Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İNTİQAM SOLTAN: «YALNIZ BƏZİ MƏMURLAR KƏDƏRİMƏ SEVİNƏR»

.

www. simsar.az-ın səyyar mikrofon və diktafonları redaksiyamızın qonaq otağında quraşdırılmışdır. “Dodaqqaçdı” rubrikasında “Pərvanələrin rəqsi” serialının məşhur “Valeh həkim”i İntiqam Soltandır.

Sual 1. Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daima qalib gəlmisiniz yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

- Qalib gəlməyəcəyim oyuna heç vaxt girmirəm. Ola bilər ki, bu qalibiyyət uzun çəksin, 10 mərhələli oyunun 9-da məğlub olum. Amma sonda qalib çıxmışam.

Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O, pəncərədən baxanda dumanlı yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

- Baxır hansı tərəfdən baxırsan. Cəlil Məmmədquluzadə demişkən, mənim qanacağıma görə, yəni qandığıma görə, hər bir insan uşaqlıq xəyallarını gerçəkləşdirmək üçün yaşayır. Uşaqlıq arzuları bitən gününün sabahı insan dünyasını dəyişir. Mənim xəyalım bir ev tikmək və o evin divarlarında dörd şəkil çəkmək idi – torpaq, səma, yaşıl otlar, su. Nə həmin evi tikə, nə də o dörd ünsürü çəkə bilmişəm.

Sual 3. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” sizə nə deyir?


- Əlbəttə, o, mənim ən yaxın dostumdu. Fikrimcə, insanın 360 allahı olur və bu 360 allahın birincisi və sonuncusu o insanın özü, içindəki məndir. Onunla söhbət edirəm, məsləhət alıram. Hətta ona şeir də yazmışdım. 

Sual 4. Xoşbəxtsiniz elə deyilmi?

- Xobəxtlik ümumiyyətlə nədir? Bu suala cavab verin, mən də deyim “hə” və ya “yox”.

Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?

- Mənə arxalanan, ətrafımda hansısa formada müəyyən qədər zəif olan adamların müdafiəsi hara getməyi tələb edirsə, ora gedərəm.

Sual 6. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin bu həyatda nə deməyə haqqınız olub?

- Hər bir uşaq allahlıq iddiasına düşür, Allah olmaq istəyir:
Sevməsəm insanlıqı özüm Allah olardım,
Niyə sevdim ay Allah insanlığa qul oldum.

Sual 7. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

- Çox vaxt sevmək üçün yatıram. Gözlərimi yumuram ki, heç kəs mane olmasın söhbət etməyə. Çünki hər kəsin görmək istədiyi ancaq qaranlıqda mümkündür.

Sual 8. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

- Allahla dostluğumun nəticəsidir ki, həmişə sevildiyimi hiss etmişəm. Xalq arasında kədərimə sevinənləri görməmişəm. Mənim kədərimə sevinənlər yalnız bəzi məmurlar ola bilər.

Sual 9. Deyim var: yağışı mənə anlatma yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

- Yağanlar çox olub. Hər bir damla aydınlıqdı.

Sual 10. Deyirlərki musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?

- Çox maraqlı və qəliz suallar verirsiniz. Kəskin düşməçiliyimiz var elə bil ki. Siz axırda mənim bütün sirlərimi açacaqsız.

Sual 11. Axar suya bənzədilən gəncliyiniz öz çüxurunu tapmışdır?

- Hərdən güzgüyə baxanda görürəm ki, çölüm çox qocalıb, içim hələ uşaqdır. Böyüdükcə uşaq olacağam. Gəncliyi bilmirəm, amma Azərbaycanın ən qoca uşağı mənəm.

Sual 12. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınız?

- Həmişə, səhər üzü günəşə doğru, axşam yenə üzü gün batana getmək istəyirəm.

Sual 13. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?

- Əslində “hə”, “yox” desəm savadsızlıq etmiş olaram. Onu Darvinin özündən soruşsanız daha yaxşı olar.

Sual 14. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəklər nəzərdə tuturlar?

- Həmin adamlara baxanda yazığım gəlir ki, budur sənin anladığın həyat?! Amma heç nə deyə bilmərəm, çünki mən qarşı tərəfin fikirinə hörmətlə yanaşmağı bacarıram. Bu mənim ən sevdiyim xüsusiyyətlərimdən biridir.

Sual 15. Gələcək necə gələcək?

- Hər şey yaxşılığa doğru gedir. Fərqi yoxdur hansı formada. Qara bir gün gələcəksə, biz o qara çərçivənin içində gülməyə vaxt tapacağıq.

Sual 16. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

- Mən yalnız çox tez-tez valideynlərim üçün darıxıram. Başqa heç nə üçün yox. Dünənin həsrətini çəkəndə bu günü yaşamadan sabaha gəlib çıxırsan. Olub, keçənlərin arxasınca təəssüflənmədiyim üçün həsrətini çəkmirəm. Anı yaşamağa çalışdığım üçün bir gündə yeddi gün yaşıyıram. Yeddi qat artıq yaşayıramsa həsrətin çəkməyin nə mənası var?!

Sual 17. Əsrə bərabər gününüz olub?

- Hər gün əsrə bərabər etmək olmaz. Ancaq əsrə bərabər günlərim də olub.

Sual 18. Gözlərinizdə kədər görürəm. O kədər sevgidən olmasın?


- Bəzi insanlara yazığım gəlir. Gün keçir amma onlar hələ də sevə bilmirlər. Mənim isə özüməməxsus sevgim var - “İntiqam” sevgisi.

Sual 19. Sonun başlanğıcına inanırsınız?

- Hər bir son, o biri işin başlanğıcıdır. Yəni bu məntiqdir, həyat məntiqdir. İki qapının örtülməyi, o biri qapının açılmağına gətirib çıxarır.

Sual 20. Suallarımız sizi sıxmadı ki?

- Əksinə, çox həzz aldım.

Hazırladı: Ülviyyə Cövdətqızı






9 İyul, 2013  15:59 Baxılıb: 2578 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner