Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

JALƏ PARILTI: “QƏNİRƏ PAŞAYEVA İLƏ TANIŞ OLMAQ İSTƏRDİM” - EKSKLÜZİV - MÜSAHİBƏ - FOTOSESSİYA

“Zeynəb Xanlarovanın fanatıyam”

İstanbul səfərimiz zamanı Türkiyənin tanınmış müğənnisi Jalə Parıltı ilə görüşdük. Yaradıcılığında təsəvvüf musiqisinə önəm verən Azərbaycan əsilli müğənni ilə söhbətimizi təqdim edirik.


- Türk sənət musiqisi tərzində çıxardığınız “Makamların sultanı” adlı son albomunuz çox diqqətçəkicidir.
- Bu proyekti həyat yoldaşım uzun zamandır düşünürmüş. Sonra mənə bildirdi. Fikrini çox bəyəndim. Musiqini insan sağlamlığı üzərində anladan bir proyekti bütünləşdirincə ortaya belə bir möhtəşəm albom çıxdı. Bu mövzuda çox şanslıyam. Üstəlik, həyat yoldaşım mənə dəstək olunca daha da şanslı oldum.

- Sənətə gəlişiniz 16 il əvvələ təsadüf edir, elə deyilmi?
- Bəli, başlanğıcda mahnı oxumaq mənim üçün sadəcə hobbi idi. Sonra vokal dərsləri almağa başladım. Nə də olsa. Müğənni kimi fəaliyyətə başlamışdım. Səsimi inkişaf etdirməli idim. O dönəmdə səsi gözəl olan müğənnilərə bir çox şirkətlər dəstək olurdular, yatırım edirdilər. Onlardan biri də “Prestij Müzik” idi. Mənim də ilk albomum o şirkətdə çıxdı. Allah rəhmət eləsin, İlmi Topaloğlu atamı və sənət müəllimimi yola gətirib mənim müğənni kimi fəaliyyətə başlamağıma razılıq aldı. Bu işdə dəyərli dostum Mahsun Kırmızıgül də İlmi abi ilə cəhd etdi. Əslində, müğənni olmaq mənim xəyalımda deyildi. Amma onların israrı ilə bu sənətə gəldim.

- O zaman evli idiz?
- Yox, subay idim. Həyat yoldaşım Kadir bəylə 3 ildir ki, evliyik. Bir qızımız var.

- Azərbaycan əsilli olduğunuzu öyrəndik...
- Bəli, kökümüz azərbaycanlıdır. Məndən soruşanda haralısan, cavab verirəm ki, şeyx Şamilin nəvəsiyəm. Babalarım Azərbaycandan gəlmədirlər. Heç nəsib olmadı mənə Azərbaycana getmək. Amma çox istəyirəm orda olmağı. Bakı çox diqqətimi çəkir. Qonaq olduğum kanallarda, verdiyim konsertlərdə mütləq Azərbaycan mahnıları ifa edirəm. Zeynəb Xanlarovanın fanatıyam. Burda olan azərbaycanlıların toylarında iştirak edirəm, Azərbaycan mahnılarınızdan ibarət popurilər oxuyuram. Mənim anam rizelidir. Amma Azərbaycan mahnılarını dinləyərkən çox təsirlənir, çünki hədsiz bəyənir. Ümumiyyətlə, ailəlikcə mahnılarınızı çox sevirik. Həmişə deyirəm ki, məhz Azərbaycanda doğulmaq, böyümək əsas deyil. Əsas odur ki, qandan gəlsin bu sevgi.

- Siz həm də təsəvvüf musiqisinə meyllisiz. Bu maraq hardan qaynaqlanır?
- Mənim ailəm, yaşam tərzim buna uyğundur. Rəhmətlik atam, anam ibadət əhlidir. Evimizdə hər cümə axşamı Quran oxunur. O zaman hələ ailə qurmamışdan evimizdə olarkən oxunan Quranın arxasından mən həmişə ilahi oxuyurdum, ancaq sadəcə ailə daxilində. Ondan sonra qadınların yığıldığı məclislərdə dini söhbətlər olarkən onlar üçün də oxumağa başladım. Gördüm, mən oxuyan zaman hər kəs çox təsirlənir. Hətta bizə Quran oxumağa gələn hocalarımız mən ilahi oxuyan zaman səsimdən təsirlənərək ağlayırdılar. Məndə ilahi mahnıların gözəl alınması ondan irəli gəlirdi ki, hiss edərək oxuyurdum. Hətta bu günün özündə təsirləndiyim elə ilahilər var ki, göz yaşlarımı axıdaraq oxuyuram. O an nə olduğunu, məndə nələr baş verdiyini anlamıram. Oxuyub qurtardıqdan sonra “nə oldu” deyə, özüm belə halıma çaş-baş qalıram.

- Əməl Sayının sizin səsinizdən, xüsusən ifanızda səslənən təsəvvüf mahnılardan təsirləndiyi doğrudur?
- Bəli. İki il əvvəl Əməl xanım doğum günündə dostlarına bildirib ki, Jaləni dinləmək istəyirəm, onu çağırın. Mən də həmin ərəfədə yenicə ana olmuşdum. Doğuş əməliyyatla olduğundan narkoz almışdım. Zəng etdilər və bildilər ki, ana olmuşam, narkozluyam. Onlar zəngin səbəbini anlatdılar, fəqət narkozlu olduğumdan mənə əziyyət vermək istəmədilər. Mən isə Əməl xanımın xətrinə ad gününə getdim və onun bəyəndiyi “Aşka çare” mahnısını oxudum. O mahnı mənim üçün də çox qiymətlidir.

- Yeni nə kimi planlarınız var?

- Bursada, İstanbulda təsəvvüf konsertlərim olacaq. 

- Belə bir konsert proqramı ilə Bakıda da çıxış etməyi düşünürsüzmü?
- Vallah, qanad açıb gələrəm. Hansı ölkədə olsam orda məndən mütləq təsəvvüf musiqisi istəyirlər. Bu cür mahnıları oxumaq başqa bir duyğudur. Üstəlik, belə mahnıların dinləyiciləri də fərqli olurlar, sənətçi ilə duyğulanıb onun aurasına düşürlər.

- “Ay gülüm” adlı son klipinizi izlərkən sizi türkan Şoraya çox bənzətdim. Əvvəl də belə bənzərliyi başqalarından eşitmişdiz?
- Bunu çox deyirlər (gülür). Bu, əslində xoş bir bənzərlikdir, bundan yana əsla narahat deyiləm (Bu arada həyat yoldaşı Kadir bəy jurnalımızın üz qabığında millət vəkili Qənirə Paşayevanın rəsmi olan sayımızı Jalə xanıma göstərir). Aman Allahım, nə qədər gözəl bir qadındır.

- Qənirə xanım bizim millət vəkilimizdir. Eyni zamanda, bir çox sevilən mahnıların söz müəllifidir. Özü Mövlanə və Şəms Təbrizi aşiqidir.
- Eləmi? Vallahi onunla mütləq tanış olmaq istərdim. Görünür ortaq tərəflərimiz var. Mənim son albomumda islamiyyətin musiqi ilə tanışlığı var. Çox istərdim bu albomla Bakıda bir konsert proqramı ilə çıxış edim. Bunu mənim üçün təşkil etsəz, sonsuz minnətdar olaram. Beləcə, Bakıya gəlib həm oranın gözəlliyini görər, həm də təsəvvüf musiqisini sevənlərin qarşısında borcumu ödəmiş olaram.

Azər Nəsibov

 

 






26 Fevral, 2013  16:44 Baxılıb: 3086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner