Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AVROPANIN AMERİKASI – ALMERE – XÜSUSİ REPORTAJ – FOTOSESSİYA

42 il öncə 47 nəfərin yaşadığı kiçik bir adada indi 200 min insan yaşayır

Avropa deyəndə çox vaxt köhnə dünya haqqında fikirləşirik. Dərhal ağlımıza qədim kilsələr, qalalar, qırmızı kərpicli dar küçələr gəlir. Bir də Venesiya, Roma, Madrid, Köln, Lüksemburq kimi müdafiə qalalarıyla zəngin olan, Amsterdam kimi qədim kanalları olan şəhərləri düşünürük. Ən yeni tarix kimi isə Parisdəki Eyfel qülləsi barədə fikirləşirik. Çünki elə həmvətənlərimizin Avropaya səfərləri zamanı da məhz belə qədim yerlərdən çəkdikləri fotolar onların facebookdakı, twitterdəki profillərini bəzəyir. Nəticə olaraq aydın olur ki, müasirlik anlamında Avropa standartından bəhs etdiyimiz halda, düşüncə olaraq yaddaşımızdakı qədim Avropadır. 

35 kilometrlik məsafədə iki ayrı dünya

Elə mən də Avropaya ilk səfər edərkən kiçik dar küçələrlə rastlaşacağımı gözləyirdim. Lap bizim İçərişəhər kimi qədim yerləri təsəvvür edirdim. Və bu təsəvvürlərimlə yaşayarkən yaxınlarımın birinin təklifi ilə Niderland Krallığında – Şimal dənizinin (hollandca Noord Zee) sahillərində yerləşən Almere şəhərinə gedərkən tamam ayrı bir dünyaya düşdüyümü gördüm. Bu şəhərdə olarkən özümü bir anlıq başqa dünyada hiss etdim. Almereni Niderland Krallığının paytaxtı Amsterdamla 35 kilometrlik yol və ya 40 dəqiqəlik zaman kəsimi ayırır. Qədimiliyi ilə Avropanın ən çox turist cəlb edən şəhərlərindən olan Amsterdamdan ayrılıb Almereyə düşməyin nə demək olduğunu təsəvvür etmək çətindir. Elə bil ki, 35 kilometrlik məsafədə iki ayrı dünya var. Mən Almereyə - yeni dünyaya çatan andan fotolar çəkməyə başladım ki, bu yeni dünyada heç nə gözümdən qaçmasın. Həm də gəzdikcə şəhərin tarixilə maraqlandım...

Əvvəllər burda 47 adam yaşayırmış

Almere Şimal dənizinin ərazisində salınıb. 1969-cu ildən başlaraq dənizin Amsterdama yaxın ərazisində suyu çəkərək ərazini qurudublar. 1975-76-cı illərdə burda salınan kiçik yaşayış adasında cəmi 47 adam yaşayırmış.1980-ci illərdə isə Almere Havenin (Almere Dəniz Limanı) işə düşməsi nəticəsində yaşayanların sayı 6 min 596 nəfər olub. Niderland Krallığının bələdiyyə işçilərinin bu limanı şəhərə çevirmək üçün dəfələrlə Amerika Birləşmiş Ştatlarına və Kanadaya səfərləri o qitədəkilərin də diqqətini özünə cəlb edib. Nəhayət, 1980-ci illərdən başlayaraq Şimal dənizinin qurudulmış hissəsində Amerika və Kanada mütəxəssisləri yeni bir şəhər salmağa başlayıblar. Kanada və Amerikadakı ən maraqlı proyektlərin, tikililərin eynisini Almeredə tikməyə qərar veriblər.

Avropanın Amerikası

Avropada – açıq dənizdə yeni bir şəhər salınmağa başlayıb. Bu şəhəri Avropanın Amerikası adlandırıblar. Şəhərdə bütün xidmət və yaşayış sistemi ən müasir texnologiya ilə qurulub. Burda hətta zibil qabları da elektriklə işləyir. Günün müəyyən saatlarında küçələrdəki zibil qabları avtomatik olaraq boşalır. Zibil qabları bir-birilə eyni xətt üzərində yerləşir. Amma burda təkcə insanları yox, heyvanları da nəzərə alıblar. Kanallar və parklarla zəngin olan Almeredə bir çox yerlərdə üzərində it şəkili olan kiçik qutular var. Həmin qutulara xüsusi torbalar qoyulub ki, itləri gəzdirən zaman onların nəcisini həmin torbayla götürüb zibil qabına atsınlar.
Özünün ayrıca bayrağı, gerbi olan bu şəhərin meri Annemarie Jorritsma adlı bir xanımdır. İşə velosipedlə gedib-gələn xanım mer durmadan şəhərin böyüməsinə çalışır. 1976-ci ildə cəmi 47 adamın yaşadığı bu ərazidə indi - düz 36 ildən sonra 200 min insan yaşayır. Şəhər rəhbərliyinin qarşıya qoyduğu məqsəd isə odur ki, 2031-ci ildə şəhər əhalisinin sayı 350 minə çatmalıdır. 36 ildə Niderlandın ən kiçik kəndindən 7-ci böyük şəhərinə çevrilən Almerenin 19 ildən sonra 350 minlik daha böyük şəhərə çevriləcəyinə mən də inanıram.
Şəhərdən ayrılarkən insanın nəyə qadir olduğuna düşünürdüm. Və Amsterdama çatarkən turistlərin qədimi tikililərə heyran-heyran baxdığını görüb fikirləşirdim ki, bunlar 35 kilometr aralıda yeni bir dünyanın olduğundan xəbərsizdirlər. Mən isə bu yeni dünyadan şəkillər çəkib, yazı hazırlayıb "Simsar" jurnalına göndərdim ki, Azərbaycanda da bu gözəllikləri görsünlər. Və bilsinlər ki, Avropa təkcə köhnə dünya deyil...

Mehri Abbasova
Amsterdamdan məxsusi olaraq "Simsar" jurnalı üçün

 






29 Mart, 2013  20:27 Baxılıb: 1633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner