Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜRKAN UYQUN: “KURTLAR VADİSİ”NİN TƏSİRİNƏ DÜŞMƏDİM”

"İki il sinifdə qalmışam"

Bir müddət əvvəl Türkiyədə səfərdə olduq. Səfərimizin əsas məqsədi orada olan taninib sevilən sənətçilərlə görüşüb onlarla sizin aranızda bir körpü yaratmaqdı. Çoxdan idi ki, “Kurtlar vadisi” serialının qəhrəmanları ilə görüşmək istəyirdim. Səfər zamanı Pana Film studiyada olduq. Bizi çox gözəl qarşılayan studiyanın rəhbərliyi, serialın qəhrəmanları ilə görüşlərimizi təşkil edəcəklərini bildirdikdə məlum oldu ki, Necati Şaşmaz ildırım nigahı ilə evlənib bal ayına gedib. Filmin əsas rollarından biri Memati Baş rolunun ifaçısı aktyor Gürkan Uyqun isə filmdən ayrılsa da görüşümüz baş tutdu. “Kurtlar vadisi”-nin əfsanələrindən olan səbirsiz, əsəbi Memati Başla (Gürkan Uyqun) səmimi söhbətimizi sizlərə təqdim edirik. 

-Əvvəl bizə bir az özünüzdən danışardız, yəni Gürkan Uyqundan.

-1974-cü ilin 27 mayında İzmitin Yarımca vilayətində dünyaya gəlmişəm. Sadə işçi ailəsinin 5 övladından biriyəm. Orta məktəbi bitirənə qədər doğulduğum yerdə böyüdüm. İstanbul Universiteti kenservatoriya –teatr fakultəsini bitirmişəm. Universitetdən danışanda heç unutmadığım bir xatirə var. İki il ard-arda eyni sinifdə qalmışam. 1993 –cü ildə İstanbula köçdüm. Uşaq vaxtı çox danışan birisi olmuşam. Hətta rəhmətlik anam hər dəfə deyərdi ki, sənin ağzını bağlaya bilsəydim bircə. (gülür) Amma eyni zamanda çox çalışqan uşaq olmuşam.

-Uşaqlar adətən xəyalpərəst olurlar, ətraflarında bəyəndikləri insanları təqlid etmək istəyər onlara bənzəməyə çalışarlar. Balaca “Memati” nələri xəyal edərdi?

-Doğrudur mən də uşaqkən ətrafımdakı bəzi insanları təqlid edirdim, amma bu tək ətrafımdakılar deyildi. Eyni zamanda televizordan gördüyüm, izlədiyim bir çox bacarıqlı insanlar da vardı. Sonda hər bir insan uğur qazanmaq istəyir. Bunun üçün də örnək aldığın insanlar da olur.Uşaqlığımda örnək aldığım insanlar yox idi. Amma universitetdə oxuduğum vaxtlarda bütün yaxşı sənətkarları özümə örnək bildim. Onlar kimi uğurlu, professional olmaq istədim. Qeyd edim ki, örnək aldığım insanlar təkcə Türkiye daxilində deyildi. Əcnəbi aktyorlardan da götürdüyüm nələrsə var. Kimisini sənətinə görə, kimisini də hıyatda tutduğu mövqeyi və insanlığına görə örnək bilirsən. 

“Anam məni burnumdan tanımışdı”

- Necə bir gənclik yaşadız?
- Gəncliyim top oynayaraq, və tələbəlik həyatı yaşayaraq keçdi. 17 yaşımda teatr ilə tanış oldum və bununla da həyatım tamamilə dəyişdi. İstər-istəməz şəhər həyatı insana daha cazibədar gəlir.
-Bəs ilk dəfə kamera qarşısına nə vaxt keçdiz?
-1994-cü ildə “Yaz evi” adlı bir serialda əsgər rolunda oynamışam. Rolum sadəcə olaraq ayaqüstə durmaqdan ibarət idi. Başımdakı kaskdan da sadəcə burnum görünürdü. Rəhmətlik anam da məni burnumdan tanımışdı. (gülür)
- “Kurtlar vadisi” serialına necə gəldiz?
-2001-ci ildə “Dəli Ürək” adlı serialda 10-15 bölümdə oynadım. Daha sonra “Kurtlar vadisi”-ndən təklif gəldi mən də qəbul etdim.
-Hazırda sankı filmdəki Memati oturub qarşımda. Zəhmli, səbirsiz və əsəbi. Doğrusunu deyim həyatda Memati kimi birisi ilə qarşılaşsam qorxaram. Serialdan tanıdığımız Memati kimi normal həyatdakı Gürkan da sərtdirmi?
- Bax usta, mən Memati deyiləm Gürkanam. Memati ilə Gürkan çox fərqli insanlardı. Mən sərt və zəhmli qorxunc biri deyiləm. (gülür).
-Mənə usta deyə müraciət etdiz, deyəsən filmin təsirində qalmısız…
-Bəzən olur filmdə çox işlətdiyim müraciətləri real həyatda da işlədirəm. Alışqanlıq halıdır. Amma “Kurtlar vadisi”-nin təsirinə heç düşmədim.
-Övladınız varmı?
-Bəli iki övladım var. Balım və Atəş.
-Onların da atyor olmalarını istəyərsiz?

-Xeyr istəməzdim. Çünki daha mən bu sənətdəyəm də onlar da başqa sahəni seçsinlər. Məsələn mən aktyor olmasaydım heykəltaraş olardım. Amma yenə də seçimdə sərbəstdilər.
-Uşaqdan böyüyə sizi sevən bir kütlə qazanmısız. Dünyanın bir çox yerində sizə bənzəmək istəyən gənclər var, bunlara Azərbaycanda da rast gəlmək olur. Yəni ideal olmusuz. Bu insanlara qarşı özünüzü məsuliyyətli hesab edirsiz?
-Əvvəla məni kim olaraq örnək almaları önəmlidir. Memati kimi yoxsa Gürkan kimi. Məsuliyyət altına girmək istəməzdim. Çünki hər bir insan səhv edə bilər. Mən akyroram deyə çox düzgün yaşamalıyam məcburiyyətində deyiləm.

“Qulağa sırğa taxıb saça jele sürtməklə fərqli olmurlar”

-Yaxşı səsiniz də var…
-Yox müğənni olmaq niyyətim yoxdu. (gülür)
-Məlumdur ki, “Kurtlar vadisi” serialından ayrıldız. İndi nələrlə məşğulsuz?
- İki filmə çəkilmişəm. Fantastik uşaq filmi olan “Hititya: Medalyonun Sırrı”-də zalımlar dünyasının əfəndisi Zebab rolunu, “Çanaqqala: Yolun Sonu” filmində isə Onbaşı Muhsini canlandırmışam.
-Sosial şəbəkələrdə adınıza xeyli səhifələr açılıb.
-Doğrudur, ancaq heç biri mən özüm deyiləm. Bir tək twitter səhifəm var. Facebokda adıma yaradılan səhifələrin heç birini mən açmamışam.
-Azərbaycanla bağlı fikirləriniz maraqlı olacaq oradakı pərəstişkarlarınız üçün.
-Azərbaycanı və azəriləri çox sevirəm. Orada xüsusilə sevildiyimdən də xəbərim var. Buraya qədər gəlib məni tapıb görüşməyiniz də buna misaldır. Hər birinizə təşəkkür edirəm. İnşallah qismət olsa mən də gələcəm Bakıya. Sənətçilərinizi çox tanımıram. Ancaq gəldiyimdə yəqin ki tanış olmaq imkanlarım olacaq. Bir azəri filmində ya da dizisində də oynamaq istərdim.
-Azərbaycandakı gənclərə nə tövsiyyələriniz ola bilər?
-Görünüşləri ilə deyil düşüncələri ilə fərqlənsinlər. Bəzi gənclər elə düşünür ki, bu Türkiyədə də var, qulağa sırğa taxıb saça jele sürtməklə fərqli olmurlar. Ancaq belə deyil, gözəl təhsil və gözəl düşüncə ilə fərqlənmək olar.
-Bizə zaman ayırdığınız və səmimi müsahibəniz üçün təşəkkür edirəm.
-Sizlər sağ olun ki, bu qarda qışda gəlmisiz. İşlərinizdə uğurlar!

İradə Nurəddinqızı (SİMSAR jurnalı)






27 May, 2013  19:16 Baxılıb: 1763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner