Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VEYSEL ARAL: “AZƏRBAYCANA, QAZAXISTANA GEDƏNDƏ DOSTLARIM MƏNİ TƏNQİD EDİRDİ”

İllər əvvəl mən iş üçün ölkə xaricinə gedəndə dostlarım arasında məni tənqid edənlər oldu. “Heç Azərbaycana, Qazaxistana da gedərlər?” - dedilər. Ancaq, gələcək inkişaf edən bu ölkələrdədir

Leyla Tavşanoğlu: “Dünyada mobil telefon ticarəti inkişaf etdikcə mobil şirkətləri də daha çox yeni-yeni böyüməyə başlayan bazarlara meyl edir. Avrasiya ölkələri və Uzaq Şərq diqqətlərin fokuslandığı bölgələrə daxildir. Çünki, bu ölkələrin əhalisi gəncdir və daim artır, eynilə Türkiyə kimi. Türk mühəndislər tərəfindən idarə olunan Qazaxıstan mobil telefon operatoru Kcell-in hissələri London və Qazaxıstanda da xalqın istifadəsinə verildi. London Borsasındakı mərasimə qatıldıqdan sonra Kcell-in ümumi müdiri eskişehirli bir miryolu məmurunun oğlu Veysel Aralla danışdım”.

Leyla Tavşanoğlunun Veysel Aralla müsahibəsinin maraqlı olduğunu nəzərə alaraq təqdim edirik:


Dosye:

Veysel Aral Eskişehirdə doğulub. Atası Türkiyə Cumhuriyyəti Dövlət Dəmiryollarında işləyib. 1984-cü ildə Eskişehir Demiryolları Peşə Liseyində, ardınca da ODTÜ-də Fizika Mühəndisliyi fakultəsini qurtarıb. Universitetdən məzun olduqdan sonra 3 il Dövlət Dəmiryollarında proyekt mühəndisi işləyib. 1992-ci ilin ikinci yarısında dövrün lider mövqedə dayanan isveçli mobil telefon operatorlarından Ericssonun Ankara ofisində işləyib. Bu vaxt Ericssonun xarici ölkələri nəzərdə tutan iki xarici layihəsində-İran və Pakistan layihələrində yer alıb. 1998-ci ilin sonunda yenə Ericssonda müdir olaraq Azərbaycana transfer olub. 2001-ci ildəki iqtisadi böhran zamanı Ericssonun Avrasiya bölgə başqan köməkçisi olub. 2007-ci ildə isə İstanbulda Orta Asiya və Qafqazda məsuliyyətli başqan yardımçısı, TeliaSonera mobil operatoru tərəfindən Qazaxıstan mobil şirkəti Kcell-in müdirliyinə gətirilib.


- İsveç-Finlandiya ortaqlığındakı TeliaSoneranın Qazaxıstandakı operatoru Kcell-in müdirisiniz. TeliaSonera 38%-dən çox hissəylə Turkcellin də ortağıdır. TeliaSonera getdikcə böyüyür. Avrasiyada çox məşhur bir operator şəbəkəsi olduğunu bilirik. Bu inkişafı izah edərsiz?

- Turkcell ilk qurulduğu vaxt Çukurova qrupu, operator təcrübəsiylə TelaiSonera qrupu və infrastrukturdan da Ericsson qrupu ilə ortaq idik. Amma Ericsson daha sonra qrupdan çıxdı. Turkcell Çukurovayla TeliaSonera arasındakı ortaqlıq davam etdi. Bu vaxt Çukurova qrupu bir bölüm hissəni də ABŞ və İstanbulda birjaya açdı. Birjaya açılanda xarici ölkələrdə əməliyyatların risklərini minimuma endirmək üçün yeni bir quruluş yaradıldı. Bu quruluşun adı Fintur oldu.

- Niyə Fintur?

- Fintur Finlandiya və Türkiyənin qısaldılmışıdır. Azərbaycan, Qazaxıstan, Moldova və Gürcüstan bu quruluşa daxil oldu. Əməliyyatı idarə edən biz türklər də, bu quruluşda davam etdik. TeliaSoneranın böyümə siyasətinə baxsanız görərsiniz ki, şimal ölkələrində həm abunə sayında həm də gəlirlərdə daralma müşahidə olundu.
TeliaSonera, xüsusilə Orta Asiya və Qafqaz bölgələrindəki ölkələrdə əməliyyatları türk işçilərin edəbiləcəyini və bununla böyüməyni təmin edə biləcəyini on il əvvəldən görüb. Dediyim kimi sərhədlər cızıldıqdan sonra səlahiyyətli heyət TeliaSonerada qaldı və əməliyyatları davam etdirdi. Həm də TeliaSonera böyüməyi yeni inkişafa başlayan bazarlardan da təmin edə biləcəyini o zamanlardan görmüşdü.
Bundan on il əvvəl “Qazaxıstan, ya da Azərbaycan bazarına niyə daxil olurlar?” - sualı çox rahat verilə bilərdi. Amma bu gün Kcell-i gətirdiyimiz nöqtəyə baxdığımızda bunun doğru qərar olduğunu görürük. Bundan on il əvvəl o bölgələrə lisenziya çıxarmağa gedən ilk adamlarımız nəinki dillərini, hətta əlifbalarını belə bilmədikləri bu ölkələrdən lisenziya ala bildilər.

- Londonda və Qazaxıstanda eynivaxtda xalqın istifadəsinə verilən Kcellin bazar dəyəri bu gün nə qədərdir?

- Təxminən üç milyard dollardır. Keçən həftə bunun 25%-ini xalqa açdıq. O vaxtlar bu ölkələrə sərmayə qoymağın nə qədər doğru qərar olduğunu bu gün görürük.
O vaxtlar mən iş üçün ölkə xaricinə gedəndə çox yaxın yoldaşlarımdan bəziləri məni tənqid etdilər. “Heç Azərbaycana, Qazaxıstana da gedərlər?” dedilər. Amma gələcək bu inkişaf edən ölkələrdədir. Baxın, biz Kcell-i London Borsasına gətirdik. Çox diqqət çəkdi.

- Bu marağın səbəbləri nədir?

-Bu marağın səbəblərindən biri güclü iqtisadiyyatı, digəri də Qazaxıstanın öz konduktordur. Qazaxıstanın 190 milyard dollara yaxın GSM sahəsi var. Ümumi gəlir adambaşına təxminən 12 min dollardır. İqtisadiyyatı ildə 5-6% nisbətində böyüyür. Bir də əhali Qazaxıstanda sürətlə artır. Bir mobil operatoru üçün bu ölkədə hər doğulan uşaq onun yeni müştərisi deməkdir.

- Sizcə baş nazir Rəcəb Tayyib Ərdoğan həm də bunu nəzərdə tutub ailələri ən azı 3 uşaq dünyaya gətirməyə çağırır?

- 1993-94-cü illərdə mən İran layihəsi üzərində işləyəndə özümdən yaşca böyük iranlı bir tanışım var idi. Bir dəfə axşam yeməyində onunla bizim kimi ölkələrdə əhali sayının sabit qalamsı üçün neçə uşağın lazım olduğunu hesablamışdıq. Türkiyə üçün bu rəqəm təxminən 2.6 olmuşdu.
Bizim kimi ölkələrdə qəzalar və xəstəliklər üç uşaqdan birinin ölməyinə səbəb olur. Ona görə də hər ailədə iki uşaq olanda əhalinin sayı azalır. Bir uşaq olanda isə həddindən çox azalma olur. Bunun elmi izahı var. Səbəbi təkcə baş nazir Ərdoğanın açıqlaması, o dediyi üçün belə olmadı. Biz qeyd etdiyim hesablamanı apaanda Ərdoğan baş nazir deyildi.

- Bəs, inkişaf etmiş, məsələn şimaldakı ölkələrdə vəziyyət necədi?

- Əhalinin artımını iki uşaqla təmin etmək olur. Çünki həyat səviyyəsi çox yüksəskdir.

- Sizcə mobil telefonlar dünya miqyasında niyə bu qədər rəğbət qazandı?

- Köhnə telefonlar evinizin və iş yerinizin telefonları idi. Biz sizi bundan xilas etdik. İndi bu, mənim, və ya dostumun mobil telefonudur deyirsiz.

- Axı qadına məxsus mobil telefona həyat yoldaşı cavab verə bilir. Yaxud da, əksinə. Belə olan halda da onlar hər kəsin şəxsi telefonu hesab olunmur?

- Hesab olunur, yoxsa olunmur deyə cavab versəm, sosial rəy yaratmış olaram. Ailə daxilində ər-arvad bir-birinin telefonuna cavab vermək istəyirsə, mən buna müdaxilə edə bilmərəm axı... Ailə daxilində qayda-qanunu necə yaratsanız, həmişə də elə olur. Həyat yoldaşınız telefonunuza cavab verəndə bir dəfə əsəbləşsəniz yəqin ki, bunu bir də təkrarlamaz.

- TeliaSonera Nepal kimi uzaq bir ölkəyə gedib. Bunun səbəbini izah edə bilərsiz?

- Nepalda əhalinin sayı 26 milyondur və mobil telefon şəbəkəsi yoxdur. Bura həm gəlir, həm də abonent sahəsində inkişaf etmək üçün ən yaxşı imkanın olduğu nadir ölkələrdən biridir. Əgər üstünlüyü varsa və gələcək üçün potensial varsa TeliaSoneranın gözü qorxmur. Elə bu qorxmazlığın sayəsində bu şirkətlər yaradılıb. Onsuz da bu işləri kimsə görməli idi. Bir nəfər hansısa işi görməsə, bunu o biri edəcək. Biz də bu fürsətləri əldən verməməyə çalışırıq.

- Potesnialı olan ölkələrdən başqa hansılarının adını şəkə bilərsiz?

- Asiyada Myanma potensialı olan ölkələrdən biridir. O ölkədə də mobil operator yoxdur, amma əhalinin sayı təxminən 50 milyondur. Ölkə hərbi rejimdən az da olsa xilas olub. İndi Myanmanı Şimali Koreya ilə bir hesab etmək olmaz.
Belə uzaq ölkələrin başqa üstünlüyü də var: TeliaSoneranın formalaşdırdığı imici həmin ölkələrin TeliaSoneranı birbaşa dəvət etmələrinə imkan verir. Gəlin, göstərin, həyata keçirin, işlədin, deyirlər.
Son 10 gündə doqquz ölkə və 11 şəhərdə, 61 təqdimat və iclas keçirdik; 171 sərmayəçi ilə görüşdük. Ən sonuncu gün məndəki hiss belə idi: “Necə gözəldi. Qazaxıstanın tanınmasında əməyim oldu”.


Türkcədən çevirənlər: İlknur Salamova
                                           Fatimə Kərimli






24 Dekabr, 2012  21:19 Baxılıb: 2152 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner