Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

JALƏ PARILTI: “SAYƏNİZDƏ QƏNİRƏ PAŞAYEVA İLƏ TANIŞ OLDUM”

“Bu qədər qonaqpərvər bir ölkə və millət görmədim” 

Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə paytaxt Bakıya səfər edən Azərbaycan əsilli türk müğənnisi Jalə Parıltı ilə hələ keçən ilin dekabrında İstanbulda olarkən görüşüb, saytımız üçün müsahibə almışdıq. İlk dəfə jurnalımızın üz qabığında Qənirə xanımın fotosunu gördükdə, tanımadığı bir xanımın gözəlliyinə heyranlığını gizlədə bilmədi və onunla tanış olmaq arzusunda olduğunu dilə gətirdi. Allahın izni ilə bu tanışlıq baş tutdu. Onlar artıq yaxın rəfiqədirlər. Simsar adına buna çox sevinir və Bakıda konsert proqramı ilə çıxış edən Jalə xanımla yeni müsahibəmizi təqdim edirik.  

- Konsert heç gözləmədiyim bir mühitdə böyük sevgiliylə keçdi. Azərbaycanlı qardaş-bacılarımın mənə olan münasibətindən çox məmnun qaldım. Ömrümdə bu qədər Azərbaycan mahnıları oxumamışdım. Əslən azərbaycanlı olduğum üçün bura mənim də məmləkətim sayılır. O səbəbdən məmləkətimdə öz mahnılarımızı oxumaq mənə böyük zövq verdi.
- Sizinlə İstanbulda görüşdükdə Qənirə xanımın şəkilini gördünüz və gözəl xanım olduğunu söylədiz...
- Bəli, hətta az demişəm, daha da gözəldi, Qənirə xanım çox mükəmməl bir xanımdı. Özünü çox yaxşı yetişdirmiş, çox güclü xarakterə malik bir insandır. Özünü vətənə, dünyanın gözəlləşməsinə həsr etmiş bir insanın əminəm ki, ürəyinin gözəlliyi üzündə əks olunub. Ümumiyyətlə, sizə, saytınıza çox təşəkkür etmək istəyirəm. Bu tanışlıq məhz sizin sayənizdə oldu. 16 ildir müsahibə vermişəm. Amma heç bir müsahibəm bu qədər işə yarayan olmayıb. Allah sizdən razı olsun. Bir də bizi İstanbulda görüşdürən sevimli şairəmiz Ayşə Birgül Yılmaza dərin təşəkkürümü bildirirəm.
- Görüşünüz necə alındı?
- Biz xarici səfərdə idik. Ayşə xanım yoldaşıma zəng edib Azərbaycandan millət vəkili Qənirə Paşayevanın İstanbulda bizimlə görüşmək istədiyini bildirdi. Gəldik İstanbula, görüş təyin etdik. Qənirə xanım görüşə haradasa 2 saat gecikdi. Mən də ürəyimdə dedim ki, yəqin gəlməyəcək. Getmək istəyirdik ki, bir də gördük içəri girdi. Gecikdiyi üçün dəfələrlə üzr istədi. Söhbət etdikcə içimdə elə düşündüyüm üçün çox peşman oldum. Düşündüm ki, bu insan 2 gün də geciksə onu gözləməyə dəyərmiş. Söhbətimiz o qədər maraqlı keçmişdi, 6-7 saatın necə keçdiyini anlamadıq. Sübh azanı səsləndikdə söhbətdən ayıldıq. Həqiqətən, Qənirə xanım mükəmməl bir insandır. Gerçək bir Azərbaycan qızı məhz onun kimisidir.
- Bakı xoşunuza gəldimi?
- Çox xoşum gəldi. Dünyanın bir çox şəhərində olmuşam. Nə Paris, nə Roma – hamısı Bakının yanında sıfırdır. Sakinləri çox candan, içdən insanlardı. Qürur duydum ki, belə bir vətəndən, torpaqdan gəlmə atanın qızı, babanın nəvəsiyəm. Dostlarım həmişə mənə deyirdilər ki, sənin zadəganlığın məmləkətindəndir. Həmişə niyə belə düşündüklərini soruşduqda “çünki məmləkətində zadəgan olmayan yoxdur” cavabını verirdilər. İndi anladım ki, dedikləri həqiqət imiş.
- Buraya daha əvvəl gəlmədiyinizə üzüldünüzmü?
- Vallahi üzüldüm. Kaş ki, daha əvvəllər gəlsəydim. Amma gec olan hər şey gözəl olur. Gec gəldim, amma bundan sonra, inşallah, tez-tez gələrəm.
- Yoldaşınız Kadir bəy də burada oldu. Onun necə, Bakı xoşuna gəldi?
- Bəli, onun da çox xoşuna gəldi. Lakin işlərinin çoxluğundan o, İstanbula erkən dönməli oldu. Buna o qədər üzüldü ki, gedərkən dedi ki, tezliklə bir daha gəzməyə gəlməliyik.
- Konsertdə Qənirə xanımın sözlərinə yazılmış mahnı ifa etdiniz. Öz albomunuza daxil etməyi düşünürsüz?
- Qənirə xanımın sözlərinə aşiq oldum. Albomunu da dinlədim. Böyük bir ehtimalla sözlərinə yazılmış bir neçə mahnını ifa edib, albomuma daxil edəcəm.
- Azərbaycan muğamına marağınız olduğunu eşitmişik.
- Muğam əsərlərini rəhmətlik babamdan dinləyirdim və ona olan maraq, sevgi də məhz ondandır. Qismət olarsa, özüm də ifa edib repertuarıma daxil edəcəm.
- İnşallah! İstanbula hansı təsuratalarla qayıdacaqsız?
- Hər kəsə deyəcəm ki, tətilə getmək istəyirsizsə, Bakıya gedin, ürəyiniz açılsın. Bir də nəzakət, kübarlıq və zadəganlıq görmək istəyirsizsə, mütləq Azərbaycan xalqı ilə tanış olun. Qonaqpərvərlik Türkiyənin daha çox cənub-şərqində var. Amma Azərbaycanda onun 15 qatını gördüm. Bu qədər qonaqpərvər bir ölkə və millət görmədim. Burda gördüyüm hər bir gözəlliyi orda qürurla dilə gətirəcəm.

Azər Nəsibov

 

 

 






6 İyun, 2013  14:19 Baxılıb: 2439 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner