Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BİR CÜT QARA GÖZ GÖRMÜŞƏM, QƏTRANDAN QARA...

Bünyamin Aksundur: “1970-ci ilə qədər Azərbaycan bizim üçün əlçatmaz idi” .

Türkiyənin tanınmış ozanı, eyni zamanda TRT kanalında rejissor kimi çalışan Bünyamin Aksundur Bakıda 3 günlük səfərdə olan zaman saytımız üçün müsahibə verdi. Müsahibə zamanı kövrələn, hətta ağlayan Bünyamin bəyin Azərbaycana, xalqımıza olan bağlılığı diqqətimizdən yayınmadı. Hətta ara-sıra bizi də kövrəlməyə məcbur etdi... 

- Bildiyimə görə bu, Bakıya artıq 5-ci gəlişinizdir.

- Bəli, ilk dəfə 1991-ci ildə Bakıya gəldim. O zaman Bakı başqa cür idi. Həmin vaxtlar xalqınız və ölkəniz kommunist dönəmindən liberal dönəminə keçidyaşayırdı. Bu gün Bakı gözəlliyə doğru çox dəyişib.

- Ölkəmiz haqda ümumi düçüncəniz necədir?

- Azərbaycan bizə qardaş ölkədir. Sanki çiçəyi burnunda kimidir. Onun ağrı-acı yaşamasını istəmirik və inşallah, bundan belə yaşamaz. Çox yaxşı millətsiz. Bu gün daha da modernləşmiş vəziyyətdəsiz. Sadəcə bu gün məni açmayan bir məqam var, sanki öz adət-ənənələrinizi bir az yadırğamağa doğru addımlayırsız. Sizin çox gözəl adətləriniz var. O adətləri qoruyub saxlamalı, ruhunu qüvvətləndirməlisiz. Buna dövlət də dəstək olmalıdır. Bir də məni paytaxtınızda sıx-sıx tikilmiş göydələn binalar narahat edir. Onların bu qədər olması modern demək deyil. Daş, beton yığını ilə modernlik olmaz. Bizdə İstanbulda, Ankarada, İzmirdə bu xətanı etdilər. Sizdə kaş etməsəydilər. Köhnə memarlıq tikililəriniz daha gözəldir.

- Azərbaycan muğamlarına biganə deyilsiz, hətta çox gözəl oxuyursuz.

- 1971-ci ildən Azərbaycan musiqisi ilə mraqlanıram. Tələt Qasımov, Şövkət Ələkbərova, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev və başqalarından bəhrələndim.

- O zaman bizim sənətçilərin ifa etdikləri muğamları mahnıları necə əldə edirdiz?

- 1970-ci ilə qədər Azərbaycan bizim üçün əlçatılmaz idi. Az hallarda Azərbaycandan bizə kaset, val gəlirdi. Çox az idi, sanki yox kimi idi. Onları əldə etmək üçün səy göstərərdik. Çox vaxt bacarmazdıq. KQB riski var idi. Bu, tək Azərbaycana deyil, başqa türkdilli xalqlara da aid idi. O vaxt İzmirdə hərdən türkdilli xalqların sərgiləri təşkil olunurdu.1981-ci ildə Özbəkistanın sərgisi təşil olunmuşdu. Xanımımla birgə o sərgiyə qatıldıq. Ordan gələn nümayəndə ilə tanış olduq. Oranın direktoru Şöhrət Hayrullayev və Bəxtiyar Tursunovla tanış oldum. Mənə bir özbək müğənnisinin valını verdilər. Tam 30 il sonra həmin müğənni ilə tanış oldum. Adı Ortik Otajanovdur. Tanış olan zaman bu hekayəni ona danışdım. Çox duyğulu anlar yaşadıq. Zeynəb Xanlarova ilk dəfə Türkiyəyə gələndə aləm qarışdı. O zaman konsertə gedə bilmədim. Amma kasetini tapıb ağlaya-ağlaya dinlədim. Sonra onunla tanış olanda bunu ona danışdım.

- O vaxtlar sizdən də bizə sənətçilərin gəlməsi görünməmiş heyrətə səbəb olurdu.

- Bizim opera sənətçimiz Sevda Aydan ilk dəfə Bakıya gəlib bir həftəlik konsert verən zaman çox maraqlı bir hal yaşayıb. Gəlməzdən əvvəl ona Türkiyədə bərk-bərk tapşırıblar ki, KQB-nin diqqətini çəkəcək xətalara yol verməsin. Bir həftə boyu hər gün bir gənc onun konsertinə gəlib eyni masada əyləşərək Sevda xanımı seyr edir, güllər təqdim edirmiş. Bu da Sevda xanımın diqqətini çəkib. Fəqət, oğlanla maraqlana bilməyib. Dediyim kimi, ona gəlməzdən əvvəl tapşırıq verilmişdi. Hətta hər kəslə səmimi olmaması üçün belə xəbərdarlıq edilmişdi. Sənətçi Türkiyəyə qayıdarkən onu hava limanından yola salmaq üçün çox sayda insan gəlir. Sevda Aydanın isə gözləri o coşqu içərisində həmin oğlanı axtarır. Amma oğlan görünmür. Tam təyyarəyə minməyə hazırlaşarkən birdən o gənc kütləni yara-yara Sevda xanıma yaxınlaşır və ona “yaxşı yol” deyərək gətirdiyi gülləri təqdim edir. Sevda xanım təyyarəyə minərkən həmin oğlanın verdiyi çiçəkləri ayrı tutur. Bir də baxır ki, çiçəklərin arasında bir kağız parçası var. Kağızı açanda baxır ki, orda “Tofiq Bayramovdan Sevda Aydana” yazılıb, altında da gözəl bir şeir:

Bir cüt qara göz görmüşəm qətrandan qara,
Qaralığı işıq saçır qaranlıqlara.

(gövrəlir) Bu cür möhtəşəm beytə ədəbiyyatda çox az rast gəlinir. 1975-ci ildə Iğdırda müəllim kimi fəaliyyətə başladığımda Ramiz adlı bir satıcı ilə tanış olmuşdum. Allah rəhmət eləsin, o vaxt bu hekayəni ondan dinləmişdim. Dinləyərkən için-için ağlamışdım (ağlayır)... Şerin davamını oxuyur:

Bir cüt qara göz görmüşəm, o gözlər nədir?
Bəlkə Ege dənizindən bir cüt qətrədir.
O gözlərin alovuyla yandı ürəyim,
O gözlərə ulduz deyim, çıraq deyim, nə deyim.
Türkiyənin gözəl qızı, nəğməkar qızı,

Sən yandırdın ürəyimdə sevda ulduzu.
Elə bil ki, fırtınalı bir Xəzərəm mən,
Yollarına inci kimi söz düzərəm mən.
Gəlişin toy-bayramdı, gedişin ağır.
Gedirsən ey yar, məni də çağır.
Xəyalın bir küheylan tək çarpır özümdə
Sənə məftun ürəyimi apar özünlə


Onradan Hürriyyət qəzetində “Sevda Aydanın Moskva və Bakı xatirələri” adlı yazısı çıxır və ilk iki misranı loqo kimi yazırlar. Sonra şayiə yayılmışdı ki, o şeri yazdığı üçün həmin gənc guya güllələnib. Amma mən ilk dəfə Azərbaycana gəldiyimdə Tofiq Bayramovla maraqlandım. Fəqət tapa bilmədim. Ancaq öyrəndim ki, güllələnməsi xəbəri yalandır. 1970-ci illərdə Əməl Sayın Bakıda konsert verərkən “Çilə bülbülüm” mahnısını oxuduğunda tamaşaçılara “Allah” dedirtdiyinə görə ona “sən burada din təbliğ etməklə məşğulsan” deyə, xəbərdarlıq edirlər. O sırada bir gənc qız səhnəyə çıxıb həmin şeri Əməl xanım üçün oxuyur. Şeri bitirməsinə imkan vermirlər. Qızı səhnədən götürürlər.

- Çox duyğusal insansız, hiss olunur ki, Azərbaycana bağlısız...

- Biz türklər azərbaycanlı bacı və qardaşlarımızı çox sevirik. Çünki sizi özümüzdən ayırmırıq. Allahdan çox razıyam ki, Azərbaycana gəlməyi mənə dəfələrlə nəsib edib. İnşallah, yenə gələcəm.

Azər Nəsibov






11 Mart, 2013  15:11 Baxılıb: 3144 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner