Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NİNANIN XUTORDA GİZLİ DAŞNAKSÜTUN QƏRARGAHI – ÖZƏL REPORTAJ

“Ona erməni «sexovşikləri» də yardım edirmişlər”

Köhnə Karl Marks dairəsindən üzü yuxarı mikrorayonlara doğru hərəkət etdikcə «Bir sənub şəhərində» filmində gördüyümüz kimi köhnə əyri-yapalaq evlərdi. Hansısa layihəyə görə, sıralanmayıb bu evlər. Sədəsə küçə-küçə boy ataraq uzana-uazana gedir.
Əslində bu on illərdir ki, belədi. İndi burdakı qəsəbənin rəsmi adı Məhəmməd Əminin adına olsa da, buranı hamı Xutor adlandırır. 60 ildir burda anadan olub böyüyən də, dünən dil açıb danışan körpə də, Xutor deyir buralara.
Bayaq dedim, Xutora keçib gəlmək üçün əvvəlcə Karl Marks meydanına baş vurmalısan, çünki yol ordandır. Di gəl ki, 20 ildən çoxdur ki, bu Marks baba da heykəli ilə birgə yoxa çıxıb. Amma nə olsun, yenə elə 60 ildir burda böyüyən, dünənki dil açan da heykəli olub-olmayan yerə Karl Marks deyir. «Karl Marks»ın yanında saxla», - sürücüyə elə beləcə də əmr verir. Bəlkə, o zavallı sürücü də Marksın adını bu həndəvərdən keçən 85 və ya 27 saylı marşrutlarda işləyərkən eşidibmiş. Bəlkə də, xutorlulardan…

Gəldilər, qaynayıb-qarışdılar

80-ci illərin axırlarında Xutorda tamam başqa bir zümrə peyda olmağa başladı – qiyafələri, davranışları ilə bir qədər yad olsalar da, canı-canımızdan, qanı-qanımızdan idilər. Biz bakılılardan fərqli, onlar xutora alışa bilmirdilər. Ona görə yox ki, kimsə onlara yardım etmir, bu qərib adamlarla ilgilənmirdilər. Yox, onlar Ermənistan qaçqınları idi. Min bir əziyyətlə canlarını qurtarıb Azərbaycana pənah gətirmişdilər. Və…
Və inana bilmirdilər ki, onların qan qardaşlarının yanında hələ də ermənilər yaşayır. Bir-birinə qonaq gedir, çörək yeyir, hələ üstəlik bir yerdə son günlərin ictimai-siyasi müzakirələrini də aparırlar. Bax, bunu onlar başa düşmürdülər.
Amma zaman öz işini görürdü.

Zaman, 80-ci illərin əvvəlləri,
Məkan, Bakı şəhəri, Xutor qəsəbəsi


Qəsəbədə barmaqla sayılacaq qədər azərbaycanlı ailəsi yaşayır. Hərə öz iş gücündədi. Bizimkilərdən fərqli ermənilərin arlarında adət etdiyimiz kimi, dərzilər, papaqçılar, bənna və suvaqçıldar da var, taksi sürücüləri də. Üstəlik, yaxınlıqdakı 30, 5, 19 saylı məktəblərdə xeyli erməni müəllimi də işləyir. 14 saylı məktəbdə erməni müəllim daha çoxdu. Hadisələr ərəfəsi yerli ermənilərə söz veriblər ki, tezliklə bu məktəbdə erməni sektoru açılacaq. Və Xutor erməniləri uşaqları ucdantutma bu məktəbə yazdırır.

Qoğal «kuliç» birliyi

Məhlənin maraqlı adamları olub. Novruz bayramları günü “məmə deyəndən – pəpə deyənə” bütün uşaqlar başda Aşura xala olmaqla onun qapısına papaq atarmışlar. Və təkcə onun qapısına yox. Yerli erməni uşaqlarına Xutorda yaşayan qismən imkanlı ailələrin ünvanlarını da elə bizim uşaqlar «nakolka» verirmişlər. Ermənilərin pasxasında isə rollar dəyişirdi. İndi həm erməni, həm də azərbaycanlı uşaqlar Ninanını evinə basqın edirdilər. Çünki ən yaxşı erməni «kuliç»i o hazırlayırdı. Və bu həmin Nina idi ki…

Burasına qayıdacağıq. Xutorda sağ qalmış yaşlıların söhbətindən:

- Nina heç yerdə işləmirdi. Əri Rusiyaya mövsümü işlərə gedər, 5-6 aydan sonra iri çamadanlarla qayıdardı. Nina həmin çamadanlardan qonşulara da pay-pürüş edərdi. Nina bir də Xutorda az qala «sülh göyərçini» kimi də tanınarmış. Küsənləri barışdırır, toyda-yasda özünü əldən verməzdi. Hətta bir dəfə indi Rusiyanın xalq artisti olan Karen Avanesyanı bir azərbaycanlı toya çağırmaq istəyirmiş. Avanesyan nəsə naz edib, tamada kimi həmin toya gəlmək istəməyib. Məhz onda Ninanın təpkisindən sonra «Bəyin oğurlanmasında» bərbər rolundan sizə tanış ümumittifaq miqyaslı bu poradist razılıq verib. Özü də qəpiksiz-filansız.

***

«Biz getməli idik. Çünki bizi lənətmişdilər. Moskva, Kubanda, Rostovda, Stavropol da yaşayırıq. Lap Amerikada belə. Amma orda Bakı ruhu yoxdur. Biz itirilmiş xalqıq. Bizi heç kim tapmayacaq, yurdumuza, elə o əyri-üyri Xutorumuza bizi heç kim qaytarmayacaq».
Bunu erməni forumlarından birində Geqam adlı birisi yazır. Amma Geqam bəlkə də bilmirdi ki, onun evinin düz iki addımlığında, daha doğrusu bu evin zirzəmisində nələr baş verir. Bunu o, vaxt beynəlmiləl Azərbaycan SSR-nin nəinki rəhbərliyi, xüsusi –xidmət orqanları, heç hər gün Ninayla eyvanda laqqırtı vuran Güləmbər xala da bilmirdi. Sonradan, lap sonradan məlum olmuşdu ki,

Ninanın evi və zirzəmisi Daşnak yuvası imiş.

Daşnaksütun Partiyasının Bakı özəyi, hə təəccüblənməyin, məhz burda yerləşirdi. Sonradan, lap sonradan o, da məlum olacaqdı ki, Ninadan bu evi alan Alı adlı şəxs həmin «podvaldan» heç özünün də xəbəri olmadığı nə qədər sənəd çıxarıb, sonra da zibil yeşiyinə atıb yandırıb.
Nina Oqnesyenanın evi təkcə gizli ştab deyildi. Bura İrəvandan axın-axın «Ocaq»lar gəlirdi. Bədnam Zori Balayanın yazdığı sərsəm «Ocaq» kitabı İrəvan-Bakı qatarı ilə paytaxta gətirilir Ninanın emissarlarına təhvil verilirdi. Hər bir erməni məktəblinin çantasında artıq bu kitabçadan vardı. Bu zavallılar bəlkə də orda yazılarından heç nə başa düşmürdülər. Elə balaca Kristina –onu hamı Xutorda “Kristik” deyə çağırırdı. Hər yerdə deyirdi ki, mən rusam. Çünki əslində Xutorda vahid qəsəbə dili rus dili idi. Elə azərbaycanlılar da bu dildə danışırdılar. Ta 20 Yanvara qədər.

***

46 yaşlı bu qadının adı Leyladı. Xutorda yaşayıb. İndi o, Lənkəranda yaşamalıdı, səhv etmirsə.

Leyla (onda adı Lyana idi) 13-14 yaşı olanda Xutorda yaşayanda onu sevməyən oğlan qalmamışdı. 1984-cü ildə Roibk adlı oğlanla da nişanlanmışdı. Robik isə Daşnak özəyinin sədri Ninanın oğlu idi. Nişanda bizimkilər də vardı, ermənilər də. Amma Lyana toya qədər bir talış balasına qoşulub qaçdı. İndi iki uşaqları var: Rufalə və Rəşidə. Taleyin işinə bax, Leylanın qızı indi Xutorda ərdədir. Özü də hansı evdə olsa yaxşıdı – Ninanın Alıya satdığı evdə.
İndi buna mistika deməyəsən, nə deyəsən?

Yox, indi sizə tamam başqa məqamlardan söz açacam. Mahir Əhmədovdan. «Rəsul Məmmədov danışır:
- Ermənilərin bəlkə də yarısı Xutordan sağ çıxmazdı. Sadəcə məhləmizin ağsaqqalı Mahir bircə evin də yağmalanmasına imkan vermədi. Hətta köçüb gedənlərin belə evlərini satdırıb pulu onlara göndərirdi. O qədər səbir, stress keçirdi ki? Sonra da – o vaxtlar hələ poçt işləyirdi - Stepanakertdən, Yerevandan, Rostovdan, Moskvadan ona nə qədər təşəkkür məktubu gəlirdi?
Yazıq Mahir o qədər əsəb sarsıntısı keçirmişdi ki, tez dünyasını dəyişdi»

Və sonda

Bir gün Bakıya xəbər gəlir. 93-cü ilin yayında Rostovda yaşayan keçmiş Xutor sakinlərindən birindən gəlir bu məktub. Ninanın oğlu Qarik Qarabağda itkin düşüb. Nə ölüsü var, nə nə qaldısı.
Bax belə...
Əslində, heç daşnakların yığışdığı o «podval»da yoxdur. Yəqin bir azdan Xutor da olmayacaq.
Bu yerdə bir ekspert rəyi. Vəkil Aslan İsmayılov deyir ki, konkret Xutoru deyə bilməz, amma daşnakların Bakıda fəaliyyəti olub. «Pul və ianə yığmaq məsələsi də inandırıcı görünür. Çünki o vaxt Bakıda külli-miqdarda erməni «sexovşik»lər vardı. Çox şübhəsiz onlar yardımlarını əsirgəmirdilər. Yəni bu məqamlarda məntiq tapmaq olar».

Yazıya söz ardı:

106 saylı avtobusun partladılması, Opera və Balet Teatrının yandırılması...yadınızdadırmı?

Nicat Rüstəmli

 






23 May, 2013  15:30 Baxılıb: 2222 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner