Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RAMİZ NOVRUZ: «MƏNCƏ, BU ANDA FONDA MUSİQİ GETMƏLİDİR» – FOTOSESSİYA

Yeni bir rubrikaya başlayırıq: “Dodaqqaçdı”

www.simsar.az saytının səyyar mikarafon və diktafonları redaksiyamızın qonaq otağında quraşdırılmışdır. Qonağımız Respublikanın xalq artisti, aktyor Ramiz Novruzdur.

Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
- Sovet dövrünün vətəndaşı olaraq, o dövrdə formalaşmış insan olaraq deyim ki, büdrəməmək mümkün deyil. Enişli-yoxuşlu yollardan ən pisi o idi ki, insanlar üçün ev almaq, bir həyat idealına çevrilmişdi, maşın almaq isə ümumiyyətlə burjua yaşayış tərzi keçirən insanlara aid idi. Büdrəmişəm...
Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?
- Mən dumanlı mənzərə görmüşəm, ona görə də sovet dövründə ən çox sevdiyim film “Qəm Pəncərəsi” idi. O pəncərədən çoxlu duman görmüşəm. Sabir deyir: “Baxdım bu müsəlmanlara qəm pəncərəsindən”.
Sual 3. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən “sizə nə deyir?
- Bəli, edirəm.O, “mən” mənə heç nə demir.
Sual 4. Xoşbəxtsiniz, deyilmi?
- Bu, mənim ömrümdə eşitmədiyim bir sualdır. Bunu bu deyiliş tərzi ilə artıq boynuma qoyursunuz. Ümumbəşəri sualdır, ümuminsani sualdır. Xoşbəxtlik arzulara bağlı olub bitməyən bir cavabdır.
Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?
- Baxır, harda olacam, karvanda hansı tərəfə gedirəm? İnsan həmişə işıqlı gələcəyə doğru addımlayır.
Sual 6. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?
- Bir xanım var idi. Deyirdi oğlanlar qızlarla dil tapmaqdan ötrü –“xanım, gözlərinin dərinliyində bir kədər görürəm” – deyirlər... Mənim gözlərim doğuşdan dərindədir , kinoda verlişdə çəkilişdə də, kədərli olur, amma eşqdən deyil. Eşqdən gözlərimdə kədər olmayıb. Vurulmuşam, həmin xanımla evlənmişəm, 35 ildir altın çəkirəm.
Sual 7. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?
- Sevincimə, uğuruma paxıllıq edənlər daha çox olub.
Sual 8. Deyim var: yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?
- Gurulduyanlar, çox olub, amma yağanlar az olub.
Sual 9. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?
- O qədər filimlər olub ki, “Qarlı dağlarda”, “Qanlı izlərlə” filan.. (gülür)
Sual 10. Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?
- Birbaşa riyaziyyatdan danışsaq, “2” alan olmuşam, ən zəhləm gedən, ən çox döyüldüyüm dərslərdən biri olub. Riyazi dəqiqliklə hisslərimin dalınca getməmişəm, özümü həmişə hisslərin öhdəsinə buraxmışam, humanitar hisslərlə yaşamışam.
Sual 11. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?
- Mənə elə gəlir ki, insan öz sevdiyi peşəylə məşğuldursa, su həmin çuxuru tapır.
Sual 12. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?
- Əvvəlini yaddan çıxartmamışdı, sadəcə tapmamışdı.
Sual 13. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?
- Bəli. Sübhan əmim oğludu, Şəfəq qızımdır, ona görə də hər ikisindən razıyam.
Sual 14. Gələcək necə gələcək?
- Yaponlar deyirlər ki, keçmiş artıq keçib, gələcək artıq olmuya bilər, ona görə bu günlə yaşamaq lazımdır.
Sual 15. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?
- Dənizə şor su düşsə, haqqı var , şirin su düşsə, təbii ki, mən çay idim deyəcək. Haqqım var ki, öyünüm, Azərbaycan deyəndə...
Sual 16. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturlar?
- Tanışlarımın, qohumlarımın içində var, dodaqları şişirdilmişlər, deyrəm ki, siz Allahla davaya durmusuz. Sizi xilas etmək mümkün deyil.
Sual 17. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?
- Ümumiyyətlə, nostalji olan adamlar mənə çatmır. Elə insanlar var ki, nostaljiylə yaşayırlar. A bala, bəsdirin də, artıq bu keçdi. Sabah neyləyəcəksən, ondan danış. Çingiz Aytmatovun bir sözü var, biz oturub gözləyə bilmərik bugünkü günün problemlərinin həllini. Gələcəkdə yaxşı olacaq deyə, gələcək nəsil üçün saxlaya bilmərik.
Sual 18. Əsrə bərabəır gününüz olmuşdur? O gün hansı özəllikləri ilə əsrlə bərabərləşmişdir?
- Məncə, bu anda fonda musiqi getməlidir. Bilirsiniz, can qurtaran cavab odur ki, sevdiyimdən “hə” cavabı almışam.. Amma mənim əsrə bərabər olan günüm mənzilim olmayan vaxtlar idi. Xaricdən qonaqlarım gələn günlər əsrə bərabər olurdu. Fikriləşirdim, nə vaxt gedəcəklər, mən də rahat nəfəs alım.
Sual 19. Sonun başlanğıcına inanırsınızmı?
- Başlanğıcın sonu, sonun da başlanğıcı var. Alın yazısına çox inanıram. Özümü lap dindar hiss etdim.
Sual 20. Suallarımız sizi sıxmadı?
- Xeyr. Maraqlı idi, bir anlıq Sovet dövrünə qayıtdım, amma heç qayıtmaq istəmədiyim dövrdür, bu cür qayıtmaq isə xoş oldu. Deyir, insan öz keçmişindən gərək gülümsəyərək ayrılsın...

Hazırladı: Nihadə Eyyubova

 

 

 






9 Aprel, 2013  19:27 Baxılıb: 2286 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner