Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NƏSİMİ NƏBİZADƏ: «O QIZ DÜNYANI XİLAS EDƏCƏK...» – MÜSAHİBƏ – FOTOSESSİYA

www.simsar.az saytının səyyar mikarafon və diktafonları redaksiyamızın qonaq otağında quraşdırılmışdır. “Dodaqqaçdı” rubrikasında qonağımız tanınmış diktor, APA TV-nin əməkdaşı Nəsimi Nəbizadədir...

Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmişsiniz,yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
-Bir kino var, Lütfəli Abdullayev oynadığı bir rol var həmin filmdə - Kefçilov. Onun ən gözəl sözü budur: Kefçilov yıxılar, amma büdrəməz. Belə baxırsan, ayağımızdan dartanlar çoxdu, büdrəyə-büdrəyə gedirik, əsas odur ki, yıxılmırıq.
Sual 2. Həyatın qəribəliklərlə dolu olduğunu qəbul edirsiz?
- Xeyr, mən ümumiyyətlə, qəribəliyə inanmıram, nə olacaqsa, olur. Təəccübləndirmək çətindir məni, Həmid Herişçinin verilişdə o ilanı axtarmağına inanmıram, ümumiyyətlə qəribə, nədi axı? 
Sual 3.İçinizdəki mənlə söhbət edirsinizmi? O sizə nə deyir?
- Üzünə tüpürürəm onun.
Sual 4. Deyirlər, həyat bir pəncərədir, pəncərədən baxdıqda dumanlı yoxsa ,günəşli mənzərəylə qarşılaşırsız?
- Əsas odur pəncərədən daş gəlməsin.
Sual 5. Xoşbəxtsiniz deyilmi?
- Xoş yaxşıdı, bəxti at getsin.
Sual 6.İnsan həyatında sevincli, kədərli günləri çox olur, sevincinizə kədərlənənlər çox olub, və ya kədərinizə sevinənlər?
- “Bu lap yanıtmacaya oxşadı” – mənim cavabım budu.
Sual 7. İtin hürdüyü, karvanın keçdiyi zamanda, işıq gələn tərəfə gedirsiz, yoxsa it hürən tərəfə?
- İşıq yaxşıdı.
Sual 8. Gözlərinizdə kədər görürəm, bu kədərin əsas səbəbi eşq olmasın?
- Eşqdi.
Sual 9. Deyim var, yağışı mənə anlatma, yağ, həyatınızda yağışı anladanlar çox olub, ya yağanlar?
- Zəhləm gedir yağışdan, adamın ayaqqabıları çirklənir.
Sual 10. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiz?
- Zülmət elə gecədir də, nə doğmaq?
Sual 11.Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısızmı?
- Erotik suallar verirsən.
Sual 12.Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?
- Həndəsi.
Sual 13. Deyəsən Nəsimini, Nəimini çox oxumusuz.
- Hə, Nəsimini çox oxumuşam
Sual 14.Axar suya bənzədilən gəncliyiniz, öz çuxurunu tapa bilib?
- Əvvəl-axır su axıb, öz çuxurunu tapacaq
Sual 15. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?
- Hərdən bəzi insanlara baxdıqda, düşünürəm ki, Darvin düz deyir.
Sual 16. Gələcək necə gələcək?
- Ay gəldi haa...(gülür)
Sual 17. Dənizə düşən damlanın, dənizəm deməyə haqqı var, bəs sizin nəyə haqqınız var?
- Həqq mənəm, həqq məndədi,
Dönüb ənəl-həqq söylərəm.
Sual 18. Dünyanı gözəllik xilas edəcək deyə düşünənlər, sizcə boyalı dodaqları, qısa ətəkləri, yoxsa saralmış saçları nəzərdə tuturdu?
- Məncə, Azərbaycanın ən ucqar yerində, dağın başında yaşayan qız dünyanı xilas edəcək.
Sual 19. Sonun başlanğıcına inanırsız?
- Kaş olaydı.
Sual 20. Sizi çox sıxmadıq ki?
- Başımı xarab elədiniz.

Hazırladı: Nihadə Eyyubova






6 May, 2013  14:53 Baxılıb: 4524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner