Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NİSƏ QASIMOVA: «İNSANLIĞIMI, İMANIMI, XANIMLIĞIMI QAZANMIŞAM» - MÜSAHİBƏ – FOTOSESSİYA

«Dəfələrlə zəhərlənmə, öldürülmə ehtimalım olub»

Xalq artisti Nisə xanım Qasımova – onu başqa cür təqdim etməyə ehtiyac yoxdur. Bu vaxta qədər oxuduğu nəğmələr onu bir sənətkar və şəxsiyyət kimi xalqa təqdim və təsdiq edib. Çox acılar çəkib, amma sınmayıb. Öz varlığını və şəhanəliyini hər vaxt qoruyub saxlayıb. Xalqının sevilib-seçilən sənətkar qızı ilə müsahibəni təqdim edirik:

- ... Anam dünyasını dəyişəndən sonra çox gərgin anlar yaşadım. Onun yoxluğu ilə bu günə qədər barışa bilmirəm. Hərdən istəyirəm ki, hər şeyi yaddan çxıarım... Bəzən qorxuram sənət, sənətkar ifadələrini işlətməyə... Mən müğənni olmaq arzusu ilə yaşayırdım. O arzu məni Ələkbər Tağıyevin yanına gətirib çıxarıb. Zeynəb Xanlarovanın sayəsində Ələkbər müəllimlə tanış olmuşam. Bunu artıq hamı bilir. Onlarla görüşəndə elə bir uşaq sevinci yaşamışdım ki, həddi-hüdudu yox idi... Ələkbər müəllimlə birgə işlədiyimiz vaxt hərdən o, hiss edirdi ki, mənim arzularım puç ola bilər. Ona görə də işini ehtiyatla, aramla görürdü. O vaxt mənə “Leyli və Məcnun” operasında Leylini oynamaq üçün qadağalar, əngəllər qoyulanda da Ələkbər müəllim işini ehtiyatlı tutaraq elə etdi ki, arzum gözümdə qalmasın. Bu haqda saytınızda ətraflı məlumat gedib. Amma təəssüf edirəm ki, həmin lent yazıları yoxdur... Yollarımı çox bağlayıblar. Bəzi insanların ucbatından solo konsert verə bilmirdim, xarici ölkələrə qastrol səfərlərinə getməyimə belə əngəl olurdular.

- Təkcə müğənnilərmi sizə əngəl yaradırdılar, yoxsa...

- Hələ o məqamlar baş verəndə çox mötəbər insanlarla söhbət edirdim. Məəttəl şəkildə soruşurdum ki, niyə axı mənə qarşı belə edilir. Axı mən xalq düşməni, vətən xaini deyiləm. Mən gəncəm, balaca qönçə kimiyəm, budaqlanmaq, pöhrələnmək istəyirəm. Amma amansızca vurub məni sındırırlar... Onlar isə cavabında...kiminsə xoşuna gəlmirdim səlahiyyəti çatan dost-tanışları vasitəsilə mənə əngəl yaradırdılar. Sanki mənim üçün xüsusi strategiya hazırlanmışdı. Məni əzməli, sındırmalı idilər. Mənim üçün hey “olmaz!” qadağaları vardı. Mən o “olmazların” içindən necə salamat çıxmışam, hərdən mat qalıram. Yəqin, Allah məni qoruyub və bu günə qədər də qorumaqda davam edir.

- Allah seçilmiş insanları bu dünyada xüsusi olaraq ağır imtahanlara çəkir. Bəlkə sizi də imtahan edirdi?

- Bəli, bəli, bəli!!! Dəfələrlə zəhərlənmə, öldürülmə ehtimalım olub. O həddə çatdırırdılar ki, psixoloji sarsıntılar keçirib, özümə qəsd etmək ehtimallarım belə olurdu. Eləcə də, şərlənib tutulma ehtimallarım olub. Amma insanı qorumaq üçün Allahdan böyük qüvvə yoxdur. Hətta ateist düşüncəli insanlar belə son nəfəslərində etiraf ediblər ki, Allah var! Çox qamçılar yemişəm – o qəddar baxış, nəfs, təhqir qamıçılarını...bəzi hallarda bunu edənlərə çox sağ ol deyirəm ki, yaxşı siz olduz həyatımda!

- Bəlkə də o pislər sizi mətinləşdirdilər?

- Eynən, məni mükəmməlşdirdilər, mətinləşdirdilər! Eyni zamanda, onları görə-görə əsl imanı tapdım. İnsan həmişə pisə baxıb yaxşı olmağı öyrənməlidir. Yaxşıya baxıb yaxşı olmağa nə var ki? Bəli, başqa müğənnilər kimi zamanında ad almadım, mükafatlar almadım. Bir sözlə, layiq olduqlarımdan məhrum oldum. Amma bir şeyə əminəm, vaxtilə mənə mane olan insanları da çıxartsalar meydana, məni də, inanın, bizi kənardan seyr edən insanlar onları deyil, məni alqışlayacaqlar. Çünki mənə pislik edənlər insan olduqlarını, Allah qarşısında cavabdeh olacaqlarını unudaraq, mənə olmazın pisliklərini ediblər! Onlar həyatda insanlıqdan, mənəviyyatdan, imandan başqa hər şeyi qazandılar. Amma mən insanlığımı, imanımı, xanımlığımı qazanmışam! Siz bir acizliyə baxın, o insanlar mənə xanım deyilməsinə belə qıcıqlanırdılar, buna da qısqanclıqla yanaşırdılar.

- Bəzi insanlar o dünyanın varlığını unudub, bu dünya üçün yaşayırlar ancaq. O səbəbdən azğınlaşıb dünya malı, şan-şöhrət üçün şeytanlaşmaqdan çəkinmirlər.

- Uşaqlıqdan öyrənmişik ki, harda olsaq, nə etsək valideynlərimizə hesabat verməliyik. Ağlı başında olan insanlar uşaq olanda belə, bu qaydaya mütləq riayət edirlər. Allah-təalanın ən böyük mükafatlarından biridir insanın ağlı, ağıllı olması. Onlar da Allahın seçilmiş bəndələrindəndir. Onlar düşünməmiş doğru addım atmırlar. Allah da buyurur ki, gördüyünüz hər bir işin fərqində olun. Allahın bu, məsləhətini artıq özümünküləşdirmişəm, yəni, bu, mənim beynimin əsas proqramlarından biridir. Başqalarından fərqli olaraq, qarşımdakı insanı axmaq yerinə qoymuram. Hər kəsə layiqli olduğu şəkildə davranıram. Çünki Allah qarşısında cavabdehlik daşıdığımın fərqindəyəm. İnsanlar var ki, bunu belə unudublar. Adətən heyvanlar problemlərdən xəbərsiz yaşayırlar-yeyirlər, gəzirlər, yatırlar. Yeri gələndə, nəyisə əldə etmək üçün rəqiblərini didib-parçalayırlar. Bəzi insanlar da onlar kimidirlər, dünya malını əldə etmək üçün qarşısındakının insan olduğunun fərqində deyillər. Onları didib-parçalayır və ya həyatları ilə oynayırlar!

- Elə insanlar var, heyvandan betərdilər. Nəyisə əldə etmək üçün doğmalarını belə qurban verir, düşmən olurlar...belələri şeytanın vəsvəsəsində olduqlarının fərqində deyillər.

- Onlara elə gəlir ki, əsl insan kimi yaşayırlar. Amma mənim prizmamdan baxanda, əsl yırtıcı heyvan kimi yaşayıralr. Mən Allahdan çox qorxuram – səmimi deyirəm. Yaşadığım illər nə qədər ağrılı olsa da, onları bugünkü günümlə bir araya gətirirəm ki, şeytana uymayım. Allahın ideal bəndəsi ola bilməsəm belə, insanlar arasında düzgün, sağlam düşüncəli, sağlam ruhlu insan kimi olmaq istəyirəm. Nə şöhrət, nə para-pulda gözüm yoxdur. Allaha şükr edirəm, layiq olduqlarımla bu gün məni mükafatlandırıb. Amma mən alnıaçığam, onları təmiz zəhmətim sayəsində, kimsəyə pislik etmədən, bir sözlə, halallıqla qazanmışam. Mən bəziləri kimi qapılar döyməmişəm, nəyimsə olsun deyə, özümü alçaltmamışam. Ancaq Allaha sığınıram, onun lütfünə şükr edirəm. Mən İslam dünyamızın həm müasir insanı, həm də müasir müğənnisiyəm.

- Sizi üzənlərə bir mesajınız, məsləhətiniz varmı?

- Sağ olanlara məsləhət görürəm ki, sağlam düşüncə, əməllərlə yaşasınlar. İnsanlara yararlı olmağa çalışsınlar. Kiməsə maddi yaxşılıq etməyə ürəkləri gəlməsə belə, heç olmasa mənəvi yaxşılıqlarından qalmasınlar. Allah yaxşılıq edən insanları sevir. Bunu hamı bilir.

- Bilirəm, sizinlə söhbətimiz hələ çox olacaq. Çox məqamları bizimlə bölüşəcəksiz. Hazırda sadəcə bayramınızı təbrik edib sizdən də bayram təbrikləri eşitmək istərdik.

- Bütün İslam dünyasını bayram münasibətilə təbrik edirəm. Hər kəsin ruzisi bol olsun. İnsanlar arasında əmin-amanlıq, sülh olmasını arzulayıram. Bizi yaradan böyük Allah xalqımızı qorusun, amin!

Azər Nəsibov


 

 

 






19 Mart, 2013  17:48 Baxılıb: 2150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner