərhələyə gəlmədən də ayrıldıqlarım olub. “Fənərbahçe” dirəkləri kimi dirəklərdən döndüm. Dirək məni biraz əydi deyəsən (gülür), amma dirəkdən döndüm.
- Amma evliliyi düşünürsüz yəqin?
- Düşünməkdən çox yaşamağı sevirəm. Ağlımda “mütləq biriylə evlənməliyəm” deyə bir fikir yoxdu. İstəsəm həmin dəqiqə biriylə evlənərəm, uşağım da olar. Amma mən onsuz da evli kimi yaşayıram. Münasibətlərim həmişə uzun olur. Dörd, beş il çəkən əlaqələrim olub. Anlıq-günlük yaşamağı xoşlamıram.
- Bəs uzun sürən münasibətlərdən sonra ayrılmaq çətin olmur?
- Təbii, bir az romantikəm, amma bir az da realistəm. Əgər uyğunlaşmırsansa, anlaşa bilmirsənsə demək ayrılıq da olmalıdı. Mənə uyğunlaşan biriylə uzun müddət münasibətləri davam etdirə bilərəm, amma təmin edə bilməzsəm çox üzərinə düşmərəm. İllah ki, təzyiq göstərmək, başqasının həyatını qaraltmaq kimi bir xüsusiyyətim yoxdu.
- Yenə də eşqbaz sayılırsız. Məsələn, indi Azərbaycana gəlib bir qız bəyənsəz, onu daha sizə verməzlər.
- Könül bu, bilmək olmaz (gülür). Eşqbaz adam əslində müşahidəçidi. Həyatdan zövq alır, gəzməyi sevir.
- Həm də qəlb qırır.
- Məncə yox. Belə bir adamın əlini tuta bilirsənsə nə gözəl, bu da bir bacarıqdı. Küy atı əhliləşdirib, sakit hala gətirmək kimi. Digərlərini nə edəcəksən axı, ora-bura çevir, yenə də eynidi.
- Dostlarınız var?
- Dostum yox, yoldaşlarım çoxdu. Dost başqa anlayışdı.
- Necə başqa?
- Məncə, dostunla tez-tez görüşdüyün zaman o, dost olmaqdan çıxır. Dost bir-birinin həyatına müdaxilə etmədən sənə yardım edən adamdı. Heç bir mənfəət güdmədən, qarşılıq gözləmədən etdiyin yoldaşlıq dostluqdur yəqin. Günümüzdə hər kəs bir-birinin həyatı ilə maraqlanır. Maqazin xəbərləri, dedi-qodular olur. Odur ki, həqiqi dostluqlar qalmayıb və mən bunu gözləyəcək qədər səfeh deyiləm.
- Maqazin gündəmində olmağı sevirsiz deyəsən...
- Fərqindəsizsə, heç vaxt maqazin proqramlarında görünmürəm.
- Bəs belələrinə münasibətiniz necədi?
- Maqazini sevən adam zatən sənətçi deyil. Belə adamlar məşhurluq mədəniyyətinin içindəki obyektdi. Ciddi sənətçi “o bardan çıxdım, ora getdim” kimi maqazin xəbərləri hazılatmağı sevməz, işi ilə məşğul olar. Təbii ki mən də əylənmək üçün harasa gedə bilərəm, amma bunu görünmək üçün etmirəm. Başqalarısa proqramlı bir şəkildə qız dostuyla, yeni maşınıyla görüntülənməyə çalışır.
- Aktyorluqdan əlavə, başqa işlə məşğul olursuz?
- Akyorluq sərbəst sənətdir. Aktyorun başqa işlə məşğul olmasına ehtiyac yoxdu. Onsuz da aktyorluğunu inkişaf etdirmək üçün teatrla məşğul olur, kinoda, filmdə çəkilir, xaricə getmək lazım olur, bilgisini, dünyagörüşünü artırmağa çalışır. Aktyorluq sadəcə bir peşə deyil. Məsələn, siz bayaq da qeyd etdiz ki, həkim obrazını çox inandırıcı oynamışam. Yəni, aktyor lazım olanda həm həkim, həm qəssab olmaq məcburiyyətindədir. Akyorluq çox rəngli sənətdir. Təbii ki, başqa işlərlə də maraqlanıram. Amma bunların bilinməsini istəmərəm.
- Sizi ən çox əyləndirən nədir?
- O anda nəyə ehtiyacım varsa, onu yaşamağa çalışıram. Yaşamaqdan zövq alıram. Həyatımı planlı, proqramlı şəkildə keçirməyi xoşlamıram.
- Oynadığınız filmlərdən yaxşı pul ala bilirsiz?
- Kimə görə yaxşı, kimə görə pisdir. 100 min lirə də qazanan var, 5000 lirə də adama yaxşı gələ bilər. İllərdir bu işlə məşğuluq, bu işə əmək sərf edirik. Adam var, burda çox iş görər, amma pul qazanmaz, o biri tərəfdə az iş görər amma çox pul qazanar. Bizim işimizin maddi qarşılığı yoxdu. Amerikadakı bir aktyora görə Türkiyədə heç pul qazanmırsan, amma Bolqarıstandakı aktyorla müqayisədə çox pul qazanırsan. Biz Türkiyə standartlarına uyğun pul qazanırıq və yetərlidir.
- Azərbaycanadakı pərəstişkarlarınıza sözünüz…
- Azərbaycanla Türkiyə çox yaxın görünsə də əslində, elə deyil. İnsan olaraq duyğularımız, dilimiz yaxındır. Amma bir-birimizi tanımırıq.
- Amma biz sizin məşhur sənətçiləri tanıyırıq…
- Çünki Türkiyə bu anlamda fəaldır və şanslıdır. Azərbaycan xalqı Türkiyə ilə dostluq səmimiyyətini yaşayır. Biz sənət adamları da Azərbaycanla birgə layihələr hazırlayıb gerçəkləşdirməliyik. Azərbaycandan bizi izləyənlərə təşəkkür edirəm. amma sənət aləmində heç nə yoxdu. Sənətin olmadığı məkanda heç bir ölkə inkişaf etməz. Bəzi sözlər elə sözdə qalır. Biz dostuq, biz qardaşıq deyirik, amma iş görməyə gəlincə dostluq qardaşlıq görmürəm.

"Simsar" jurnalı

 

 






26 İyul, 2013  21:35 Baxılıb: 2083 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner