Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÖVHƏR HƏSƏNZADƏ: “ONUN ADINI ÇƏKƏNDƏ MEYMUN YADIMA DÜŞÜR” – MÜSAHİBƏ – FOTOSESSİYA

.

www.simsar.az saytının səyyar mikarafon və diktafonları redaksiyamızın qonaq otağında quraşdırılmışdır. “Dodaqqaçdı” rubrikasında qonağımız tanınmış bəstəkar Gövhər Həsənzadədir.
Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
-Büdrəyə-büdrəyə gedirəm hələ.
Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?
-Pəncərəm dumanlı olur.
Sual 3. Həyatın qəribəliklərlə dolu olmağını qəbul edirsiniz?
-Qəbul edirəm, həyat özü elə bir qəribəlikdir də...
Sual 4. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən “sizə nə deyir?
- İçimdəki mən artıq üzə çıxıb. O qədər o “məni” eşitməmişəm ki, artıq özü çıxıb.
Sual 5. Xoşbəxtsiniz, deyilmi?
-Çox xoşbəxtəm.
Sual 6. İtin hürdüyü, karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?
-İt hürən tərəfə gedəcəm, itlərlə aram yaxşıdır.
Sual 7. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?
-Eşqdən başqa hər şeydəndir.
Sual 8. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?
-Sevincimə kədərlənənlər keyfiyyətcə çox, kəmiyyətcə azdır.
Sual 9. Deyim var: yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?
-Hələ ki mənə heç nəyi axıracan anlada bilməyiblər, yağırlar, dedim axı, pəncərəm dumandır...
Sual 10. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?
-Gecəni çox sevirəm, həmişə sükutu eşidirəm,sükutu eşitmək yaxşıdır.
Sual 11. Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?
-Hesablamanı sevmirəm.
Sual 12. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?
- Yox, mənin axırım okeana gedir.
Sual 13. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?
-Darvin deyəndə meymun yadıma düşür,ona görə də onun sübutlarını şübhə altına alıram.
Sual 14. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?
-Yox,amma sualı axıracan başa düşmədim, qoy elə cavab – “yox” olsun, elə günlərim olanda razı olacam.
Sual 15.. Gələcək necə gələcək?
-Gələcək artıq gedir, sadəcə o gələcəyin axınırına çatmaq lazımdır, biz çatmayaçağıq o gələcəyə.
Sual 16.Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?
-Azərbaycanin layiqli vətəndaşı adına iddialı olmağa haqqım var. Yəni, bu adı qazanmışam.
-Sual 17. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturlar?
- Burada zövqün gözəlliyindən söhbət gedir.
Sual 19. Sonun başlanğıcına inanırsınızmı?
- Yox, inanmıram, son mənim üçün sondur, heç nəyi təzədən başlamıram.
Sual 20. Suallarımız sizi sıxmadı?
- Yox, qurtardı ki?

Hazırladı: Nihadə Eyyubova

 






18 Aprel, 2013  15:14 Baxılıb: 3539 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner