Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NİCAT KAZIMOV: “AKSİYAÇILARIN MƏQSƏDİNİ ANLAMIRAM”

.

“Xəbərin var?” rubrikasının budəfəki qonağı Nicat Kazımovdur. Xəbərləri əsasən televiziyadan izlədiyini, siyasətə qarışmadığını deyən müsahibimiz vaxt tapdıqca, sosial şəbəkələrdən də gündəmdə olan hadisələri izləməyə çalışdığını bildirdi. 

- Dünyada və ölkədə baş verən xəbərlərlə maraqlanırsız?
- Vaxt tapdıqca maraqlanıram, amma vacib və diqqətimi çəkən xəbərləri oxuyuram.

- Son günlər diqqətinizi çəkən xəbər oldu?
- Diqqətimi çəkən deməzdim, amma ağrıdıcı xəbər Səyavuş Aslanın ölüm xəbəri oldu. Çünki teatr xadimləri hamımız bir gün qabaq olan mükafatlandırımanın sevincini yaşayırdıq. Hətta bununla bağlı Səyauş müəllimin evinə gedib onu da təbrik etmişdik. Sabahısı gün Dram tertrında tamaşa üçün toplaşmışdıq və zəng elədilər ki, Səyavuş Aslanın dəfn mərasiminə gəlin. Onda çaşıb qaldım ki, bu necə ola bilər?! Biz axşam onun yanına getmişdik.

- Bakıda teatrla bağlı 1 gündə iki tədbir keçirildi. Bugünkü teatr hansı nailiyyətləri əldə edib?
- Bəli, xəbərim var. Orda mən də iştirak etməliydim, ancaq həmin gün 140 illiklə bağlı tədbir keçirildiyinə görə o konfransda iştirak edə bilmədim. Amma hər iki halda bu Azərbaycan teatrı üçün sevindirici haldır. Bu gün teatr təkcə Azərbaycanda yox bütün dünyada yeniləşir. Teatr artıq hərəkət teatrına çevrilir, müasirliyə doğru gedir və bu sahədə bir çox nailiyyətlər də əldə edir. Hərəkət teatrı o demək deyil ki, dil teatrı aradan qalxır. Bu sahədə peşəkar aktyorlar yetişir, dili bilməyən tamaşaçı da personajın nə deməyə çalışdığını başa düşə bilir.

- Milli Məclis Avropaya qarşı etiraz bəyannaməsi qəbul etdi. Məzmunla tanışsız?
- Tam mövzunu bilməsəm də, onu deyə bilərəm ki, dünyada insan hüquqları tapdalanan və demokratiya olmayan o qədər ölkə var ki. Onlar şəxsi mənafelərini dövlət mənafesindən üstün tuturlar. Demokratiya hərc-mərclik deməkdirmi?! 

- Bakıda bu dəfəki hərbi parad nə ilə yadınızda qaldı?
- Məşqlərini gördüm. Güclü ordu hər bir ölkəyə lazımdır, xüsusən də bizim kimi müharibə şəraitində yaşayan dövlətə mütləq lazımdır. Biz nə qədər güclü ordumuz olduğunu təbliğ edə bilsək, düşmənlərimiz də o qədər çəkinər. Mən çox sevinirəm ki, bu bizdə var.

- UNESCO-nun baş direktoru Gəncənin 4000 illik yubileyi ilə bağlı Azərbaycanı təbrik edib. Bir şəhərimiz isə MDB-nin mədəniyyət mərkəzi seçilib...
- Bütün bunları dünyaya çatdırmaq bizim qədim millət olduğumuzdan xəbər verir. Vaxtı ilə Azərbaycanı tanıtmayıblar. İndi isə Azərbaycan kifayət qədər tanınır, məhz bu tanınmağın nəticəsidir ki, ötən ilin sentyabrında Çexiyada keçirilən Avropa teatrları festivalına bizi də dəvət etdilər.

- Yaxınlarda Azərbaycanda mədəniyyətlərarası forum keçirildi. Hətta yollar da bir neçə günlük bağlandı.
- Xəbərim var, ölkə prezidenti də iştirak etmişdi. Səhv eləmirəmsə, dünyanın 90-a yaxın ölkəsindən belə nümayəndələr gəlmişdi. Bu çox gözəl haldı. Azərbaycanın sivil ölkələr arasında tutduğu yeri göstərir.
- Azərbaycanda QHT-lərin fəaliyyətinə necə baxırsız?
- Ümumiyyətlə, qeyri-hökumət təşkilatı dedikdə bizdə bir az başqa cür səslənir. Bir çoxları düşünür ki, qeyri-hökümət təşkilatı dövlətin-iqtidarın əleyhinə olan qurumdur. Bu təşkilatlar dövlətə ictimai tərəfdən göstərilən bir dəstəkdir və onların fəaliyyəti tədqirə layiqdir.

- Son vaxtlar uşaq əməyinin istismarı halları çoxalıb. Bununla bağlı QHT-lərlə əməkdaşlıq müzakirələri də aparılıb.
- Mən uşaqlara qarşı olduqca həssas insanam. O uşaqların hər birini 10 metr aralıda izləyən var. Məhz o insanları aşkarlayıb, çox ağır cəza vermək lazımdı. Sadecə o insanlar tüfeyli insanlardı. Uşaqların həyatını məhv edirlər. Bu uşaqların gələcəkdə Azərbaycana xeyirli vətəndaş olmaları da sual altında qalır.

- Türkiyədə keçirilən aksiyalarla bağlı nə deyə bilərsiz?
- Məqsədlərini başa düşə bilmirəm. Nə “Nida”çıların, nə də Gezi parkında iştirak edənlərin əsl məqsədləri nədir bilmirəm, anlamıram.

- Amma aksiyaçıları dəstəklədiyinə görə bir müğənni də işdən qovuldu
- Hə, bu barədə eşitmişəm. Daha doğrusu, sosial şəbəkələrin birində oxumuşdum. Yıldız Tilbe idi səhv etmirəmsə.

- Milli Məclisin iclasında bir deputatımızın yarımçıq zalı tərk etməsinə səbəb nə idi?
- Xəbərim var, desəm yalan olar. Məncə, bacardıqca sənət siyasətdən uzaq olmalıdır. Yaradıcı insan siyasətə qarışmamalıdı. Mən belə düşünürəm.

Aysel Kərimova

 






3 İyul, 2013  15:12 Baxılıb: 1976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner