Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BATTAL GAZİ KARABULAK: “ÖZ SERİALLARINIZA SAHİB ÇIXIN” – MÜSAHİBƏ - FOTOSESSİYA

“Azərbaycanın süverenliyini qazandığı tarixi əks etdirən film üçün ssenari yazmaq təklifi almışam”

Artıq 3 həftədi böyük tamaşaçı kütləsi tərəfindən izlənmə rekordu qıran “Ləkə” teleserialının ssenari müəllifi Battal Gazi Karabulak 1 həftəyə yaxındı ki, paytaxtımızın qonağıdı. Bakıya 2-ci dəfə gələn türk ssenaristi hələ serial efirə getməzdən əvvəl saytımıza İstanbuldan müsahibə vermişdi. Bu dəfə isə onunla bulvarda, fəvvarələr meydanında dolaşıb söhbət etdik, xatirə fotoları çəkdik. Adıçəkilən məkanları gəzməkdə “Ləkə” serialının Arzu obrazını canlandıran aktrisa Günel Məmmədova, daha sonra isə Gülay obrazında oynayan Top Model və aktrisa kimi debüt edən Gülay Hüseynova ssenaristə yoldaşlıq etdilər.

- Yenə xoş gəldiz paytaxtımıza. Budəfəki Gəlişinizin səbəbi nədi?
- “Ləkə”nin ilk seriyası efirə getdikdən sonra maraqlı təkliflər aldım. Zəng edib görüşmək üçün Bakıya dəvət etdilər. Kənan da uzun zamandır bura gəlməyimi istəyirdi. Uyğun vaxt tapan kimi gəldim. Artıq bir neçə görüşlərim olub, təkliflər haqda danışıqlar aparmışıq.
- Nə kimi təkliflər almısız?
- Müxtəlif janrlarda film və serial ssenariləri ilə görüşlərim oldu. ATV kanalının rəhbərliyi ilə görüşdük. Kənan da mənimlə birgə görüşdə iştirak etdi. Ssenariləri yazmaq təklifləri aldım. ATV-dən başqa digər bir neçə kanallarınızda da görüşlərimiz oldu. Onlar məndən film ssenarisi istədilər. Qonorar haqda hələ danışmamışıq. İnşallah, ssenariləri onlara təklif edim, bu haqda sonda danışıqlar aparacağıq. Tələsmək istəmirəm. Amma ən önəmlisi, bütün görüşmələr içərisində möhtəşəm bir ssenari təklifi aldım. Onun üçün artıq ayrıca büdcə da ayırıblar. Hətta xəyalıma gətirə bilmədiyim müdhiş bir rəqəm təklif ediblər. Təklifin kimlərdən gəldiyini hələ ki, açıqlamaq istəmirəm. Onlar da hələ ki, bu haqda bilinməsini istəmirlər. İnşallah, həyata keçsin, onda hər kəsin xəbəri olacaq.
- Heç olmasa möhtəşəm ssenarinin mövzusunu açıqlayın...
- Bunu edə bilərəm – Azərbaycanın tarixi ilə bağlı, süverenliyini qazandığı dövrü özündə əks etdirən mövzu olacaq. Filmdə milli duyğuların ön plana çıxarılması, qəhramanlıq hekayələri yer alacaq. Bu ssenaridən dolayı mənim də qarşı tərəfə təklif etdiyim şərtlər oldu. Dünya çapında səs-küy yaradacaq o filmdə bir neçə məşhur türk aktyorunun rol alması, dünyada ən yaxşı filmlər çəkmiş rejissorların, quruluşçu operatorların cəlb edilməsi və bir neçə təkliflər irəli sürdüm. O insanlara mənə inandıqları və dəyər verdiklərindən dolayı təşəkkür edirəm. Hələ ki, bütün fikrimi bu təklifə yönəldəcəm. Ayyarım içərisində ssenarini hazır etməliyəm. Ola bilsin, filmin bir neçə hissəsi Türkiyədə çəkilsin.
- Təbii ki, bu ssenarini yazmaq üçün Azərbaycanın tarixi haqda, xüsusən də süverenlik qazandığı dönəmlər haqda çoxlu məlumatınız olmalıdır...
- Əlbəttə, bu haqda mütləq oxuyub məlumatlanacam. Bilirəm ki, ölkəniz uzun müddət Rusiyanın tərkibində olan 15 respublikadan biri olub. Daha sonra müstəqillik əldə etmisiz. Əslində biz eyni torpağın millətiyik. Bu gün ayrı-ayrı dövlətlərdə yaşasaq da, babalarımız, atalarımız birdir. Biz bir-birimizin tarixini yaxşı bilməliyik. Bu səbəbdən ssenari təklifi mənim üçün uyğun oldu. Azərbaycanın tarixini yaxşı bilməyim üçün fürsət yaranıb. Böyük bir araşdırma apardıqdan sonra möhtəşəm ssenari yazacağıma əminəm. Ayın 14-ü İstanbula dönəcəm. Orda bitirməli olduğum bəzi işlərim var. Daha sonra bütün fikrimi bəhs etdiyim filmin ssenarisinə yönəldəcəm.
- Bəs bu “Ləkə” serialına ssenari yazmağınız üçün sizə mane olmayacaq?
- “Ləkə”nin sezon finalı olacaq. Davamı müəyyən müddətdən sonra olduğu üçün mane olacağını düşünmürəm.
- Yeri gəlmişkən “Ləkə” hələ efirə getməmişdən əvvəl çoxlarının diqqətini çəkmişdi. Bunu təxmin etmişdiz?
- Bu qədərinə inanmırdım. Əslində Kənana güvənirdim. Düşünürdüm ki, digər seriallardan geri qalmaz. Amma digərlərini çox geridə qoyub, rekord qıracağını düşünməmişdim. Son dərəcə məmnunam. Artıq 3 seriya yayımlanıb və hər dəfə də irəlidəyik. Bunu qorumaq üçün mübarizə aparacağıq.
- “Ləkə” artıq Türkiyədə də diqqət çəkib. Hətta saytlarınızda bu haqda yazılar yazıldı. Bunu necə, gözləyirdiz?
- Uşaqlıq dostlarımdan biri Türkiyənin xəbər saytı və həftəlik qəzetində çalışır. Onun sayəsində “Ləkə” haqda Türkiyənin xəbər saytlarında məlumat yayıldı. Digər saytlar onlardan götürüb veriblər. Bu əslində çox xoşdur. Xəbərlər çıxdıqdan sonra orda da bir neçə təklif aldım. Onları da zamanla dəyərləndirəcəm, inşallah. Amma hələ fikrimi Azərbaycanda görəcəyim işlərə yönəldəcəm.
- Azərbaycanda aldığınız təkliflərdən dolayı müəyyən müddət bura köçüb yaşamaq ehtimalınız varmı?
- Bunu Kənan istəmişdi. Mən də əslində Bakını çox sevdim. Bakıya ikl dəfə gəlməzdən əvvəl bu qədər inkişaf etmiş, gözəl şəhər olduğunu bilmirdim. İlk gəldiyimdə heyran oldum. İnsanları da çox istiqanlı, kömək etməyi sevəndirlər. Azərbaycan mənim üçün Avropanın kiçik ölkəsi kimidi. Açığı, burda yaşamağı düşünürəm. Üstəlik, universiteti bitirdikdən sonra magistraturanı burda oxumaq istəyirəm. Bir sözlə, inşallah, bir neçə il Azərbaycanda-Bakıda yaşayacağam. Hətta ailəm də artıq bunu istəyir.
- “Ləkə”nin yaradıcı heyəti ilə tam tanış ola bildizmi?
- Əlbəttə, hamısı ilə tanış oldum. Serialın ilk 2 bölümünü izləyəndən sonra, məndə aktyorlar haqda yüksək fikir qərarlaşdı.
- Günel Məmmədova da bizimlədi. Son vaxtlar tamaşaçılar onu seriallardan daha çox görüb bəyənir. Onun haqqında fikrini bilmək maraqlıdı.
- Güneli də bura gələndən sonra tanıdım. Bura gəlməzdən əvvəl şəkillərini görmüşdüm. Sonra oynadığı rollara baxdım. Müdhiş oyunçu olduğunu gördüm. Onu xüsusi təbrik etmək üçün gözələdim. “Ləkə”nin 1-ci seriyasında rolunu ifa etməyinə heyran qaldım, 2-ci seriyada fövqəladə oynadığının şahidi oldum. Etiraf edirəm, serialda mənim favoritim Güneldi.
- Amma oynadığı rolun mənfiliyindən dolayı tamaşaçı “nifrəti” qazanmağa başlayıb...
- (Gülürük) “Ləkə”ni facebook sosial şəbəkəsində çoxlu fanatları var. Orda olanların böyük əksəriyyəti də artıq Arzu obrazına mənfi münasibətlər bildirməyə başlayıblar. Bu da o deməkdi ki, Günel rolunun öhdəsindən hədsiz bacarıqla gəlib. Eyni zamanda, Fidan da izləyicilərin sevgisini qazanıb. O da bacarıqlı oyun nümayiş etdirib. Kənan onsuz da yaxşı aktyordu. Bir sözlə, bu serialda çox yaxşı aktyorlar var. Mənim bunu bir daha söyləməyimə ehtiyac yoxdu. Bir aktrisa haqda da danışmaq istərdim. İrəliləyən bölümlərdə o aktrisanı tamaşaçılar daha da yaxşı tanıyacaqlar. Çox bacarıqlıdı, filmə yaraşan siması var. Düşünürəm ki, gələcəkdə əsl ulduz olacaq – bu, Gülay rolunun ifaçısı Gülay Hüseynovadı.
- Serialda narazı qaldığınız bir amil varmı?
- Əslində ilk başda oldu. Amma burdakı imkanları bildikdən sonra bu haqda düşünmədim. İnanın, texniki heyətdə olanlar əllərində olan imkandan yetərincə yararlanıb ortaya gözəl iş çıxarmaq üçün fədakarlıq edirlər. Əgər bunu bacara bilirlərsə halal olsun!
- Maraqlıdır, irəliləyən bölümlərdə aktyor kimi də seriala qatılmaq fikriniz varmı? Nə də olmasa, obraz yaradıb, öldürən sizsiz...
- (Gülürük) Əslində düşünməmişdim. Amma serialın tamaşaçılar tərəfindən sevildiyini, aktyorların da bacarıqlı olduqlarını görüncə, mən də həvəsləndim. Əgər Kənan uyğun görərsə finala doğru son 2-3 bölümə daxil ola bilərəm.
- Son vaxtlar Azərbaycan və Türkiyə arasında sənət baxımından müştərək işlər qurulmağa başlayır. Bir ssenarist kimi yəqin buna qarşı fikriniz müsbətdi...
- Ölkələrimiz arasında qurulmuş siyasi münasibətlər çox yaxşı olduğu halda sənət baxımından da münasibətlər qurulmalı, çoxlu müştərək işlər görülməlidi. Mən bunun tərəfdarıyam. Əslində çox-çox əvvəl qurulmalı idi. Amma gec olsa da, eybi yox, təki olsun. Bu, hər iki ölkənin film, serial sahəsini inkişafa aparan yoldu. Mən də bu işdə əlimdən gəldiyi qədər yardım etməyə hazıram.
- Sonda “Ləkə”nin izləyicilərinə nələr söyləmək istərdiz?
- Xüsusilə facebookda “Ləkə”nin türk, hind, rus və digər ölkələrin seriallarına bənzəməsini istəyən izləyicilərə ünvanlayacağım mesaj var. Bu yüzdə yüz Azərbaycan serialıdır. Milli duyğuları ön planda tutmaq lazımdır. Siz öz milli hiss və duyğularınızla öz seriallarınıza sahib çıxsaz, ancaq onda onları dünyaya çıxarıb, tanıda bilərsiz.

Azər Nəsibov

 

 

 

 

 

 

 






11 Aprel, 2013  18:30 Baxılıb: 4024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner