Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ŞAMİL SÜLEYMANOV: «BU SUALLARI SƏNDƏN ALIB, KARİKATURA ÇƏKƏCƏM» - MÜSAHİBƏ - FOTOSESSİYA

"Biz elə əvvəldən adam olmuşuq"

www.simsar.az saytının səyyar mikarafon və diktafonları redaksiyamızın qonaq otağında quraşdırılmışdır. “Dodaqqaçdı” rubrikasında qonağımız Respublikanın əməkdar artisti, kinoaktyor Şamil Süleymanovdur.


Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
- Heç xəbərim olmayıb, büdrəmişəm ya qələbə çalmışam, yoldu da, getmişəm.


Sual 2. Həyatın qəriəliklərlə dolu olduğunu qəbul edirsiniz?
- Əlbəttə, həyat sanatoriya deyil, qəribəliklərlə doludu.

Sual 3. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən “sizə nə deyir?
- Onu heç vaxt deməyəcəm...


Sual 4. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?
- Dünya bir pəncərədir,
Hər gələn baxar, keçər, - bu ancaq şeirlərdə belədi. Bu boyda pəncərə olar???

Sual 5. Xoşbəxtsiniz, deyilmi?
- Desəm hə, deyəcəklər dəli olub…

Sual 6. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?
- Bu sualı çox fikirləşmisiz yəqin…


Sual 7. İtin hürdüyü, karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?
- İt karvana hürür eləmi? İt insanların yaşadığı yerdən gəlir, işıq da ordadı. İşıq insanlardadı, Allah-taala nurunu insanların ürəklərinə verib.


Sual 8. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?
- Axır vaxtlar arvadla yaman dostlaşmışam…Nə məndən Məcnun olacaq, nə də ondan Leyli...

Sual 9. Deyim var: yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?
- Yaxşıların yağdıqlarını çox görmüşəm və Allah bərəkət versin.

Sual 10. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz? Nə deyib o sizə?
- Hə, eşitmişəm. Gecəylə daş kimi yatıram və gecənin zülmətində çox şeylər görürəm...

Sual 11. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?
- Sən hardan bilirsən ki sübhün şəfəqləriylə nura boyanan nədir?


 Sual 12. Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?
- Bu sualları səndən alacam və bir gün bir karikatura çəkəcəm…

Sual 13. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?
- Əgər su axırsa, demək, öz çuxurunu tapacaq.

Sual 14. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?
- Mən babamı görmüşdüm, babam da öz babasından danışanda görmüşdüm ki, biz elə əvvəldən adam olmuşuq.


Sual15. Gələcək necə gələcək?
- Gələcək, gələcək. Gələcək çox yaxşı gələcək! 

Sual 16. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?
- Dənizə düşən damla dənizəm demir, mirvari olur.

Sual 17. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturlar?
-Hər vaxtın öz dəbi var və buna qarşı mübarizə aparıb kinayə ilə yanaşmaq olmaz

Sual 18. Sonun başlanğıcına inanırsınızmı?
- Sonun başlanğıcına inanmaq nə dərəcədə düzgündü? Sonu ancaq Allah bilir və onun başlanğıcını və sonunu hesablamaq insana yaraşmaz.

Sual 19. Suallarımız sizi sıxmadı?
- Çox sıxdı…

Simsar.az


 






20 May, 2013  18:34 Baxılıb: 2416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner