Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MÜĞƏNNİ YAŞAR: “ƏDƏBİYYATÇI DEYİLƏM, ONLARI TANIYAM” - FOTOSESSİYA

“Həmin gündən indiyə kimi kitab oxumamışam”

Müsahibimiz bütün kitabların “Quran-i Kərim”də cəmləşdiyini bəhanə edərək, başqa kitabları oxumadığını deyir. Sonra isə səmimi şəkildə ətrafında kitab oxuyan insanların olmadığını etiraf edən gənc müğənni Yaşar Xəlilov “Nə oxuyursan?” rubrikasının qonağıdır.

- Boş vaxtlarınızda nə ilə məşğul olursuz?
- Sözün düzü heç boş vaxtım olmur. Yeni albom üzərində işləyirəm. Çox güman ki, adı “Bilməzdim” olacaq. Çünki hansı tədbirdə oluramsa məndən bu mahnını istəyirlər. Albom sözləri Altay Ağayara məxsus olan “Dostum” və bir neçə yeni mahnılardan ibarət olacaq. Həmçinin Dağıstandan yenicə səfərdən qayıtmışıq. Dövlət tədbirləri ilə əlaqədar bir çox xarici ölkələrə səfərlərimiz olacaq.
- Gündəlik informasiyanı nədən alırsız?
- Ancaq maşında olanda radioya qulaq asıram. Hərdən bir də xəbər saytlarını oxuyuram.
- Bəs kitab oxuyursuz?
- Bədii kitab oxumuram. Əvəzində “Quran-i Kərim”i oxuyaram. Məncə kitabların cəmi “Quran”dadı . “Quran” oxumaq kifayətdir ki, yeni və tərbiyəvi fikirlər əldə edəsən.
- Axırıncı nə oxumusunuz?
- “Al-i İmran” surəsini.
- Bədii kitab oxumağa, ümumiyyətlə, təhsil almağa heç ehtiyac yoxdu?
- Xeyr var. Mən kitabı ancaq məktəb vaxtı oxumuşam. 1-ci sinifdən 5-ci sinifə qədər əlaçı olmuşam. 5-ci sinifdən 11-ci sinifə qədər isə sinif nümayəndəsi olmuşam. Qiymətlərim 3, 4, 5 olub. Marağım daha çox musiqiyə olduğuna görə, ancaq musiqi ilə məşğul olmuşam. Bülbül adına orta-ixtisas məktəbində təhsil aldığım üçün həmişə musiqi dərsinin başlanmasını gözləyirdim. Tar-kaman səsi dərslərimizə tam adaptasiya olunmağa imkan vermirdi. Fikirimiz ancaq musiqinin yanında qalırdı. Fənnləri isə qiymət almaq üçün oxuyurduq.
- Musiqidən başqa hansı istiqamətə marağınız olub?
- Ədəbiyyatı sevmişəm. Məktəb vaxtı yazıçılarmızdan, şairlərimizdən çoxlarını oxumuşam.
- Kimləri oxumusuz?
- Nizamini, Fizulini,Vaqifi.
- Həmin əsərlərdən hansının adını çəkə bilərsiz?
- Yadımda deyil.
- Sinifdənxaric oxuya da marağınız olmayıb?
- Olub. Amma oxuduqlarım yadımdan çıxıb. Mən məktəbi 2006-ci ildə bitirmişəm. Həmin gündən indiyə kimi kitab oxumamışam. Yadımdan çıxması da tam təbii haldı.
- Dünyanın məşhur yazıçılarından kimləri tanıyırsız?
- Xəyyam, Şekspir.
- Yeni yazıçı və şairlərdən kimləri tanıyırsız?
- Heç birini tanımıram. Mən ədəbiyyat nümayəndəsi deyiləm ki, onları tanıyam.
- Azərbaycandakı kitab evlərindən hansındasa olmusuz?
- Yox, olmamışam. Amma “Əli və Nino” kitab mağazasının adını eşitmişəm.
- Heç kitab hədiyyə etmisiz?
- Heç kimə kitab hədiyyə etməmişəm. Ətrafımda kitab oxuyan insanlar yoxdu.
- Sizin kitablara marağınızın olmaması sizi çox şeylərdən məhrum etmir?
- Xeyr etmir, çünki mən “Quran” oxuyuram.
- Müğənnilər kitab oxumamalıdır?
- Bu müğənnidən aslıdır. Ancaq hamı kitab oxumağa vaxt ayırsa yaxşı olar.
- Siz necə, bundan sonra vaxt ayıracaqsız?
- İmkan daxilində çalışaram.

Aynur Bayramova

 






14 İyun, 2013  16:29 Baxılıb: 1627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner